Mübarək Ramazan ayının fitrə zəkatının miqdarı və oruc kəffarəsinin miqdarı Ayətullah Məkarim Şirazi tərəfindən müəyyən edildi və ölkə üzrə bütün ofislərə bildirildi.
Bəli, o ədalət nümunəsi camaatın arasından köçdükdən sonra, o mehriban rəhbərin yerini başqaları tutdu, xütbələr oxuduğunda dilindən elm və bilik yağan o ilahi elm xəzinəsi xalq arasından getdikdən sonra, şəhvətpərəst və şeytanın tərəfdarları olan Bəni-Üməyyə zalımları, qəddarları onun yerində oturdular.
Qədr gecəsinin xüsusiyyətlərindən biri bu gecənin İmam Əli (ə) ilə bağlılığıdır. Sanki Allah-taala bu gecə rəhmət qapılarını açaraq, İmam Əli (ə) kimi məqam sahibi bir şəfaətçi vasitəsilə camaatı dərgahında şəfaət etmək istəyir.
Mübarək Ramazan ayından bəhrələnmək, xüsusilə Qədr gecələrinin mənəvi abü-havasının həqiqi mənada dərk edilməsi bəhsi, fərdi və ictimai özünütərbiyənin gücləndirilməsində ən mühüm tələblərdən, eləcə də təqvaya nail olmaqda həlledici amillərdəndir. Odur ki, Qədr gecələrinin mənəvi atmosferinə məlumatlı daxil olmaq və bu dəyərlı gecədəki mövcud həqiqətləri anlamaq fövqəladə əhəmiyyət daşıyır.
Bunu rəhbər tutaraq, ali məqamlı mərcəyi-təqlid Ayətullah Məkarim Şirazinin yüksək ideya və düşüncələrindən istifadə edib, müxtəlif prizmalardan “Qədr gecəsindəki mənəviyyatın fundamental amilləri və bu gecədə bəndəliyi gücləndirmə yollarının keyfiyyəti” mövzusunda yazını siz oxuculara təqdim edirik:
İraqlılar yekdilliklə birləşib düşməni ölkələrindən qovsunlar! Mərcəiyyət sərhəd tanımır, hər kəsə aiddir və biz həm sizin, həm də İslam dünyasının xeyrini istəyirik.
Terrorizm və ekstremizmlə mübarizədə İraq və Suriyada ön cəbhədəyik. Bizim kimi heç kəs terrorizmlə, zorakılıqla mübarizə aparmır və sonra da bizi terrorizmə dəstəkdə günahlandırırlar!
Heç şübhəsiz problemlərin yeganə həll yolu müqavimət iqtisadiyyatıdır. Biz İslam İnqilabı liderinin müqavimət iqtisadiyyatı ilə bağlı məqsədlərini həyata keçirməliyik. Əfsuslar olsun ki, iqtisadi məsələlərdə beş element: sanksiya, inhisarçılıq, asılılıq yaratmaq, lüks və məsrəfli həyat, israfçılıq və bədxərcliyin artımı cəmiyyəti təhdid etməkdədir.
Bu ilahi alim öz bərəkətli ömrü boyu Bəhreynin digər alimləri ilə həmin ölkə xalqının hüquqlarının müdafiəsi uğrunda yaxın əməkdaşlıq etmişdir və onun fədakarlıqları unudulmaz olaraq qalacaq.
Yaradılış aləminin hər güşəsini dərk edərək təbiət aləmindəki mövcud nəzm-intizamın mahiyyəti barədə (1) mütaliə və təfəkkür (2), məhdud hiss və idrakımıza aləmin dəqiqliyi və yaradılışın sirrini öyrənməyə imkan verir (3). Səbəbi isə aydındır, biz təbiətin qoynunda böyümüşük, onunla üns tapmışıq; hər nə görüb eşitmişiksə, həmin təbii varlıqlar olmuşdur və həmin təbiət də, əslində bizi Allahşünaslığa yönəltmişdir (4).Nə yaxşı olar ki, ətrafımıza yenidən baxaq; həyatın axarına, təbiətə yeni baxışla nəzər salaq. Yad planetli olduğumuzu və yer üzündəki dəyişikliyi ilk dəfə gördüyümüzü fərz edək. Sanki yer üzünə ilk dəfədir gəlirik, oradakı gözəlliklərə ilk dəfə şahid oluruq. Sözsüz ki, bu səfərdə hisslərimiz heyrət və dərin təəccübdən başqa bir şey olmayacaq (5).
Son günlər görülən qəribəliklərdən biri də bir qrup ərəb liderlərinin bir araya gəlib Livan Hizbullahını terrorist qruplaşmalardan sayılması qənaətinə gəlmələridir, hansı ki, həmin Hizbullah ərəblərin ən böyük fəxridir.
İslamın dəyərli xanımı həzrət Fatimə Zəhranın (s) şəhadəti münasibətilə matəm məclisi cümə axşamı, mart ayının 10-dan 13-ə qədər Əmirəl-möminin Əli (ə) mədrəsəsində təşkil olunacaq.
Biharul-ənvardan seçmələr kitabı adından da göründüyü kimi mərhum Əllamə Məclisinin çox qiymətli "Biharul-ənvar" kitabından alimanə, dəqiq və hesablanmış seçmələr, həmçinin kitabın yeni redaksiyası ünvanındadır.
Sizin səfəriniz sayəsində bu iki dini mərkəzin bir-birilə yaxın münasibətlərinin artacağına ümid edirik. Sülh və ədalətə əhəmiyyət verdiyinizə və elə bu məqsədlə bir nazirlik də yaratdığınıza görə çox şadıq.
Bu fitnələrin alovu elə bu gün söndürülsə belə, bu təkfirçi qruplaşmaların İslam ümməti daxilində törətdiyi cinayətlərin nəticəsi olan xəsarət və xarabalıqları abadlaşdırmaq istiqamətində on illərlə çalışmağımız lazımdır.
Bir cümlədə demək lazımdır "təkfirçilik" ideyası tamamilə ağıla, sünnəyə və Qurana ziddir. İslamın görkəmli alimləri bu yanlış təfəkkürün kökünü düzgün məntiqlə kəsməli və gənclərin onlara qoşulmasının qarşısını almalıdırlar.
Siz ali həzrətin yüksək himmət və fədakarlığı - hansı ki, onda məhəbbət və bəxşiş nişanələri var və sizin ruhunuzdan saçan nurdur - ağıl və ruhumuzda həkk olacaq.
Yəmən xalqının zülmə məruz qalması və Səud sülaləsinin bu günahsız xalqa zülmü dünyaya məlum olduğu halda, neftdən gələn dollarlar siyasi hakimləri və Beynəlxalq Təşkilatları öz təsiri altına salmışdır.
Qaniçən Ərəbistan rejimi bilsin ki, günahsız Şeyx Nimrin şəhadəti onlara təsəvvür etmədikləri qədər baha başa gəlmiş və gələcəkdir. Allahın ədalətindən doğan qisası özünü göstərəcək, bu təcavüzkar və caniləri zillətə qərq edəcəkdir.
Şeyx Nimr silaha əl atmadı, onun silahı dili və qələmi idi. Şeyx Nimrin boynunu vurub, bədənini dara çəkməkləri mahiyyət etibarı ilə, İŞİD-in gördüyü işlə eynidir.
Biz bu gözlənilməz cinayəti kəskin pisləyirik və sözsüz ki, bunun qisası alınacaqdır. Bildiyimiz kimi, bu cinayətlər Səud sülaləsinin İraq, Suriya və Yəməndə üzləşdiyi məğlubiyyətlərin intiqamıdır.
Ayətullah Məkarim Şirazi təkfirçiliyin İslam dünyası üçün təhlükəsinə işarə edərək, bu təhlükənin tam kənarlaşdırılmasında yeganə çıxış yolunun intellektual və mədəni mübarizə aparmaq olduğunu xüsusi vurğuladı. Bu istiqamətdə KİV-lərin aparıcı rol oynaması labüddür.
Mən, həmişə sizə bəslədiyim və hal-hazırda bəsləməkdə olduğum nikbin baxışla, “əl-Əzhər”in İslam düşmənləri, vəhhabilər, təkfirçilər və ikitirəlik yaradan “xənnas” vəsvəsələrinin – belə ki, sizin ətrafınıza vəsvəsə edib mötədil yoldan çıxarmaq istəyən – təxribat toruna düşməsinin qarşısını qətiyyətlə alacağınıza ümidvaram.
Təkfirçilərin təhlükəsi onların yanlış düşüncə və ideologiyasından qaynaqlanır. İslam alimləri bu təfəkkürün kökünü qurutmağa borcludurlar. Zamanın qəribəliklərindən biri də kitab və məktəblərində təkfirçilik nəzəriyyəsi tədris olunan Səud sülasəsinin təkfirçiliyə qarşı otuzdan çox ölkənin qoşuduğu bir koalisiya yaratmasıdır.
Son günlər, vəhdət, yaxınlaşma və birliyə rəğbət göstərən “əl-Əhzər”in Şeyxi şiələrə qarşı kəskin bir çıxış etdi və bu çıxışının səbəbi kimi başqalarının müqəddəslərini pisləyən televiziya kanallarını göstərdi.