Müsəlmanların izzəti birlikdədir

Müsəlmanların izzəti birlikdədir


İslam düşmənləri bizim bir gün birləşəcəyimizdən qorxur. Bu üzdən aramızda fikir ayrılığı və bədbinlik yaratmağa cəhd edirlər. Əgər müsəlmanların hamısı əl-ələ versələr, dünyada başıuca, iqtidarlı və izzətli bir cəmiyyət kimi yaşaya bilərik.‌

Ayətullah əl-uzma Məkarım Şirazi cənabları Azərbaycanlı din xadimi ilə görüşündə təkidlə “Biz bu ölkənin alimləri və müsəlman xalqı ilə öz aramızda qardaşlıq hiss edirik” dedi və böyük həcc qurultayının əsas mənasının islam ümmətinin birliyi və həmfikirliyi olduğunu vurğuladı.

Mərcəyi-təqlid təkid etdi: Həccin hədəfi daim bu olmuşdur ki, İslam dini dünyadakı bütün müsəlmanların nəhəng bir birlik olduğunu və hamının qardaş olduğunu sübut etsin. Bu mühüm məsələyə həmişəkindən daha çox diqqət yönəltmək lazımdır. Coğrafi sərhədlər müsəlmanları bir-birindan ayıra bilməz.

Şirazi cənabları İslam dininin dərin maarifə və çox zəngin bir düşüncəyə malik olduğuna təkid edərək müsəlmanların onun nəhəng hədəflərini həyata keçirmək üçün daha artıq birləşmələrini istədi. O, dedi: Müsəlmanların hamısı əl-ələ versələr, dünyada başıuca, iqtidarlı və izzətli bir cəmiyyət kimi yaşaya bilərik.

Ayətullah əl-uzma Məkarım Şirazi cənabları İslam ümmətinin birliyini dünya imperializmi üçün qorxu və təhlükə sayaraq əlavə etdi: İslam düşmənləri ki, bizim bir gün birləşəcəyimizdən qorxur. Bu üzdən aramızda fikir ayrılığı və bədbinlik yaratmağa cəhd edirlər.

Mərcəyi-təqlid bəzi müsəlman ölkələrinin hazırkı vəziyyətindən təəssüfünü bildirərək vurğuladı: Əgər müsəlman ölkələrə nəzər salsaq təəssüf ki, qardaşın qardaş qanı axıtdığının və ölkələrini yerlə-yeksan etdiyinin şahidi olarıq. Bütün bu hadisələrin mənşəyi isə yadellilərdir.

O, sözlərinin davamında dedi: Biz dost və qonşu Azərbaycan respublikasına yaxın münasibət bəsləyirik. Biz o günü gözləyirik ki, viza və bu kimi təşrifata ehtiyac duymadan Azərbaycanlı qardaşlar İrana və İranlılar da Azərbaycana gəlsinlər. 

Mərcəyi-təqlid İran İslam Respublikası ilə Azərbaycanın müştərək cəhətlərinin çox olduğunu vurğulayaraq təkid etdi: Biz siyasi və iqtisadi məsələlərdə bir-birimizə kömək edə bilər və sizinlə özümüzün arasında ixtilaf hallarını həll edə bilərik. Bizim xəttimiz və proqramlarımız məlumdur. Buna görə də ümid edirik ki, sizi və sizin dostlarınızı İranda görək, bu qarşılıqlı əlaqələr gündən günə geniş və möhkəm olsun.

captcha