Təkfirçilər, İslam dünyası üçün ortaq təhlükə hesab olunur/ Səud sülaləsi də təkfirçi cərəyanların təhlükəsindən amanda olmayacaq.

Təkfirçilər, İslam dünyası üçün ortaq təhlükə hesab olunur/ Səud sülaləsi də təkfirçi cərəyanların təhlükəsindən amanda olmayacaq.


Təkfirçilərin təhlükəsi onların yanlış düşüncə və ideologiyasından qaynaqlanır. İslam alimləri bu təfəkkürün kökünü qurutmağa borcludurlar. Zamanın qəribəliklərindən biri də kitab və məktəblərində təkfirçilik nəzəriyyəsi tədris olunan Səud sülasəsinin təkfirçiliyə qarşı otuzdan çox ölkənin qoşuduğu bir koalisiya yaratmasıdır.‌

Təkfirçilər, İslam dünyası üçün ortaq təhlükə hesab olunur/ Səud sülaləsi də təkfirçi cərəyanların təhlükəsindən amanda olmayacaq.
Təkfirçilərin təhlükəsi onların yanlış düşüncə və ideologiyasından qaynaqlanır. İslam alimləri bu təfəkkürün kökünü qurutmağa borcludurlar. Zamanın qəribəliklərindən biri də kitab və məktəblərində təkfirçilik nəzəriyyəsi tədris olunan Səud sülasəsinin təkfirçiliyə qarşı otuzdan çox ölkənin qoşuduğu bir koalisiya yaratmasıdır.

Ayətullah Məkarim Şirazi İordaniyanın Vəqflər və İslam işləri naziri ilə görüşündə, iki böyük təhlükənin İslam dünyasını hədələdiyini dilə gətirərək, buyurdu: İlk təhlükə, dünyanı və İslam ölkələrini hədələyən təkfirçilərdir. Bu gün təkfirçilərin təhlükəsi canların qətlinə, İslam ölkələrinin viranına rəvac verməklə yanaşı, həm də İslam düşmənlərinin sevincinə səbəb olmuşdur.
O, heç bir ölkənin, hətta əqidəmizə görə təkfirin vətəni olan Səudiyyə Ərəbistanının da, onların təhlükəsindən sığortalanmadığını bildirərək, sözünə davam etdi: İslam dünyasını hədələyən ikinci təhlükə, müsəlmanların qədim düşməni sayılan və bu düşmənçiliyə and içmiş işğalçı sionist rejimdir.

Ayətullah Məkarim Şirazi işğalçı sionist rejimin Fələstində və “əl-Əqsa” məscidində törətdiyi cinayətlərə işarə edərək, buyurdu: Bu gün “əl-Əqsa” məscidində yaranan problemlərin İslam dünyası və İslam dünyası alimləri üçün çox böyük əhəmiyyəti vardır.
O, sözünün digər bir yerində təkfirçi təhlükəsinin yalnız hərbi yolla aradan qaldırılmayacağına diqqət çəkərək, sözünə aydınlıq gətirdi: Təkfirçilərin təhlükəsi onların yanlış düşüncə və ideologiyasından qaynaqlanır. İslam alimləri bu təfəkkürün kökünü qurutmağa borcludurlar. Zamanın qəribəliklərindən biri də kitab və məktəblərində təkfirçilik nəzəriyyəsi tədris olunan Səud sülasəsinin təkfirçiliyə qarşı otuzdan çox ölkənin qoşuduğu bir koalisiya yaratmasıdır.

Ayətullah Məkarim Şirazi bu mövzunun Səud sülaləsinin də, təkfirçi təhlükəsini anladığından xəbər verdiyini bildirərək, əlavə etdi: Günümüzdə müsəlmanlar arasında ikitirəlik yaratmaq düşmən təxribatlarının tərkib hissəsidir. Onlar şiələr arasında sünniliyə qarşı, sünnilər arasında isə şiələrə qarşı fobiya yaratmağa çalışır.
O, davamında buyurdu: İranın şimal, cənub, şərq və qərbində əhli-sünnə davamçıları yaşayır və biz onlarla dinc şəraitdə həyat sürürük. Əfqanıstanda da, əhli-sünnə və şiə ortaq hökumətə sahibdir.
Yayım tarixi: 24/12/2015

 

captcha