Şiə təriqətinə qarşı atılan son zidd addımlarla bağlı Ayətullah Məkarim Şirazinin “əl-Əzhər” Şeyxi və bu elm mərkəzinin möhtərəm dini alimlərinə açıq məktubu

Şiə təriqətinə qarşı atılan son zidd addımlarla bağlı Ayətullah Məkarim Şirazinin “əl-Əzhər” Şeyxi və bu elm mərkəzinin möhtərəm dini alimlərinə açıq məktubu


Mən, həmişə sizə bəslədiyim və hal-hazırda bəsləməkdə olduğum nikbin baxışla, “əl-Əzhər”in İslam düşmənləri, vəhhabilər, təkfirçilər və ikitirəlik yaradan “xənnas” vəsvəsələrinin – belə ki, sizin ətrafınıza vəsvəsə edib mötədil yoldan çıxarmaq istəyən – təxribat toruna düşməsinin qarşısını qətiyyətlə alacağınıza ümidvaram.‌

Şiə təriqətinə qarşı atılan son zidd addımlarla bağlı Ayətullah Məkarim Şirazinin “əl-Əzhər” Şeyxi və bu elm mərkəzinin möhtərəm dini alimlərinə açıq məktubu
Mən, həmişə sizə bəslədiyim və hal-hazırda bəsləməkdə olduğum nikbin baxışla, “əl-Əzhər”in İslam düşmənləri, vəhhabilər, təkfirçilər və ikitirəlik yaradan “xənnas” vəsvəsələrinin – belə ki, sizin ətrafınıza vəsvəsə edib mötədil yoldan çıxarmaq istəyən – təxribat toruna düşməsinin qarşısını qətiyyətlə alacağınıza ümidvaram.

Bağışlayan və mehriban Allahın adı ilə
Möhtərəm Şeyx Dr. Əhməd ət-Təyyib cənablarına!
Salam əleykum!
Peyğəmbərlərin sonuncusunun (s) mübarək mövlud günü münasibətilə sizi və dəyərli “əl-Əzhər” universitetinin bütün alim heyətini təbrik edirəm!
Danılmazdır ki, “əl-Əzhər”in tarix boyu məntiqli və vəhdətyönümlü mövqeyi və siz cənabın keçmiş mötədil görüşləri, təkfir və ekstremist cərəyanları fitnələri gündəmdə olduğu müddətdə, İslam ümmətinin ümid bəslədiyi aydın bir nöqtədir. Lakin “əl-Əzhər” adına atılan son separatçı addımlar; mediyada Əhli-beyt (ə) məktəbinin etiqadlarına irad tutmalar – ciddi şəkildə nifrət etdiyimiz – muzdlu və xarici qüvvələrə bağlı bəzi kanallardan dolayı, bir sıra həqiqətə uyğun olmayan, yanlış görüşləri şiəliyə nisbət vermək, şiə təriqəti əleyhinə məqalə, kitab və ssenari yazmaq müsabiqəsinin təşkili, olduqca xoşagəlməz ifadələr və parlamentdə, hətta misirli (şiə) həmvətənlərdən bir nümayəndənin belə olmasına qarşı gəlməklə, Misirdəki Əhli-beyt (ə) ardıcıllarından ibarət cəmiyyəti təhqir edib, onları dəyərsiz saymaq və bənzər addımlar, “əl-Əzhər”in mötədil yoldan azması və ekstremizmə yönəlməsinin xətər zəngini işə salıb. Hansı ki, nəticəsi təriqət müharibəsi və qeyd edilən tarixi iftixarı əldən verməkdən başqa bir şey deyil.

Görəsən, dini və əqli nöqteyi-nəzərindən İslam təriqətlər arası ixtilafların həlli yolu təriqət liderlərinin elmi debatıdır, yoxsa bir-birinin əleyhinə “rəddiyyə” yazıb, təbliğat müharibəsi aparıb, müsabiqə keçirmək?
Görəsən, bir təriqətin əqidəsini bilmək üçün o təriqətin liderlərindən, etibarlı qaynaqlarından bilgi və məlumat əldə etmək lazımdır, yoxsa nifrətəlayiq simalardan, düşmənə bağlı kanallardan və dini rəhbərlərin tənqid hədəfinə çevirdiyi şəxslərin kitabları arasında zəif nöqtələr axtarışından?

Bir halda ki, İran İslam Respublikasının quruluşundan 35 il keçməsinə baxmayaraq, indiyədək heç bir mərcəyi-təqlid müctehid telekanallarda əhli-sünnə əqidəsi və fiqhini tənqid etməmiş, bizim elmi hövzələrin idarəetmə mərkəzləri tərəfindən əhli-sünnə əleyhinə heç bir “məqalə yazma” müsabiqəsi keçirilməmişdir. “əl-Əhzər”in bu iki qarşıdurma yaradan proqramı həyata keçirməsi “əl-Əhzər”in İslam vəhdəti və təriqətlərin konvergensiyasına sevgisinin göstəricisidirmi?
İran və Əfqanıstanda şiə və sünni birgə həyat sürür, hətta heç bir problem olmadan, seçki və hökumətdə həmkarlıq edirlər.
Bu təbliğat hücumu –Allah eləməmiş – əhli-sünnə təəssübkeşlərinin bir qisminin qəzəbini oyadıb, şiə həmvətənlərinizin qanının tökülməsinə gətirib çıxarsa və oxşar reaksiyalar göstərilsə, “əl-Əzhər”in məsul şəxsləri müsəlmanların nahaq axan qanlarına görə, ilahi dərgahda cavabdeh olmayacaqmı?

Mən, həmişə sizə bəslədiyim və hal-hazırda bəsləməkdə olduğum nikbin baxışla, “əl-Əzhər”in İslam düşmənləri, vəhhabilər, təkfirçilər və ikitirəlik yaradan “xənnas” vəsvəsələrinin – belə ki, sizin ətrafınıza vəsvəsə edib mötədil yoldan çıxarmaq istəyən – təxribat toruna düşməsinin qarşısını qətiyyətlə alacağınıza ümidvaram. Həmçinin, Şeyx Mahmud Şəltut və “əl-Əzhər” tarixinin digər şeyxləri, görkəmli simaları tarixdə mötədil xətti tutduğu və “əl-Əzhər”in təriqətlər arası konvergensiyasında hələ də, parlamaqda davam edir. Sizin barənizdə də, bu ümid edilir!
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh!
28/12/2015
Nasir Məkarim Şirazi

 

captcha