“İnsanları mütaliə və doğru məlumatlarla yetişdirin. Mübahisəli məsələləri düzgün mənbələr və təhqirə yol verilməyən dəlil-sübutlarla əsaslandırmaq lazımdır. İlk öncə insanın özü məsələləri dərindən qavramalı və sonra başqalarına yol göstərməlidir.”
Fiqhdə bir iş insan sağlamlığı üçün təhlükəlidirsə, deyilir ki, onu etməyin. Mütəxəssislər siqaret və tütün məmulatlarının böyük zərərlərinə sübut etdikləri halda onun haramlığına necə hökm verməmək olar?
“Qərb dövlətləri, Amerika və İsrail bölgədə özləri üçün təhlükəsizlik zolağı yaratmaqdan ötrü müsəlmanlar arasında ikitirəlik salmaqdan başqa çıxış yolu görmürlər. Halbuki müsəlmanlar arasında fikir ayrılığı çox azdır. Müsəlmanların Quran barəsində düşüncələri üst-üstə düşür. Həcc ziyarətinin bir çox əməllərində müsəlmanlar ortaq davranış və birliyə sahibdirlər”
“Zahirdə yaradılan bu ittifaq İslam üçün təhlükəli bir ittifaqdır. Birincisi, onların bir qrupu oğru ortağı, karvan dostudur. İŞİD-in İraqın şimalından oğurladığı nefti həmin koalisiya üzvləri ucuz qiymətə onlardan alırlar”.
“O, ölkəmizin prezidenti ilə görüşdü, lakin iki saat keçməmiş Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyasında nalayiq sözlər dedi. İngilislərin mədəni və dərrakəli olduğunu söyləyirlər. Ancaq İngiltərə Baş Naziri bundan müstəsnadır. Bu hadisə onun mədəniyyətsiz və ağılsız olduğunu sübut etdi”.
Bir qrup bizim texnologiyaya qarşı çıxdığımızı güman etməsinlər. Lakin Qərb texnologiyası, çirkli və antisanitar vəziyyətdə olan su kimidir. Su, həyat mənbəyi olsa da, çirklənib antisanitar vəziyyətə düşdükdən sonra təmizlənməlidir.
Son vaxtlar, bir sıra Vatikan rəsmiləri İslam alimlərindən, təkfirçi İŞİD qruplaşmasının İraqın şimalında yaşayan xristianlar və dini azlıqlara həmlə edərək, onları vəhşicəsinə qətlə yetirməsi ilə bağlı öz mövqelərini bildirmələrini istəyib.
Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı istifadəçilərin suallarına Whats App proqramı vasitəsi ilə cavab verməyi nəzərdə tutmuşdur.
Ayətullah əl-uzma Məkarim Şiraziyə görə bazar ertəsi 28.7.2014 ramazan ayının 30-cu günüdür. Sabah, çərşənbə axşamı (29.7.2014) mübarək Fitir bayramıdır.
Səudiyyə hökumət başçılarına xəbərdarlıq edirik ki, belə sərt və emosional hərəkətlər dünya şiələrini və Əhli-beyt (əleyhimus-salam) məktəbinin davamçılarını çox sarsıdır və bunun ağır nəticələri olacaq.
İslamın böyük xanımı Fatimə həzrətlərinə hörmət bəsləmək hamıya vacibdir. Bu üzdən birinci və ikinci Fatimiyyə günləri, həzrətin matəm mərasimlərinə həsr olunmalıdır.
Bəhreyndən mütəmadi olaraq acı xəbərlər gəlir. Müsəlman Bəhreyn xalqı nə istəyir? Onlar hakimiyyətin digər regionlarda tələb etdiyi demokratiya və xalq hakimiyyətinin bu ölkədə də qurulmasını istəyir. Amma Bəhreyn hakimiyyəti onların dinc etirazına sərtliklə cavab verir.
"Facebook" sosial şəbəkəsi darvazasız bir şəhərə bənzəyir. Alim və ziyalılarla yanaşı, dələduzluq, fırıldaqçılıq və hər növ çirkaba bulaşmış insanların hər biri, bu şəhərdə özlərinə dükan açıb. Onlar bəzən həyatın zəruri avadanlığını insanların ixtiyarında qoysalar da, əksər hallarda ictimaiyyətə günah və mənəvi puçluq vasitələri təqdim olunur.
Maraqlıdır ki, Yaponiya universitetlərinin müəllimləri bu səfərdə mətəm və əza mərasimlərini yaxından görməyə meyl göstərirdi. Onlar bu möhtəşəm mərasimləri yaxından izləyib, çox təsirləndilər.
Biz sübut etməliyik ki, bu qruplaşma müsəlmanların içində azlıq təşkil edir. Müsəlmanların əksəriyyəti onlarla əks mövqedədirlər. Onların qeyri-məntiqi addımlarının dini təlimlərlə heç bir əlaqəsi yoxdur.
Ayətullah əl-uzma Məkarım Şirazinin (m.a) nümayəndə heyəti dini hövzədən bir qrup ustad və elm xadimlərinin iştirakı ilə 29 sentyabr, bazar günü (16 Ziqədə, 1434) iqamətgahında öz işinə başladı.
İslam düşmənləri bizim bir gün birləşəcəyimizdən qorxur. Bu üzdən aramızda fikir ayrılığı və bədbinlik yaratmağa cəhd edirlər. Əgər müsəlmanların hamısı əl-ələ versələr, dünyada başıuca, iqtidarlı və izzətli bir cəmiyyət kimi yaşaya bilərik.
Əhli-beyt (əleyhiməs-səlam) məzhəbinin inkişafı və yayılması istiqamətində, həmçinin dünyanın müxtəlif bölgələrində yaşayan müsəlmanların İslam maarifinə duyduqları ehtiyacı nəzərə alaraq Həzrət Məkarim Şirazi cənablarının dəftərxanasının rəsmi internet saytı öz fəaliyyətinə Azərbaycan və Rus dillərində yeni dizaynda sınaq fəaliyyətinə start verdi.
Əziz Azərbaycanda baş verən zəlzələdə həmvətənlərimizin bir qisminin həyatını itirməsi, bir qisminin yaralanması bizi dərin kədərləndirdi. Ümid edirik ki, dövlət sturukturları və bütünməsul işçilər dağıntıların yenidən bərpasına və xəsarət alanların xilas edilməsinə tələsəcəklər.
İslamın böyük alimləri, müftilər və görkəmli şəxsiyyətlər! İslam tarixində hazırkı nəslin adına mütləq qara ləkə gətirəcək bu müdhiş vəziyyət qarşısında sükut etməyin! Yalnız İslam düşmənlərinin xeyrinə sonuclana biləcək vəhşiliklərin qarşısını konstruktiv mövqenizlə alın!
Ölkənin müxtəlif nöqtələrində hilalı gözlə görən etibarlı və inanılmış insanları şahid tutaraq, 21 iyul, şənbə, mübarək Ramazan ayının 1-ci günü olduğu sübuta yetib.
Qərblilər və onların əlaltıları bu həqiqəti qəbul etməlidirlər ki, qəsbkar İsrail rejiminin ömrü sona çatıb. Bu oyanış Ərəb baharı deyil, İslam baharıdır. Onlar müsəlmanların hüquqlarını rəsmi olaraq tanımalı və onlara sayğı göstərməlidir.
"İl təhvil olan anlarda, xalq diqqətini qadir Allaha yönəldir, dini məkanlara - məscidlərə gedib əllərini dua üçün qaldırır. Bu isə, "novruz bayramı"nın digər müsbət cəhətlərindəndir. Bütün bunlar müqəddəs islam dini tərəfindən təsdiq və tövsiyə olunub".
"Heç bir məntiq, ağıl və qanunu tanımayan vəhhabilər, qəddarlıqla insanları qətlə yetirirlər. Bir daha baş verməsin deyə Pakistan hökuməti tez bir zamanda o ağır cinayəti törədənləri müyyən etməli və onda əli olanları tapıb cəzalandırmalıdır!"
“Qurana həqarət olunmasını kəskin şəkildə pisləyirik! Dəstəkləndikləri güclərdən çəkindiklərinə görə susub, bu hadisəyə laqeyd qalan İslam ölkələrinin başçıları ilə də barışmırıq!”
Müsəlmanların yuxudan oyanıb İslam mədəniyyətini dirçəltmələrinə ümid edirəm. Qərb, humanizm və insanlıq adı altında özünün çirkin mənafeyini güdür. İslam aləmi onları dəstəkləməməlidir.
“İnsan hüquqları ilə bağlı İrana çoxlu etirazlar olunur. Halbuki seçkinin, demokratiyanın olmadığı, insan hüquqlarının pozulduğu və onların mənafeini təmin edən bəzi Ərəb dövlətlərinə heç bir etiraz olunmur.”
Şübhəsiz ki, biz də, Ayişənin davranışlarında səhvlər müşahidə edirik. Onun, həzrət Əlinin (ə) əleyhinə - 20 min nəfərin ölümü ilə nəticələn qiyamını pisləyirik. Sizin Ayişəyə aid etdiyniz iftiralar isə, müqəddəs Peyğəmbərimizə (s) hörmətsizlikdir.
“Tarixdə analoqu görünməyən bu müdhiş və anti-bəşər cinayətlərin əsas amili Amerika, İsrail və onların əlaltıları olan bəzi Ərəb dövlətləridir. Onlar öz murdar, maddi mənafelərini təmin etmək üçün qan gölü düzəltməyə və günahsızları tikə-tikə etməyə hazırdır.”
Hazırda Bəhreyn, Əhsa, Qətif və Azərbaycan müsəlmanlarının bir qrupu nəhs ücbucağın təzyiqi altındadır. Bu yolu davam etmək xoşagəlməz sonluqla nəticələnəcək. Azərbaycan, Bəhreyn və Hicaz şiələri sükut etməyəcəklər. Bütün dünya şiələri onların səsinə səs verəcək.