Təzyiq artırdıqca xalqın İmam Hüseyn (ə) mərasimlərinə diqqəti də artır, onlar bunu görürlər. Altı milyon zəvvarın Kərbəlaya gəlişi misilsiz, yaxud nadir hadisədir.
Həzrət Zeynəb (ə): Gələcəkdə bu torpaqlarda, atan Hüseynin (ə) türbəsi üzərində heç vaxt köhnəlməyən bir bayraq dalğalanacaq, zamanın ötməsi ona bir zərər vurmayacaq və küfür başçıları bacardıqca onun məhvinə çalışacaqlar, lakin bunun əksinə olaraq günbəgün onun əzəməti artacaq.
İmam Səccad (ə), Yezid özbaşnalığına qarşı müqavimət göstərib təslim olmamaqla, eləcə də Kufə və Şamda fəsahətli xütbələr söyləməklə bu iki şəhərin xalq kütləsinin ümumi düşüncəsini Yezidə qarşı qoydu və oradakı asayişi Bəni-Üməyyə üçün təhlükəli etdi.
Ümid edirik ki, zalım və qəddarların məzlumların qanını içmək üçün ayağa qalxdığı müasir dünyada zülmə məruz qalmış millətlər Aşura qəhrəmanlıq salnaməsindən ilham alaraq ayağa qalxacaq və onların dünyadakı şərinə son qoyacaqlar.
Bəşəriyyət üçün əsrimizin ən böyük bəlası imperializmdir. İmam Hüseynin (ə) hədəfi zülmə qarşı çıxmaq və zalımla mübarizə aparmaqdan başqa bir şey deyildi.
İmam Hüseyn (ə) Aşura gününün zöhründə camaat namazı qıldı və o, bu hərəkəti ilə ən çətin şəraitdə belə namazın bərpa olunması və tərk edilməməsi mesajını verdi, ona görə də dövrümüzdə də Aşura gününün zöhründə camaat namazının təşkili çox önəmli bir işdir.
Kərbəla tarixindəki möhtəşəm anlar şərəfli həyat və izzətli, əzəmətli ölum düsturunu təsvir edir. Bu həmin dərsdir ki, İmam Hüseyn (ə) Neynəva meydanında, Aşura günündə bəşərə öyrətdi.
İndiki biz “Ey kaş, səninlə birgə olaydıq!” – deyirik, gərək addımımızı Kərbəla şəhidlərinin addımlarının yerinə qoyaq və Kərbəla şəhidlərinin uğruna şəhid olduqları təlim və mesajlarını həyata keçirək.
Ayətullah Məkarim Şirazinin görüşündə İmam Hüseyn (ə) əzadarlığının təhlili İslam ümmətinin agahlığına, oyanışına səbəb olan, eyni zamanda da zülmə qarşı çıxan əzadarlıq prinsipi, əslində insani səciyyələri inkişaf etdirən bir məktəbdir. Bu əsasla qeyd etməliyik ki, Aşura bir hadisə yox, əksinə tarixi bir cərəyan idi.
Ayətullah Məkarim Şirazinin dünya katoliklərinin lideri Papa Fransiskə təşəkkür məktubunun ardınca qarşılıq olaraq Vatikan rəsmiləri Məkarim Şirazi cənablarına rəsmi və möhtərəmanə cavab məktubu ilə Papanın minnətdarlığını bildirdi.
Allah-taalanın lütfü və həzrət “Bəqiyyətəllah”ın (əc) nəzəri altında Ayətullah Məkarim Şirazinin ofisinin saytının fransızca bölməsinin rəsmi açılışı oldu.
Vilayət məsələsi digər məsələlərdən daha önəmlidir, çünki İmamın (ə) ifadəsi ilə desək, vilayət İslamın digər həlledici faktorlarının icrasına zamindir.
Tələbələr və natiqlər bir çox cəhətdən zülmə məruz qalmış və az anılan onuncu İmamı (ə) daha dərindən tanıtdırmaqla şübhələr qarşısında gözəl və təsirli cavablar verib insanların inanclarının zəifləməsinə qarşı mübarizə apara bilərlər.
Qurbanlığın böyük nişanələrindən biri budur ki, illər keçdikcə daha da genişlənir və hər il o böyük qurbanlığı yad etmək üçün 1.000.000 qurban kəsir və xatirəsini yaşadırlar.
Ərəfə duasını bütün varlığımızla, qəlbi aramlıqla və mənasını dərk edərək oxumalı, onun zəngin məzmunu haqqında düşünməli və bu gündən bəhrələnməliyik.
Şübhəsiz, bu hadisə Ali Səud - hansı ki özlərini hacıların can toxunulmazlığına cavabdeh bilirlər – üçün qara ləkədir və heç bir su ilə təmizlənməyəcək.
Hal-hazırda hər hansı fiqh, üsul, təfsir, əqaid və əxlaq kitablarına müraciət etsək, “İmam Baqir (ə) buyurdu, İmam Sadiq (ə) buyurdu” ifadəsinə rast gələcəyik. Bu iki böyük şəxsiyyət İslam elmlərindən bizlərə böyük bir miras qoymuşdur.
İmam Əli ibn Musa Rzanın (ə) münazirələri – elmi mübahisələri keçmişə aid tarixi məsələ deyil, əksinə, İslamı – məktəb və ideologiyamızı müdafiə etməkdən ötrü bugün və bütün zamanlar üçün geniş əhatəli və əhəmiyyət dolu bir qaynaqdır.
Mükaşifə və şühud aləmində (intiutiv baxışda) həzrət Məsumənin (ə) yüksək məqamı təkcə həzrət Musa ibn Cəfərin (ə) övladı, səkkizinci İmamın (ə) bacısı olduğuna görə deyil, həm də şəxsi mərifət məqamından qaynaqlanır.
Xəbərin anonsu: Sübhəsiz, möhtəşəm Fitr bayramı namazı İslam ümmətinin vəhdəti və İslam ictimaiyyətinin problemlərinin həllində misilsiz faktordur. Odur ki, din təbliğatçılarının xalis Peyğəmbər (s) islamının geniş yayılmasında, İslamda din və siyasətin eyniliyinin və İslam dünyasına dair məsələlərin bəyan edilməsində rolu danılmazdır.