Biz yeni texnologiyaya qarşı deyilik.

Biz yeni texnologiyaya qarşı deyilik.


Bir qrup bizim texnologiyaya qarşı çıxdığımızı güman etməsinlər. Lakin Qərb texnologiyası, çirkli və antisanitar vəziyyətdə olan su kimidir. Su, həyat mənbəyi olsa da, çirklənib antisanitar vəziyyətə düşdükdən sonra təmizlənməlidir.‌

Üçüncü nəsil internet məsələsi müzakirə olunanda, “Kiberməkan ali şurası”ndan bir neçə nəfər yanıma gəlib sözügedən mövzu barədə açıqlama verdilər. Mən, real təhlükə yaranacağını hiss etdikdə onlara bu haqda xəbərdarlıq etdim. Təəssüflər olsun ki, bəzi bədgümanlar ideya və nəzərlərimi təhrif etmişdilər. Biz texnologiyaya qarşı deyilik, əksinə ondan istifadəni zəruri sayırıq.
Məkarim Şirazi cənabları, sözün əsil mənasında texnologiyanı müdafiə edərək bildirdi: "Bir qrup şəxs, bizim texnologiyaya qarşı çıxdığımızı güman etməsinlər. Lakin bunu da qeyd etmək lazımdır ki, Qərb texnologiyası, çirkli və antisanitar vəziyyətdə olan su kimidir. Su, həyat mənbəyi olsa da, çirklənib antisanitar vəziyyətə düşdükdən sonra təmizlənməlidir.
 Məkarim Şirazi cənabları, əlavə edərək dedi: “Üçüncü nəsil simsiz internet adlı çirkablı və antisanitar vəziyyətdə olan suyu gigiyenik hal alanadək təmizləyin və hər kəsin istifadəsi üçün insanların xidmətinə verin” - deyirik. Kimsə buna qarşı deyil. Ağılsız insan texnologiya və tərəqqiyə qarşıdır. Deməli, nəzərlərimizə edilən şərhlər düzgün deyildir.
Məkarim Şirazi cənabları islam əxlaqına bağlılığımızı və "qırmızı xətlərə" sahib olduğumuzu vurğulayaraq bildirdi: Bizə çatan hər bir texnologiyanı paklamalıyıq, çirkli suyu təmizləməliyik. Mən deyirəm ki, bu mövzuda tələsməsinlər. Kiberməkan ali şurası ilə əlaqə yaratsınlar, mövzunu müzakirəyə çıxarsınlar və onun gələcəkdə nə kimi problemlər yaradacağını aydınlaşdırsınlar.
Məkarim Şirazi cənabları daha sonra aydınlıq gətirdi: Bizə görə mədəni münasibətlər siyasi-iqtisadi, eləcə də siyasi-iqtisadi münasibətlər mədəni münasibətlərə çevrilir və onlar bir-birinə qarşılıqlı təsir göstərir.
O, daha sonra əlavə etdi: Biz, İslam respublikasında yaşayırıq. Bizim inancımıza əsasən, əxlaqi dəyərlər qüvvədən düşəndən sonra çoxlu problemlər yaranır. Nə üçün günümüzdə boşanma halları çoxalıb? Nə üçün nigah azalıb? Nə üçün ər arvadına, arvad da ərinə qarşı bədgüman olmalıdır? Onları doğuran mühüm amillərdən biri də elə bunlardır.
Məkarim Şirazi cənabları dedi: Bu laqeydlik və inzibatsızlıq, ailələri dağıdır, onların nizam-intizamını pozur. Sizə xəbərdarlıq edir, deyiriksə, “Məsləhət budur!” – deməli, sizə can yandırırıq. Mədəni münasibətləri gözdən keçirib öhdəmizə düşəni sizlərə deyirik, hətta bəzən belə məsələlər müəyyən xərclər bahasına başa gəlir ki, onu da ödəyirik.

 

captcha