İran terrorizmlə mübarizədə ön xəttədir. Ərəbistan və vəhhabilik qəddarlıq, qətl və təkfirin qaynağıdır.

İran terrorizmlə mübarizədə ön xəttədir. Ərəbistan və vəhhabilik qəddarlıq, qətl və təkfirin qaynağıdır.


Terrorizm və ekstremizmlə mübarizədə İraq və Suriyada ön cəbhədəyik. Bizim kimi heç kəs terrorizmlə, zorakılıqla mübarizə aparmır və sonra da bizi terrorizmə dəstəkdə günahlandırırlar!‌

İran terrorizmlə mübarizədə ön xəttədir. Ərəbistan və vəhhabilik qəddarlıq, qətl və təkfirin qaynağıdır.
Terrorizm və ekstremizmlə mübarizədə İraq və Suriyada ön cəbhədəyik. Bizim kimi heç kəs terrorizmlə, zorakılıqla mübarizə aparmır və sonra da bizi terrorizmə dəstəkdə günahlandırırlar!
Ayətullah Məkarim Şirazi Qum şəhərinin “Məscidul-Əzəm”ində təşkil olunan fiqhin ali mühazirəsində təkfirçilik, zorakılıq və İŞİD-in kökünün Səudiyyə Ərəbistanı, vəhhabilik və Məhəmməd ibn Əbdülvəhhabın təlimlərinin olmasına təkid edərək, bunda şühbə olmadığını bildirdi və buyurdu: Səudiyyə Ərəbistanı terrorizmlə mübarizə adı altında qrup təşkil edib; siz (gedin) özünüzlə mübarizə aparın!
O, terrorizm və terrorçu qruplaşmalar qarşısında Amerika və Qərbin ikiüzlü davranışını da tənqid edərək, sözünə əlavə etdi: Amerikalılar bunların hamisidir və İŞİD-i gücləndirənlər də elə onlardır. Başqaları da İŞİD-in qəsb etdiyi nefti alır, əvəzində silah verirlər, sonra da bizi terrorizmi himayə ilə ittiham edirlər və bu, ruzigarın qəribəliyidir.
Məkarim Şirazi cənabları terrorçuluqla mübarizədə ön xətdə olduqlarını dilə gətirərək buyurdu: İraq və Suriyada terrorizm və ekstremizmlə mübarizədə ön cəbhədəyik. Bizim kimi heç kəs terrorizmlə, zorakılıqla mübarizə aparmır. Sonra da bizi terrorizmə dəstəkdə günahlandırırlar!
Ayətullah Məkarim Şirazi bunu da xatırlatdı: Çox qəribədir ki, terror və təkfiri evində dirçəldənlər terrorizmə qarşı çıxırlar və bizi kimi terrorizmin həqiqi müxaliflərini, terrorizmlə mübarizə aparanları ittiham edirlər.
O, əlavə etdi: Amerikalılar və Səudiyyə Ərəbistanı bu qədər dünyaya yalan deməsinlər. Təkfir, qətl və qaniçənliyin haradan qaynaqlandığını dünya yaxşı bilir.
Ayətullah Məkarim Şirazi bunu da bildirdi: Bunlar Məkkə və Mədinədə özlərinə müxalif neçə-neçə alimi öldürdülər. Hazırda Avropaya gedib cinayət törədənlər Səudiyyə Ərəbistanı elmi mərkəzlərinin yetirmələridir. İndi də, (gəlib) terrorizmlə mübarizədən dəm vururlar, koalisiya yaradırlar.
Bunlarla bağlı sənəd və materialları dünya əhalisinə çatdırmaq lazımdır ki, həqiqətlər onlara aşkar olsun. Əgər terrorizmin kökünün kəsilməsini istəyiriksə, məsələlərə sadiq yanaşmalıyıq. Son günlər qərblilərin önəmli mətbuatı sözügedən mövzuya, yəni terrorizmin kökünün Səudiyyə Ərəbistanında olması məsələsinə toxunub və toxunmaqdadır.
Ayətullah Məkarim Şirazi sonda buyurdu: Son vaxtlar onların məsul şəxsləri deyirlər ki, bizim vəhhabiliklə işimiz yoxdur. Lakin onu ört-basdır edə bilməzlər, çünki məsələ son dərəcə şəffaf və aydındır. Daha məntiqli davranıb, terrorizmin kökünü kəsəcəklərinə ümidvarıq!
Yayım tarixi: 13/04/2016

 

captcha