Dünya müsəlmanlarının vəzifəsi bu xarlığı qəbul etməmək və sionistlərin müsəlmanların ilk qibləsi oAyətullah əl-üzmalan “əl-Əqsa” məscidini işğal etməsinə yol verməməkdir. Fələstin müsəlmanlarını tənha qoymaq olmaz!
Haradadır demokratiya? Əlbəttə qeyd edilən ölkələrin heç birində müvəffəq olmayacaqlar, amma bu yeni ixtira və addımları, qərblilərin demokratiya şüarlarında nə qədər yalançı olduqlarını göstərir.
Builki həcc, həqiqətən birlik həcci olmalıdır və müsəlmanlar arasında qarşıdurmaya səbəb olan hallardan çəkinilməlidir. Ona görə ki, ekstremist vəhhabilər bütün müsəlmanlara qarşı çıxıblar.
Halqa irfanı deyir: Adəm cənnətdə savadsız idi və qadağan edilmiş ağacın meyvəsini yeməklə oradan kənarlaşdırıldı və agahlıq cənnətinə doğru yola düşdü. Şeytan da bu yolda ona dəstək oldu.
Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi baş ofisi, möhtərəm hacılara xidmət göstərmək məqsədilə, hər il Məkarim Şirazi cənablarının nümayəndəsi ünvanında alimlərdən ibarət bir qrupu ezam edir, (Mədinədə) ofisin filialını açaraq, hacıların, karvan başçılarının suallarını cavablandırır.
Allahın yardımı və Bəqiyyutəllahil-Əzəm həzrət Mehdinin (əc) lütfü sayəsində Ayətullah əl-üzma Məkarim Şirazi cənablarının fiqhin ali mühazirələri sentyabr ayının 6-dan, bazar günündən etibarən, Allahın izni ilə başlanır.
Günümüzdə “kosmik irfan” (halqa) adı ilə tanıtdırılan təriqətin azdırıcı və İslam dininin aydın və əsas prinsiplərinə zidd təlimləri vardır.Yaxın günlərdə Halqa irfanının lideri barəsində məhkəmənin kəskin qərarı çıxdı. Bəziləri onu himayə edir və deyirlər: Onun dedikləri İslam təlimləri ilə eynilik təşkil edir və biz ona itaət edərək İslamı daha yaxşı tanıdıq.Buna görə də, illərlə onun əqidə və düşüncələrini araşdırdığımıza görə, öz kitablarının birbaşa mətnlərinə istinad edərək onun azdırıcı inanclarını burada sizə bildirmək məcburiyyətindəyik.Günümüzdə “kosmik irfan” (halqa) adı ilə tanıtdırılan təriqətin azdırıcı və İslam dininin aydın və əsas prinsiplərinə zidd təlimləri vardır.
Siyasət adamları məzhəb (təriqət) qarşıdurmasından qətlə yetirmək, başqalarının işinə müdaxilə etmək, dini şəxsiyyətləri və müqəddəsləri təhqir etmək və s. məqsədilə istifadə edirlər.
Ayətullah əl-üzma Məkarim Şirazinin möhtərəm əl-Əzhər şeyxi doktor Əhməd Təyyiblə məktublaşmasının ardınca, o da, cənab Məkarim Şiraziyə ehtiramla cavab yazaraq sözügedən məktuba görə öz təşəkkürünü bildirdikdən sonra İslam vəhdətinin qorunmasının əhəmiyyətini xüsusi vurğuladı.
Gənc nəslin bu məscidə gəlişi ən böyük statistik göstəricidir: tövbə edib paklaşırlar və bu məscidlə möhkəm əlaqələr qururlar. Bu qədər əzəmətə, tarixi keçmişə, mənəvi və ruhani cazibəsi ilə Cəmkəran məscidi müxalifətçiliyə (inkara) bir səbəb qoymur.
İndiyə qədər bənzəri olmayan bu cinayəti kəskin pisləyir və həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verirəm. Eyni zamanda şiə və sünni də daxil olmaqla bütün müsəlman qardaşlara, hətta dünyadakı qeyri-müsəlmanlara xatırladıram ki, bu cür hadisələrin qarşısında susmasınlar.
Biz bu terror aktlarını kəskin şəkildə qınayaraq soruşuruq: Ərəbistan dövləti bu işlərə razıdırmı? Əgər razı deyilsə, niyə qarşısını almır? Niyə şiə məscid və mərkəzlərinin ətrafına təhlükəsizlik qüvvələri yerləşdirmir?
Bütün dünya məlum cinayəti qınadı, siyasətçilər və Səudiyyə alimləri də mövzunu qınaq obyektinə çevirdi. Amma bəşərin nə qədər xəbərsiz və sadə olduğunu güman edirlər?!
ABŞ, Avropa İttifaqı və Ərəb Birliyinin yaşıl işıq göstərməsilə başlayan Yəmən cinayətlərini, cahillik və barbarlıq dövrünə qayıdışın nümunə və şahidi bildi.
Bilin ki, əgər məlum edam hökmü icra edilsə, sizin üçün pis nəticələr doğuracaq və bütün dünya şiələri sizə qarşı kin-küdurət bəsləyərək nifrət edəcəkdir.
İŞİD, ən-Nusra və əl-Qaidə kimi təkfirçi cərəyanların ortaya çıxmasından və törətdikləri cinayətlərdən sonra "təkfir məktəbi"nin ağıl, sünnə, Quran və İslama birbaşa zidd olduğu məlum olur.
Məktubun məzmun baxımdan əhəmiyyətini nəzərə alaraq, onun tərcüməsini (həmçinin Ərəb dilində mətnini) burada qeyd etmək qərarına gəldik. Hər kəsin bu iki tanınmış şəxsiyyətin məktublarının məzmununa sadiq qalacağına ümidvarıq.
Son günlər bir neçə saytda həzrət Ayətullah əl-üzma Məkarim Şirazinin adından xəbər yayılıb. Xəbərdə yazılanlara görə mərcəyi-təqlid, “Məscidi-Əzəm”də, ali fiqhi mühazirəsindən öncə İsveçrə müzakirələri haqqında deyib ki, məlum müzakirələrin nəticəsi bizim üçün arzuolunan olmasa da, mövcud durum üçün yeganə çıxış yoludur.
Bugünkü dünyada qəribə bidət ortaya çıxıb, digər ölkələrin siyasi gedişatını və durumunu bəyənməyən hər hansı bir ölkə, beynəlxalq icazə almadan ona qarşı müharibəyə başlayır. Necə də, təhlükəsiz bir dünya yaradıblar!
Biz bu əməli kəskin qınayır və Qərb dünyasına xəbərdarlıq edirik ki, vəhşi və zülmkar dəstəyə hər növ dəstəyi kəssinlər, yoxsa onun pis sonluğu hər kəsin sorağına gələcəkdir.
Allahın evində günahsız qadın və uşaqları qanına qəltan etməyi özlərinə rəva bilən bu cani, qatil, vicdansız və vəhşi ünsürlərə hansı təlimlər verilir?!
Qərb siyasətçilərinin siyasi ağıla sahib olmadıqları bir reallıqdır. Yoxsa, kiçik bir dəstənin cinayətinə görə, belə asanlıqla İslam dünyası ilə qarşı-qarşıya gəlməz və məntiqi fikir yürütmək əvəzinə macəra axtarışında olmazdılar.
İslam Peyğəmbərini (s) təhqir etmək, bütün dünya müsəlmanlarına müharibə elanı deməkdir. Sizlər, yalnız İŞİD-dən zərbə almısınız. Müsəlmanlardan qisasalma metodunuz ağıla uyğundurmu? Onlar bu barədə düşünməlidirlər.
Aldığımız məlumata görə Bəhreynin əl-Əyyam və əl-Vətən qəzetlərinin yaydığı xəbərə görə mərcəyi-təqlid seçkilərdə iştirakın vacibliyi ilə bağlı fətva verib. Bu xəbər həqiqətə uyğun deyil.
Papa Fransis sizin məktub və tutduğunuz mövqeyə görə sizə təşəkkür edir. Ona görə ki, dini liderlərin zorakılığa, xüsusilə din adına baş verən zorakılığa aşkar mövqe sərgiləməsi bir “lüzum və zərurət”dir.
"Əhli-beyt (ə) dostlarına və hər hansı təriqət tərəfdarlarına qarşı törədilmiş cinayəti qınayır və bu ölkədə yaşayan şiə vətəndaşların ictimai asayişinin pozulmayacağına ümid edirik. Belə olduqda bütün dünya şiələri buna reaksiya göstərəcəklər”.
Aşura bir cəhətdən Əhli-beyt (ə) məktəbi tərəfdarları arasında vəhdət yaradan, digər tərəfdən isə imam Hüseyn (ə) aşiqlərinin damarlarında zalımlara qarşı şücaət və qiyam hissini gücləndirən başlıca amildir.
Zaman keçdikcə bu mərasim daha da canlanır, insanlar qəlblərində imam Hüseynə (ə) xüsusi məhəbbət bəsləyirlər. Hədislərdə deyildiyi kimi, bu məhəbbət və hərarət heç vaxt sönməyəcəkdir və ondan faydalanmaq lazımdır.