Hazırda qərb dövlətləri öz puç gümanlarına əsasən, dünyanın diqqətini bizim əleyhimizə səfərbər edib. Embarqo və hədələrlə bizim üçün məhdudiyyətlər qoymuşlar. Bəzi şəxslər bu hay-küydən təsirlənib. Halbuki bu hədələrə və embarqolara əsla etina etməməliyik.
Biz qərblilərin elmi inkişafda olan monopoliya səylərini sındırmalıyıq. Bizim gənclər öz yüksək istedadları ilə elmin bu paxıllarını utandırmalıdırlar
İran xalqı Aşura ilə özünü sığortalayır və heç vaxt məğlub olmayacaq. Düşmənlərin etirafına görə nə qədər ki, Aşura var, onlar sanksiyalar vasitəsilə İrana təzyiq göstərə bilməzlər.
Bütün əziz gənclərə bir ata kimi nəsihət edirəm ki, belə hallarda qanundankənar addım atmasınlar. Böyük inqilab Rəhbərinin və məsul qurumların icazəsi olmadan hərəkət etməsinlər. Biz çox diqqətli olmalı və onların əlinə bəhanə verməməliyik.
1433-cü ilin Aşurası böyük əzəmət və təntənə ilə yetişməkdədir. Kərbəla şəhidlərinin pak qanları yenidən qaynayır və Hüseyn məktəbinin aşiqləri bu əzəmətli tarixi mərasimləri keçirmək üçün lazımi hazırlıqları görürlər.
Bizim yeganə hədəfimiz Azərbaycan xalqının xoşbəxtliyi və İslam hökmlərinin himayəsi olub. Mərcəyi-təqlidin işi dünyanın hər yerində müqəddəs İslam hökmlərini himayə etməkdir. Bəzilərinin təsəvvürünün əksinə olaraq bunu "digər ölkələrin daxili işlərinə müdaxilə etmək" kimi qələmə vermək düzgün deyil. Çünki onların müqəllidləri və ardıcılları dünyanın hər yerində vardır.
Onlar təkcə “Bəqi”də dəfn olunan imamların (əleyhimus-salam) qəbirlərini deyil, üstəlik Məkkə və Mədinə şəhərlərində hər biri islamın əzəmətini əks etdirən, dünya müsəlmanlarının canlı tarixi olan bütün tarixi mirasını məntiqsiz fikirlər və puç etiqadlar əsasında dağıtmışlar.
Bu həqiqəti unutmayın ki, şiələrə qarşı bu nalayiq və əsassız töhmətlər, onların təkfir edilməsi İslam düşmənlərinə, xüsusilə də Amerika və İsrailə böyük xidmətdir. Çünki bu kimi tədbirlər dünya şiələrində vəhhabilərə qarşı böyük nifrət hissi oyadır.
Cənab Qərzavi Misirdə qiyama dəstək verir, Liviyada müharibə tərəfdarıdır. Amma növbə Bəhreynə çatanda diktatorluğu himayə edir! Belə ikili standartlar dini bir alim üçün düzdürmü?!
İslam dünyası niyə susur?İslam rəhbərləri, alimləri və siyasətçiləri nə üçün sükut edir? İslam konfransı niyə susur? Niyə ərəb ölkələri liqası heç nə etmir? Nə üçün onlara ölüm saçan sükut hakim kəsilib?
Zülmkar hakimiyyətə qarşı xalq qiyamlarını və milli-azadlıq hərəkatlarını məhkum edən bir qrup müfti təcili olaraq öz rəylərinə yenidən nəzər salmalı, islam ümmətinin sıralarına qoşulmalı, bu kimi hərəkatlarda təşəbbüsü ələ almalıdırlar ki, islam düşmənləri onu öz xeyirlərinə müsadirə edə bilməsinlər.
Ədalət, məntiqi azadlıq, yoxsulluqla mübarizə və yadellilərin müsəlmanların müqəddəratına müdaxilə etməməsi İslamın və Qurani-kərimin əsas və danılmaz prinsiplərindəndir.
İslam ölkələrinin rəhbərləri bilməlidirlər ki, xarici qüvvələrə və əcnəbilərə güvənmək dövrü arxada qalıb. Onlar öz xalqlarına güvənməli, onlara xidmət etməli və başa düşməlidirlər ki, əcnəbilər onları xilas edə bilməzlər.
Allahın köməyi ilə, bu il İmam Hüseyn (əleyhis-salam) üçün qurulan məclislər və təşkil olunan dini heyətlər həmişəkindən daha fəal olsunlar və bu ayinlərə ehtiram göstərməklə düşmənin müxtəlif fitnələrini dəf etsinlər... İnşallah!
Beytullahil-haramın hacılarına aid şəri məsələləri həll etmək və şəri suallara cavab vermək üçün bu gün səhər müqəddəs Mədinə şəhərində Həzrət Ayətullah əl-uzma Məkarim Şirazinin (muddə zilluhul-ali) dəftərxanası öz işinə başladı.
Quranın düşmənləri bilsinlər ki, öz bu çirkin əməlləri ilə Qurani-kərimin əzəmətindən nəyisə azalda bilməzlər, əksinə bu əməllə öz vəhşiliklərini sübut etmiş olurlar.
Təbii fəlakətdən zərər çəkmiş Pakistan xalqının köməyinə tələsmək və bu ölkədə olan qardaş və bacılara yardım göstərmək bütün dünya müsəlmanlarının və azad fikirli insanların borcudur.
İlahi ziyafət olan bu ayın yetişməsi səbəb olur ki, hamı tövbə suyu ilə ürək və canlarını yusun, təqva və pəhrizkarlıq libası geysin və özlərini gözəl davranış və əxlaqla bəzəsinlər.
Əhli-beyt (əleyhimus-səlam) məzhəbinin və haqq maarifin yayılması istiqamətində və müxtəlif ölkələrdən böyük ehtiyac duyulduğunu göstərən çoxsaylı xahişlərə cavab olaraq, həzrət ustadın dəftərxanasının rəsmi saytı Azərbaycan dilində öz işinə start verdi.