İfratçı və radikal müsəlmanların qarşıdurma yaratmasına imkan verməyək!
Bizim, dünyada inkişaf və nüfuzumuzun qarşısını almaq istəyən düşmənlərimiz olsa da, nəticə etibarı ilə buna nail olmayacaqlar.
Ayətullah Məkarim Şirazi Ümümdünya İslami təriqətlərin yaxınlığı assambleyasınıın baş katibi Ayətullah Möhsin Əraki ilə görüşündə xüsusi vurğuladı: Bizim dünyada inkişaf və nüfuzumuzun qarşısını almaq istəyən düşmənlərimiz olsa da, nəticə etibarı ilə buna nail olmayacaqlar.
O aydınlıq gətirdi: İslam və şiə maarifi dünya tərəfindən məqbuldur, baxmayaraq ki, miqyasını daraltmağa çalışırlar, amma Allahın lütfü ilə buna nail olmayacaqlar. Sevindirici haldır ki, Əhli-beyt (ə) məktəbi hər keçən gün vüsət tapmaqdadır. Bu məsələ bir çoxlarının canına vəlvələ salıb, onları narahat etmişdir.
Ayətullah Məkarim Şirazi “Səqələyn”dən yapışmağı İslam ümmətinin nicat rəmzi bilərək, buyurdu: Biz Quran və Əhli-beytə (ə) sarılaraq itaət etdiyimiz üçün, əqidə prinsiplərində səhv və xətaya yol vermirik. Ağlın arqumentliliyinə etiqad şiə təriqətinin iftixarlarındandır.
Məkarim Şirazi cənabları, bu gün dünyada İslam və Əhli-beyt (ə) məktəbini qəbul etmək üçün yaranan zəmin və münasib şərtlərə təkid edərək buyurdu: Əhli-beyt (ə) maarifinin yayımında diqqətli olmaq, başqaların hisslərinə toxunan mövzuları qabartmaqdan çəkinmək lazımdır. Biz “Nümunə” təfsirində bu mövzunu nəzərə almışıq. Əlbəttə, bunun, hətta əhli-sünnə arasında uğurlu və təsirli olmasını görmüşük.
Ayətullah Məkarim Şirazi davamında buyurdu: Təriqətlərarası yaxınlıq və birlik mövzusu öz imtiyazlarımızı dilə gətirməməyə səbəb olmamalıdır, əlbəttə, bu məsələni dəqiqlik və həssaslıqla təqib etməli, başqaların müqəddəslərini təhqir etməməliyik. “Yaxınlaşma” mövzusunda həmin metodun keçərli olacağına ümidvarıq.
O buyurdu: Əgər ifratçılar – radikallar başqaların müqəddəslərini təhqir etməsələr, bir çox nailiyyətlərə şahid olarıq. “əl-Əzhər” Şeyxi vəhdət və yaxınlığa dəvət edənlərdəndir, lakin əfsuslar olsun ki, son vaxtlar nisbətən yolunu dəyişərək, radikallıq mövqeyi tutmuşdur ki, bu da təəccüb doğurur. Elə bu xüsusda ona məktub yazmışıq; birlik və yaxınlaşma mövzusunda lazım bildiyimiz məqamları xatırlatmışıq.
Ayətullah Məkarim Şirazi davamında elm hövzələrində parlaq və fitri istedadların mövcudluğunu dilə gətirərək, buyurdu: Təəssüflər olsun ki, bəzən istedadlar hədər gedir. İstedadlıları müəyyən edib, onlara xüsusi dəstək olmalı və onlar üçün ayrıca imtiyazlar nəzərdə tutmaq lazımdır.
Yayım tarixi: 07/01/2016