“Bölgədə baş verən hadisələr sionist rejimə təhlükəsizlik zolağı yaratmaq məqsədi daşıyır”.

“Bölgədə baş verən hadisələr sionist rejimə təhlükəsizlik zolağı yaratmaq məqsədi daşıyır”.


“Qərb dövlətləri, Amerika və İsrail bölgədə özləri üçün təhlükəsizlik zolağı yaratmaqdan ötrü müsəlmanlar arasında ikitirəlik salmaqdan başqa çıxış yolu görmürlər. Halbuki müsəlmanlar arasında fikir ayrılığı çox azdır. Müsəlmanların Quran barəsində düşüncələri üst-üstə düşür. Həcc ziyarətinin bir çox əməllərində müsəlmanlar ortaq davranış və birliyə sahibdirlər”‌  ‌

Həzrət Ayətullah Məkarim Şirazi cənabları bir qrup yəmənli “zeydi” alimləri ilə görüşündə Quran ayələrinə toxunaraq buyurdu: “Allah-taaala, Onun yolunda səy göstərənlərə yardım edər, onları doğru yola istiqamətləndirər”.
O, mücahid və xalis bəndələrə hidayət və yardım göstərir. Əlbəttə, hidayət iki qismə bölünür: ilkin hidayətdə Allah-taala məqsədə çatdıran yolu müəyyənləşdirir və bu, ümumi kütləyə, bəşəriyyətə aiddir. Digər hidayət isə şəxsləri arzuladıqları hədəfə çatdırır və bu, xalis mücahidlərə aiddir.
Ayətullah əl-uzma Məkarim Şirazi cənabları Quran ayələri ilə Allahın mücahid və xalis bəndələrə yardımı mövzusuna işarə edərək belə aydınlıq gətirdi: “Yəməndəki qardaşlarımız bu qəbildəndir. İlahi vədin onlar barəsində reallaşaraq müvəffəq olacaqlarına ümid edirəm”.
Məkarim Şirazi cənabları, müxtəlif xalqlar arasında İslamın inkişafını xatırladaraq əlavə etdi: “Bu gün, dünyada çox sayda insan İslama üz tutur, rəğbətləri ona tərəfdir. Belə bir şəraitdə ən yaxşı iş müsəlmanların birlik göstərməsidir”.
Cənab Məkarim Şirazi belə aydınlıq gətirdi: “Quran, bizi birlik və yekdilliyə çağırır, ayələrə uyğun davranmalıyıq. Çünki düşmənlər müsəlmanlar arasında təfriqə salmağa çalışırlar”.
Məkarim Şirazi cənabları təkidlə müsəlmanlar arasında ittifaq və birliyin zəruriliyini, ikitirəliyin hegemon dövlətlərin xeyrinə tamamlacağını qeyd edərək aydınlıq gətirdi: “Qərb dövlətləri, Amerika və İsrail bölgədə özləri üçün təhlükəsizlik zolağı yaratmaqdan ötrü müsəlmanlar arasında ikitirəlik salmaqdan başqa çıxış yolu görmürlər. Halbuki müsəlmanlar arasında fikir ayrılığı çox azdır. Müsəlmanların Quran barəsində düşüncələri üst-üstə düşür. Həcc ziyarətinin bir çox əməllərində müsəlmanlar ortaq davranış və birliyə sahibdirlər”.
Cənab Məkarim Şirazi, şiə və zeydilərin müştərək cəhətlərindən söz açaraq bildirdi: “”Zeydilər”, Quran və Əhli-beytə (ə) etiqadlıdırlar. Buna əsasən digər müsəlmanlarla müqayisədə bizimlə onlar arasında ortaq məqamlar daha çoxdur; Biz sizə, siz də bizə yaxınsınız”.
Məkarim cənabları ardınca qeyd etdi: “Ümumiyyətlə, müsəlmanlar arasında ikitirəlik azdır, bununla yanaşı bizimlə zeydilər arasında fikir ayrılığı çox azdır”.
O əlavə etdi: “Yəməndə baş verən hadisələri diqqətlə izləyirik və inqilabçıların müvəffəqiyyəti, qələbəsi üçün dua edirik.”
O yenə xatırlatdı: “Bizim şəhərlərimizdə gəzib-dolaşsanız, düşmənin barəmizdə dediklərinin həqiqətə zidd olduğunu görəcəksiniz. Belə bir şəraitdə dəyirmi masa ətrafında toplanmalı, müzakirə yolu ilə qarşıya çıxan məsələləri həll etməliyik”.

 

captcha