Ali məqamlı mərcəyi-təqlidin dünya katoliklərinin rəhbəri papa Fransisə müraciəti

Ali məqamlı mərcəyi-təqlidin dünya katoliklərinin rəhbəri papa Fransisə müraciəti


Son vaxtlar, bir sıra Vatikan rəsmiləri İslam alimlərindən, təkfirçi İŞİD qruplaşmasının İraqın şimalında yaşayan xristianlar və dini azlıqlara həmlə edərək, onları vəhşicəsinə qətlə yetirməsi ilə bağlı öz mövqelərini bildirmələrini istəyib.‌  ‌

Dünya katoliklərinin rəhbəri cənab papa Fransis
Salam
Son vaxtlar, bir sıra Vatikan rəsmiləri İslam alimlərindən, təkfirçi İŞİD quruplaşmasının İraqın şimalında yaşayan xristianlar və dini azlıqlara həmlə edərək, onları vəhşicəsinə qətlə yetirməsi ilə bağlı öz mövqelərini bildirmələrini istəyib.
Həmçinin, siz də, BMT-nin baş katibinə ünvanladığınız bir məktubda, xristianların və eləcə də dini azlıqların əleyhinə olan vəhşiliklərin qarşısının alınması istiqamətində ondan bütün imkanlardan istifadə etməsini istəmisiniz.
Mən sizin bu təklifinizi dəstəkləyir və bəşəriyyətin qurtuluşu üçün, dünyanın müxtəlif din başçılarının bir araya gəlib həmkarlıq etmələrini zəruri hesab edir, bu kimi vəhşicəsinə həmlələri pisləyirəm. Eləcə də bütün dünya müsəlmanlarından bu vəhşiliyi qınamalarını istəyirəm və bununla əlaqədar iki məsələni diqqətinizə çatdırıram:
1. Təkfirçi qruplaşmalar, din və milliyyətindən asılı olmayaraq, bütün bəşəriyyətin ən böyük bəlalarındandır. Biz illərdir ki, fəryad edərək bu təhlükədən xəbər verirdik. Şəxsən mən özüm, üç il bundan əvvəl, Vatikan Papa Şurasının (VPŞ) hörmətli sədri ilə görüşümüz zamanı təkfirçi quruplaşmaların təhlükəli olduqlarına işarə edərək dedim:
"Elə bir həftə yoxdur ki, mən öz çıxışlarımda bu ifratçı dəstələrin fəaliyyətlərini tənqid etməmiş olum... Bu ifratçı azlıqların törətdiklərini İslam dinininə aid etmək olmaz".
Quranın açıq-aydın ayələrinə əsasən, İslam Peyğəmbəri (s) bütün dünya əhli üçün bir mərhəmətdir. Lakin təəssüflər olsun ki, dünyanın bir çox dini və siyasi rəhbərləri, nəinki bu kimi ifratçı bir dəstənin qarşısını almadılar, hətta bəzən onları təsdiq edərək himayə etdilər.
Əgər bir sıra qərb ölkələri və onların himayəçilərinin maddi dəstəyi və silahla təchizetmələri olmasaydı, təkfirçi İŞİD və bu kimi qruplaşmalar, həyata davam etməyə və eləcə də, bu kimi cinayətləri törətməklə insanların qanını tökməyə nail ola bilməzdilər.
2. Həmçinin mən də ümid edirəm ki, sizin rəhbərliyiniz müddəti ərzində, müxtəlif adlar və quruplaşmalar altında, bu kimi cinayətlərin və faciələrin qarşısının alınmasında Vatikanın mövqeyi daha da şəffaf və qətiyyətli olsun. Buna həm müsəlman ölkələrində azlıq təşkil edən xristianların, həm də Qərb və digər ölkələrdə yaşayan və azlıq təşkil edən müsəlmanların əleyhinə olan zülmlər daxildir. Allah-taaladan siz və həmkarlarınız üçün uğur və yeni-yeni nailiyyətlər diləyirəm.
Müvəffəqiyyət arzulayıram!
Nasir Məkarim Şirazi.

 

captcha