Biz öz dini vəzifəmizə uyğun olaraq, İslam ölkəsi olan Azərbaycanın dövlət xadimlərinə xatırladırıq ki, xalqın dini hiss və emosiyalarına hörmətlə yanaşsınlar və onların dini hüquqlarını pozmasınlar.
Müharibə alovu İslam ölkələri ilə məhdudlaşmayacaq. Qloballaşan müasir dünyamızın bir yeri əmin-amanlıq, digər yerləri isə təhlükəli ola bilməz. Parisdə baş verən terror hadisəsi və cinayətlərinin ardınca bütün avropa dəhşət içərisindədir, əlbəttə onun qığılcımı digər bölgələrə və Avropadan kənara də sıçrayacaq.
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi Mina hadisəsindən bir-neçə həftə keçdiyinə baxmayaraq İslam dünyasının alimlərinin əksəriyyətindən ciddi reaksiya olmadığına görə bu məsələnin həlli ilə bağlı elmi toplantılar təşkil etmək istiqamətində öz hazırlığını bildirib.Məktubda qeyd olunur:
Vəhhabi və Hicaz alimlərinə də tövsiyə edirik: Sizlər hazırda təfəkkürünüzün məhsulunu görürsünüz, onun məhsulu baş kəsmələr, cinayətlər, yandırmalar və xaraba qoymalardır. Müsəlman sıralarına dönün, belə təfəkkürlərdən əl çəkin onlari boşlayın.
“Ərbəin”, İslam və Əhli-beyt (ə) məktəbinin əzəmətinə səbəb olan bahalı bir gövhər, çox dəyərli bir xəzinədir. Ondan daha yaxşı faydalanmaq lazımdır.
Ayətullah Məkarim Şirazinin "www.makarem.ir" informasiya portalı orijinal xəbər, çıxış və fətvalara müraciət xüsusunda, yeganə rəsmi və mötəbər qaynaqdır.
Hər il hicri-şəmsi təqvimi ilə Aban ayının 13-ü (Noyabr ayının 4-ü) dünya imperialistləri ilə mübarizə gününün ildönümü və bu ölkənin inqilabçı gənclərinin Amerikanın imperialist xislətinə qarşı fəryadının anım günüdür, hansı ki, Ağ evin dövlət nümayəndələrinin müstəmləkəçi damarlarından qaynayır. Odur ki, insan hüquqlarının müdafiəsi şüarı ilə fələyin qulağını kar edən dünyanın ən böyük sənaye ölkələrinin səfirlikləri məzlumların istismarı istiqamətində təhlükəli cəsus yuvasına dönmüş, ədəbli, zirək və alicənab diplomatları isə CİA kəşfiyyat orqanının üzvlərinə çevrilmişdir.
Ayətullah Məkarim Şirazinin görüşündə, Aşura qiyamının çatdırılmasında həzrət Zeynəbin (ə) misilsiz vəzifəsiHəzrət Zeynəb (ə): Gələcəkdə bu torpaqlarda, atan Hüseynin (ə) türbəsi üzərində heç vaxt köhnəlməyən bir bayraq dalğalanacaq, zamanın ötməsi ona bir zərər vurmayacaq və küfür başçıları bacardıqca onun məhvinə çalışacaqlar, lakin bunun əksinə olaraq günbəgün onun əzəməti artacaq.
İmam Səccad (ə), Yezid özbaşnalığına qarşı müqavimət göstərib təslim olmamaqla, eləcə də Kufə və Şamda fəsahətli xütbələr söyləməklə bu iki şəhərin xalq kütləsinin ümumi düşüncəsini Yezidə qarşı qoydu və oradakı asayişi Bəni-Üməyyə üçün təhlükəli etdi.
Həzrət Seyyidüş-şühədanın (ə) məzlumcasına şəhadəti dünya azadələri üçün elə bir məktəb yaratdı ki, şəhidlik və ölümü sadə bir iş, hətta iftixar hesab etdi
Bu firqənin təlimlərində yer alanlar elmi yükü olmayan ifadələrdir; heç bir əqli və nəqli istinadları olmaması və təxəyyülün məhsulu olması ilə yanaşı, Qurani-kərimin ayələrilə də aşkar ziddiyyətdədir.
O həzrətin şəhadəti ali dəyərlərlə yoğrulduğu üçün əhəmiyyəti köhnəlməməklə yanaşı, günbəgün üzə çıxmaqdadır. Haqq və ədalət, insanlıq dəyəri, ilahi etiqad naminə cihad, həyatda zillətə boyun əyməmək məsələləri elə konsepsiyalardır ki, heç vaxt köhnəlməz.
İmam Hüseyn (ə) Aşura gününün zöhründə camaat namazı qıldı və o, bu hərəkəti ilə ən çətin şəraitdə belə namazın bərpa olunması və tərk edilməməsi mesajını verdi, ona görə də dövrümüzdə də Aşura gününün zöhründə camaat namazının təşkili çox önəmli bir işdir.
Kərbəla tarixindəki möhtəşəm anlar şərəfli həyat və izzətli, əzəmətli ölum düsturunu təsvir edir. Bu həmin dərsdir ki, İmam Hüseyn (ə) Neynəva meydanında, Aşura günündə bəşərə öyrətdi.
Vilayət, digər elementlərdən öndə durur. Ona görə ki, – İmam Əlinin (ə) ifadəsi ilə desək – vilayət, İslamın digər əsas keyfiyyətlərinin icrasına zamindir.
Qurban kəsmənin ən böyük əlamətlərindən biri, ildən-ilə keçdikcə onun geniş vüsət almasıdır. İndi, hər il bu böyük qurban anılaraq milyondan çox qurban kəsilir və xatirəsi yaşadılır.
Halqa irfanı deyir: Adəm cənnətdə savadsız idi və qadağan edilmiş ağacın meyvəsini yeməklə oradan kənarlaşdırıldı və agahlıq cənnətinə doğru yola düşdü. Şeytan da bu yolda ona dəstək oldu.
Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi baş ofisi, möhtərəm hacılara xidmət göstərmək məqsədilə, hər il Məkarim Şirazi cənablarının nümayəndəsi ünvanında alimlərdən ibarət bir qrupu ezam edir, (Mədinədə) ofisin filialını açaraq, hacıların, karvan başçılarının suallarını cavablandırır.
Günümüzdə “kosmik irfan” (halqa) adı ilə tanıtdırılan təriqətin azdırıcı və İslam dininin aydın və əsas prinsiplərinə zidd təlimləri vardır.Yaxın günlərdə Halqa irfanının lideri barəsində məhkəmənin kəskin qərarı çıxdı. Bəziləri onu himayə edir və deyirlər: Onun dedikləri İslam təlimləri ilə eynilik təşkil edir və biz ona itaət edərək İslamı daha yaxşı tanıdıq.Buna görə də, illərlə onun əqidə və düşüncələrini araşdırdığımıza görə, öz kitablarının birbaşa mətnlərinə istinad edərək onun azdırıcı inanclarını burada sizə bildirmək məcburiyyətindəyik.Günümüzdə “kosmik irfan” (halqa) adı ilə tanıtdırılan təriqətin azdırıcı və İslam dininin aydın və əsas prinsiplərinə zidd təlimləri vardır.
Siyasət adamları məzhəb (təriqət) qarşıdurmasından qətlə yetirmək, başqalarının işinə müdaxilə etmək, dini şəxsiyyətləri və müqəddəsləri təhqir etmək və s. məqsədilə istifadə edirlər.
Ayətullah əl-üzma Məkarim Şirazinin möhtərəm əl-Əzhər şeyxi doktor Əhməd Təyyiblə məktublaşmasının ardınca, o da, cənab Məkarim Şiraziyə ehtiramla cavab yazaraq sözügedən məktuba görə öz təşəkkürünü bildirdikdən sonra İslam vəhdətinin qorunmasının əhəmiyyətini xüsusi vurğuladı.
Məktubun məzmun baxımdan əhəmiyyətini nəzərə alaraq, onun tərcüməsini (həmçinin Ərəb dilində mətnini) burada qeyd etmək qərarına gəldik. Hər kəsin bu iki tanınmış şəxsiyyətin məktublarının məzmununa sadiq qalacağına ümidvarıq.
“İnsan hüquqları ilə bağlı İrana çoxlu etirazlar olunur. Halbuki seçkinin, demokratiyanın olmadığı, insan hüquqlarının pozulduğu və onların mənafeini təmin edən bəzi Ərəb dövlətlərinə heç bir etiraz olunmur.”
Beytullahil-haramın hacılarına aid şəri məsələləri həll etmək və şəri suallara cavab vermək üçün bu gün səhər müqəddəs Mədinə şəhərində Həzrət Ayətullah əl-uzma Məkarim Şirazinin (muddə zilluhul-ali) dəftərxanası öz işinə başladı.