Ayətullah Məkarim Şirazinin görüşündə Müqavimət iqtisadiyyatının gerçəkləşməsi amilləri və strategiyaları

Ayətullah Məkarim Şirazinin görüşündə Müqavimət iqtisadiyyatının gerçəkləşməsi amilləri və strategiyaları


Heç şübhəsiz problemlərin yeganə həll yolu müqavimət iqtisadiyyatıdır. Biz İslam İnqilabı liderinin müqavimət iqtisadiyyatı ilə bağlı məqsədlərini həyata keçirməliyik. Əfsuslar olsun ki, iqtisadi məsələlərdə beş element: sanksiya, inhisarçılıq, asılılıq yaratmaq, lüks və məsrəfli həyat, israfçılıq və bədxərcliyin artımı cəmiyyəti təhdid etməkdədir.‌

Ayətullah Məkarim Şirazinin görüşündə Müqavimət iqtisadiyyatının gerçəkləşməsi amilləri və strategiyaları
Heç şübhəsiz problemlərin yeganə həll yolu müqavimət iqtisadiyyatıdır. Biz İslam İnqilabı liderinin müqavimət iqtisadiyyatı ilə bağlı məqsədlərini həyata keçirməliyik. Əfsuslar olsun ki, iqtisadi məsələlərdə beş element: sanksiya, inhisarçılıq, asılılıq yaratmaq, lüks və məsrəfli həyat, israfçılıq və bədxərcliyin artımı cəmiyyəti təhdid etməkdədir.


Hər birimizin həyatında bəzən olur ki, şərəf, şöhrət və müstəqilliyimizi qorumaq üçün bütün gücümüz, qüvvəmiz, igidliyimiz və müqavimətimizlə düşmənə qarşı çıxmalı və ona “yox” deməli oluruq (1).
Unutmamalıyıq ki, İslami quruluşa (İİR) bir tərəfdən sanksiyalar tətbiq olunur, digər tərəfdən də neftin qiyməti xeyli aşağı düşüb, lakin hər bir problemin həlli olduğuna inanırıq. Odur ki, oturub bu barədə çıxış yolu düşünmək lazımdır (2), bununla mübarizə aparmaqdan ötrü əsaslı fikir yürüdülməlidir (3). Ona görə ki, insan problemi müəyyən etdiyi zaman onun həllini də axtarmağa başlayır, bu isə öz növbəsində zəfər sayılır (4).


Deməli, indi İslam İnqilabı liderinin təşəbbüsünü, yəni müqavimət iqtisadiyyatının müxtəlif cəhətlərini araşdırıb icrasına başlamaqla qatı düşmənlərə ağır zərbə vurmalı və onları birdəfəlik məyus etməliyik (5).
İqtisadi müqavimət – Müqavimət iqtisadiyyatı konsepsiyasının mahiyyətinə baxış
İqtisadi müqavimət, İslamın ilk dönəmində, Quran nurunun parladığı Allah Rəsulunun (s) zamanında yaranan şəraitə bənzərdir, hansı ki, düşmən və münafiqlər belə deyirdilər: Peyğəmbərin (s) səhabələri ilə əlaqələri kəsin, maddi yardımları əsirgəyin ki, onun yanından dağılışsınlar (6). Ancaq, Quran onların ağzına möhkəm bir zərbə vurub buyurdu ki, elə bir ölkədə yaşayırıq ki, Allah-taala onun xəzinələrini ixtiyarımızda qoymuşdur (7).


Bu üzdən istedadlı xalq iqtisadçı mütəxəssislər vasitəsilə ölkə yataqlarını düzgün idarə edib dəqiq planlaşdırma ilə tənzimlədiyi və ondan qənaətlə istifadə etdiyi zaman şübhəsiz, düşmən təxribatları da nəticəsiz qalacaq (8).
Müqavimət iqtisadiyyatının icrasının zərurəti
Müqavimət iqtisadiyyatının icrasının zərurətini dilə gətirərkən qeyd etməliyik ki, iqtisadi məsələlər bizə təhlükə yaradacaq mövzular sırasındadır (9). Bu səbəbdən iqtisadi problemlərə ciddi yanaşmalıyıq (10).
Düşmən, xalqımızdan intiqam almaq istəyir, bu barədə çox ehtiyatlı olmalıyıq. İqtisadi blokada öz növbəsində xalqımızdan alınan bir intiqamdır, çünki bu xalq Qüds günü, 22 bəhməndə İslam İnqilabının zəfəri yürüşü, seçkilər və digər səhnələrdə xüsusi canfəşanlıqla meydana atılır və düşməni naümid edir (11).


Düşmənin hiylələrini puça çıxarmaq lazımdır, bu əsasla iqtisadi problemlərin və inflasiyanın həllini ciddi tutmalıyıq (12).
Habelə, qeyd edilməlidir ki, pak həyat sayılan Quran təlimlərinin gerçəkləşməsi müqavimət iqtisadiyyatının icrası sayəsində mümkündür. Belə ki, müqavimət iqtisadiyyatı həyatın bütün sahə və xırdalıqlarında cari olmalıdır (13).
Beləliklə, iqtisadi və mədəni təhlükələr bizi qorxutmamalıdır, əksinə bu məsələlərin müqabilində alimlərin vəzifəsi zirəklik göstərib çıxış yolu axtarmaqdır (14).


Şübhəsiz, müsəlmanların güc tapması və əzəmətə çatması – belə ki, düşmən özündə İslam cəmiyyətinə təcavüz etmək cürəti tapmasın – iqtisadi və digər mühüm məsələlərdə iqtidara gətirib çıxaracaq (15).
İstehlak nümunələrində islahat – Müqavimət iqtisadiyyatının gerçəkləşməsində başlıca strategiya
Müqavimət iqtisadiyyatı məsələsində ilk şərt xalqın istehlak və qənaət nümunələrində islahatdır (16). İsrafçılığa dəvət, düşmənin iqtisadiyyata zərbədə istifadə etdiyi məsələlərdəndir, hansı kı, nəticəsi iqtisadi aslılıqdır (17).


İndi düşmənlərə sanksiyaların ictimai yaşayımıza ciddi təsirinin olmadığını, məğlubiyyətə uğramadığımızı göstərmək üçün “müqavimət iqtisadiyyatı” siyasətini nəzərə almalı, qənaəti rəhbər tutmalıyıq. Bu mövzu mütləq xalqın diqqət mərkəzində olmalıdır (18). Əgər müqavimət iqtisadiyyatında biz özümüz örnək olmasaq, başqalarını buna dəvət edə bilmərik (19).
Sözügedən məsələnin şərhində demək lazımdır ki, təbii sərvətlərin bir həddi-hüdudu vardır, göylər və yerdəki mənbələr proqramsız məsrəf edilsə, sonda bitər, tükənər (20).


Halbuki, qənatət tükənməz xəzinədir, əgər qənaətə riayət etsək, hər nemətdən ehtiyacımız qədərində pay götürsək, heç vaxt mənbə qıtlığı yaşamarıq. Nemətin istifadəsində mötədil olanlar heç vaxt yoxsulluqla üzləşmirlər (21).
Məsumların (ə) və Əhli-beytin (ə) həyat yolu da belədir. Bu ali şəxsiyyətlər qənaətə çox-çox təkid ediblər. Odur ki, belə mövzular cəmiyyətə aşılanmalıdır və cəmiyyət yalnız bu şəkildə özünün doğru inkişaf və tərəqqi yolunu keçə bilər (22).
Habelə, iki başlıca dəlilə əsasən qənaət edilməlidir: Birincisi, hazırkı nəslin buna möhtac olmasıdır. Əgər istehlak həddini aşarsa, hal-hazırdakı insanlar da zərər görər, bir qrup insanların aclıqdan ölməsi də mümkündür.


İkincisi, gələcək nəsillər üçün təbii qaynaqları qoruyub saxlamaq lazımdır, bütün sərvətimizi hazırkı nəslə sərf etmək düzgün deyil (23).
Doğrusu, belə bir izah və ölkədə mövcud növbənöv iqtisadi problemlərdən sonra 18 növ yeməklə toy və şənlik mərasimlərinin təşkilinə nə haqq qazandırmaq olar?! (24).
Təəssüflər olsun ki, hər il ölkə sərmayəsinin böyük bir hissəsi hədərə gedir. Halbuki, qənaətlə ölkənin istehlakını istənilən vəziyyətə gətirmək olar (25).

Yeni ildə cəmiyyətdəki böyük iqtisadi problemləri nəzərə alaraq, xalq da müqavimət iqtisadiyyatı mövzusunda dəbdəbəni azaltmalı və yaşayış tərzlərini sadələşdirməlidir ki, dövlət də cəmiyyətin məhrum təbəqəsinə yardımını artırsın (26). Əgər müqavimət iqtisadiyyatını həyata keçirmək, özümüzü təmin edəcək iqtisadiyyata sahib olmaq istəyiriksə, qənaət elementinə möhtacıq (27)


İstehsal – Müqavimət iqtisadiyyatının reallaşmasında başlıca təməl
Məlumdur ki, İslam baxışında istehsal müqavimət iqtisadiyyatının başlıca təməllərindəndir, istehsal faizinin artması İslam cəmiyyətlərinin iqtisadi hədəflərindəndir və buna çox təkid və tövsiyə olunmuşdur (28).
İstehsal sərmayə və təbii resurslar kimi silsiləvi amilləri işə salmaq və tənzimləməklə məhsul və xidmət yaratmaq fəaliyyətidir (29), (30). Yəni, bəşər həyatının həqiqi ehtiyacları əsasında istehsal və istehlakı olan ölkədaxili sağlam iqtisadiyyat (31).
Deməli, müqavimət iqtisadiyyatında istehsal və inkişafa çox diqqət etmək lazımdır (32), çünki müqavimət iqtisadiyyatında yer alan mühüm fəaliyyətlərdən biri də istehsaldır; kəmiyyət və keyfiyyətli istehsal məsələsi müqavimət iqtisadiyyatının nümunələrindəndir (33).
Etiraf etmək lazımdır ki, milli istehsal fundamental məsələlərdəndir və bu sahədə diqqət çəkəcək işlər görülməmişdir. Bəzi fəaliyyətlər yalnız şüar həddindədir. Odur ki, milli istehsal mövzusunu ciddi tutmalıyıq. Milli istehsal iş yerləri yaratmaqdan əlavə, bahalığın kökünü də kəsir. Milli məclis də yerli istehsalla bağlı dövlətdən hesabat tələb etməlidir (34). Bank fəaliyyətləri, xidmətləri də hər şeydən çox istehsala xidmət etməlidir (35).


İstehsalda keyfiyyətə diqqət
Ölkə daxilində keyfiyyətli məhsul istehsalı müqavimət iqtisadiyyatının nümunələrindəndir və məsul şəxslər buna diqqət etməlidir (36). Deməli, məhsul keyfiyyətli olarsa, bir istehsal dəzgahı iki ay yerinə bir neçə il iş görər (37).
Bu tərtiblə, məhsulun keyfiyyətini artırmaq, istehsalı çoxaltmaq və idxala möhtac olmamaq müqavimət iqtisadiyyatının mühüm fəaliyyətlərindəndir (38). Halbuki, idxal mallarının keyfiyyəti də aşağıdır və bu da, müqavimət iqtisadiyyatına ziddir (39). Beləliklə, keyfiyyətli istehsalımız olsaydı, insanlar ayrı-ayrı məhsullardan daha çox istifadə edərdi (40).
Bu üzdən məsul şəxlər xərclərin azalmasına diqqətlə bərabər, istehsalın artırılması, ölkədaxili istehsalların kəmiyyət və keyfiyyət səviyyəsinin yüksəldilməsini də ciddi təqib etməlidirlər (41).


Müqavimət iqtisadiyyatı nümunələrini müəyyənləşdirməyin vacibliyi
Ölkədə müqavimət iqtisadiyyatının müxtəlif prizmalarının reallaşmasına şahid olmaq istəyiriksə, xüsusi olaraq, bu iqtisadiyyatın nümunələrini də müəyyənləşdirməliyik. Əgər nümunələr müəyyən olunmazsa, bir çox problemlər həllini tapmamış qalacaqdır (42).
Müqavimət iqtisadiyyatı həyatın xırdalıqları və nümunələri üzərində tətbiq edilməlidir ki, bütün təşkilatlar öz vəzifələrini bilsinlər. Sırf ümumi danışıqların xüsusi nəticəsi olmayacaqdır (43). Bəzən də, növbəti etapa keçib müqavimət iqtisadiyyatı nümunələrini müəyyən etmək lazım gəlir. Misal üçün, qənaət, zahidlik və israfla bağlı işləri tək-tək müəyyən edilir, bu gün hər üç mərhələyə ehtiyacımız var. Amma ümumilikdən xaric olub nümunələr üzrə iş görmək lazımdır. Belə halda, proqramlar nəzərilikdən çıxıb icraya keçəcək (44).
Həmçinin, müqavimət iqtisadiyyatı müstəvisində istehsal mexanizmləri tənzimlənməlidir; idarələrin, sənaye müəsisələrinin, bazarların və ailələrin vəzifəsi bir-bir müəyyənləşdirilməlidir. Bu üzdən ümumi danışmağı buraxıb, vəzifələri cüzi şəkildə təyin etmək gərəkir (45).
Əslində gündəlik yaşama müqavimət iqtisadiyyatı siyasətlərini tətbiq etməyi bacarmalı və hər bir təşkilat öz vəzifəsinə əməl etməli və ona əsasən iş görməlidir (46).


İslam iqtisadiyyatı təlimləri sayəsində müqavimət iqtisadiyyatının gerçəkləşməsi
Bəzən müqavimət iqtisadiyyatı mövzusunda İslam qaynaqlar müqavimət sahəsində araşdırılır (47). Müqavimət mövzusunda İslam qaynaqlarını oxuduğumuz zaman müxtəlif prizmalara rast gəlirik və fərqli faktorlar müşahidə edirik, o cümlədən müqavimət iqtisadiyyatı bəhsində qənaət və dini təlimlər və s. kimi çox sayda və müxtəlif konsepsiyalara işarə etmək olar (48).
Bu cəhətdən Peyğəmbər (s) və məsum imamların (ə) həyat yolundan müqavimət iqtisadiyyatı ilə, daha doğrusu çətin şəraitdə tətbiqi mümkün dəbdəbəsiz həyatla bağlı bir sıra mövzuların çıxarışı mümkündür (49).
Beləliklə, biz İslam fiqhinə baxsaq, fiqhi-iqtisadi məsələlərin ümdə hissəsinin həmin İslam iqtisadiyyatı sistemi, həmin rəftar nümunəsi, həmin praktiki məsələlər olduğunu görərik. Böyük bir hissəsi fiqh kitablarında qeyd edilən İslam iqtisadiyyatı məqsədyönlü rəftar nümunələridir. Deməli, fiqhdən bir az başı çıxan kəs İslamın iqtisadi məktəbdən əlavə iqtisadi sisteminin də olduğuna şübhə etməz (50).


Dövləti kiçiltmək sayəsində vəzifələrə sahib çıxmaqdan çəkinmək
Dövlət təşkilatlarının artması və həddən artıq böyüməsi təəssüfləndirici haldır (51). Dövlətin bu əsassız inkişaf və böyüməsi ölkə gəlirinin böyük bir hissəsini personala dağıtmışdır (52). Dövlət, öz əzəmətinin bunda olduğunu düşündüyü halda, Avropada bütün iş və məsələlər xalqın ixtiyarındadır və bu sarıdan dövlət mədəniyyətində islahatlar aparılmalıdır (53).
Habelə, bəzi hallarda dövlətin sahibkarlara şərait yaratmadığını müşahidə etmək olar və sanki, bəzi sahələri özlərinə aid bilmir. Əfsuslar olsun ki, dövlət xüsusi sahələrlə, sahibkarlarla həmkarlıq etmir. Bu minvalla, hər iki tərəf qarşılıqlı əməkdaşlıq etməlidir ki, iqtisadi canlanma formalaşsın (54).


Qaydasız idxalın qarşısını almaq – İqtisadi aslılığı sonlandırmaq deməkdir
Şübhəsiz ki, nüfuzlu iqtisadi aslılıq və siyasi təhdid düşmən hiylələrindəndir (55). Təəssüflər olsun, iqtisadi məsələlərdə beş element: sanksiya, inhisarçılıq, asılılıq yaratmaq, lüks və məsrəfli həyat, israfçılıq və bədxərcliyin artımı cəmiyyəti təhdid etməkdədir (56).
Odur ki, hər bir ölkə ilk növbədə iqtisadi məsələlər mövzusunda əkinçiliyə daha çox diqqət və əhəmiyyət verməlidir. Səbəbi isə müasir bəşərin ilk ehtiyaclarını aradan qaldıracaq sahənin əkinçilik olmasıdır.
Qurani-kərimdə də bir çox misallar əkinçiliyə dairdir. Çünki, əkinçilik tükənməz xəzinədir; neft və bir çox enerjilər tükənər, amma əkinçiliyin sonu yoxdur.


Lakin bəzi müftəxorlar zəhmetkeş əkinçinin əməyini mənimsəyir ki, bununla mübarizə aparılmalıdır. Həmçinin indiyədək həllini tapmayan problemlərdən biri əkinçilərin gəlirin dəyər əlavəsindən məhrum edilməsidir (57).
Bəzi vaxtlarda qiymətin yalnız 20%-nin əkinçiyə, 80%-nin isə dəllallara çatması təəssüfləndirici haldır. Bu üzdən sözügedən problem həll olmadıqca, əkinçiliyimiz öz yerini tapmayacaq (58).
Digər tərəfdən İran il boyu bütün qida və meyvələri olan bir ölkədir. Bu üzdən soruşmaq lazımdır: Niyə buna rəğmən, xaricdən idxal edirsiniz?! Əlbəttə, qeyd etmək lazımdır ki, bu bəzi dəllaların işidir; bir gəmi yük idxal edirlər, bir halda ki, əkinçiləri heç düşünmürlər. (Xarici meyvələrə nə lüzum var?) Məsələləri kontrol edən, məsləhəti nəzərə alan dövlətə görə bir neçə dekoratik meyvə yetişdirilmirsə, yetişdirilməsin (59).


Həmçinin xüsusi vurğulamaq lazımdır ki, qaydasız idxallar iqtisadi aslılıqlara gətirib çıxaracaqdır. İqtisadi aslılıqların nəticəsi isə siyasi və mədəni aslılıqlardır. Ona görə ki, qərb dövlətləri öz mədəniyyətlərini siyasətlərinə sirayət edəcəklər.
Bəzi şeyləri baha qiymətə digər ölkələrdən aldıqları halda, (60) həmin məhsulu daxildə əkinçilərdən 3 dəfə ucuz qiymətə alırlar. Xarici istehsalçılardan aldığınız məbləği daxili əkinçilərə də ödəyin (61).


Son söz
Problemlərin yeganə həlli yolunun müqavimət iqtisadiyyatı olmasına şübhə yoxdur (62). “Bərcam” şərtlərindən sonra problemlərin aradan qalxacağına güman etməyin. Əksinə, İslam İnqilabı rəhbərinin müqavimət iqtisadiyyatı ilə bağlı məqsədini həyata keçirməliyik (63).
Habelə, bildirmək lazımdır ki, iqtisadi problemlərin həlli üçün sanksiyaların aradan qaldırılmasına könül bağlamamalıyıq (64).
Çünki sanksiyaların aradan qaldırılması iqtisadi canlanmanın azalması amilidir. Bu üzdən sanksiyaların qaldırılmasına və iqtisadiyyatın canlanması üçün xarici investisiyaların yatırılmasına ümid bağlamaq elə də həlledici deyil. Belə amillərin iqtisadiyyata elə də təsiri yoxdur. İqtisadiyyatın başlıca qurtuluş və canlanması amili daxili potensiallar və müqavimət iqtisadyyatının icarasıdır, hansı ki, həm də məsul şəxslərin xüsusi diqqətində olası bir məsələdir (65).


Habelə, dövlət idarələri müqavimət iqtisadiyyatını öz iş qrafiki qərar verməli və səfərlərdən, konfranslardan, zəruri olmayan xərclərdən çəkinməlidirlər (66).
Sonra da müqavimət iqtisadiyyatının reallaşması üçün bütün imkanlardan yararlanmaq gərəkir. Bu xüsusda birgə təşəbbüsə ehtiyac var (67).
Allahdan iqtisadi məsələlərin həllini tapmasını və bu xüsusda düşmənin nakam qalmasını arzu edirik! (68).


Araşdırma, hazırlanma və tərtibat: Ayətullah Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
makarem.ir

1-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Din baxımından müqavimət iqtisadiyyatı” konfransı, 05/03/2015
2-    Ayətullah Məkarim Şirazinin çıxışı, İslam humanitar elmlərinin tədqiqatına aid “Salman Farsi” tədbirinin başlanğıcında, 17/12/2015
3-    Ayətullah Məkarim Şirazinin çıxışı, İslam Milli Məclisinin idarə heyətinin üzvləri ilə görüşündə, “Əxbare-şiəyan”, dekabr-yanvar, 2008, №38, dini xəbərlər.
4-    Ayətullah Məkarim Şirazinin çıxışı, general-mayor Rəhim Səfəvi və İslam İnqilabı qvardiya komandanları ilə görüşündə, 01/02/2015
5-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Din baxımından müqavimət iqtisadiyyatı” konfransı, 05/03/2015
6-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Əmirəl-möminin (ə) mədrəsəsi, Qum, 13/03/2016
7-    Yenə orada
8-    Yenə orada
9-    Ayətullah Məkarim Şirazinin çıxışı, ölkənin bütün alim və müəllimləri ilə iclasında, 25/01/2015
10-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Mehr” maliyyə və kredit institutunun bir neçə şöbə müdiri ilə görüşündə, 27/04/2010
11-    Yenə orada
12-    Yenə orada
13-    Ayətullah Məkarim Şirazinin çıxışı, ölkənin bütün alim və müəllimləri ilə iclasında, 25/01/2015
14-    Yenə orada
15-    “Nümunə” təfsiri, c. 7, səh. 222
16-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrində, Qum, “Məscidul-Əzəm”, 12/03/2014
17-    Ayətullah Məkarim Şirazinin çıxışı, ölkənin bütün alim və müəllimləri ilə iclasında, 25/01/2015
18-    Ayətullah Məkarim Şirazinin çıxışı, milli sərvətlərə qənaət hərakatının bir qrup üzvü ilə görüşündə, 29/04/2014
19-    Ayətullah Məkarim Şirazinin çıxışı, ölkənin bütün alim və müəllimləri ilə iclasında, 25/01/2015
20-    Ayətullah Məkarim Şirazinin çıxışı, milli sərvətlərə qənaət hərakatının bir qrup üzvü ilə görüşündə, 29/04/2014
21-    Yenə orada
22-    Yenə orada
23-     Yenə orada
24-    Ayətullah Məkarim Şirazinin çıxışı, ölkənin bütün alim və müəllimləri ilə iclasında, 25/01/2015
25-    Ayətullah Məkarim Şirazinin çıxışı, ölkənin kommersiya palatası üzvləri ilə görüşündə, 26/04/2014
26-    Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələri, Qum, “Məscidul-Əzəm”, həzrət Məsumə ziyarətgahı, 19/03/2014
27-    Ayətullah Məkarim Şirazinin çıxışı, ölkənin bütün alim və müəllimləri ilə iclasında, 25/01/2015
28-    “Müqayisəli fiqh ensiklopediyası”, c. 2, səh. 320
29-    Müraciət edin: “Əmək və əhalinin sosial müdafiəsi terminləri lüğəti”, səh. 118; “İqtisadiyyat elminin metod və prinsipləri”, səh. 142
30-    “Müqayisəli fiqh ensiklopediyası”, c. 2, səh. 320
31-    “Şərqin geridə qalma sirləri”, səh. 101
32-    Ayətullah Məkarim Şirazinin çıxışı, “İslam Müqavimət İqtisadiyyatının Strateji Araşdırmalar Mərkəzinin” üzvləri ilə görüşündə, 09/04/2015
33-    Yenə orada; 09/04/2015
34-    Ayətullah Məkarim Şirazinin çıxışı, İslam Milli Məclisinin Vilayət ardıcılları fraksiyasının mərkəzi şura üzvləri ilə görüşündə, 11/10/2012
35-    Ayətullah Məkarim Şirazinin çıxışı, Mərkəzi Bankın sədri, idarə heyəti üzvləri və fiqh şurasının üzvləri ilə görüşündə, 08/09/2014
36-    Ayətullah Məkarim Şirazinin çıxışı, “İslam Müqavimət İqtisadiyyatının Strateji Araşdırmalar Mərkəzinin” üzvləri ilə görüşündə, 09/04/2015
37-    Yenə orada
38-    Yenə orada
39-    Yenə orada
40-    Yenə orada
41-    Yenə orada
42-    Ayətullah Məkarim Şirazinin çıxışı, “İslam Müqavimət İqtisadiyyatının Strateji Araşdırmalar Mərkəzinin” üzvləri ilə görüşündə, 09/04/2015
43-    Yenə orada
44-    Ayətullah Məkarim Şirazinin çıxışı, “İslam Müqavimət İqtisadiyyatının Strateji Araşdırmalar Mərkəzinin” üzvləri ilə görüşündə, 09/04/2015
45-    Yenə orada
46-    Yenə orada
47-    Yenə orada
48-    Yenə orada
49-    Yenə orada
50-    İqtisadi sahədə İslamın inkişafı, “İslam iqtisadiyyatı” jurnalı, №8, 09/06/2010
51-    Ayətullah Məkarim Şirazinin çıxışı, “İslam Müqavimət İqtisadiyyatının Strateji Araşdırmalar Mərkəzinin” üzvləri ilə görüşündə, 09/04/2015
52-    Yenə orada
53-    Ayətullah Məkarim Şirazinin çıxışı, ölkənin kommersiya palatası üzvləri ilə görüşündə, 26/04/2014
54-    Yenə orada
55-    Ayətullah Məkarim Şirazinin çıxışı, ölkənin bütün alim və müəllimləri ilə iclasında, 25/01/2015
56-    Yenə orada
57-    Ayətullah Məkarim Şirazinin çıxışı, Kənd təsərrüfatı nazirliyinin naziri və səlahiyyətliləri ilə görüşündə, dini hövzənin “Üfüq” jurnalı, №283, 06/10/2010
58-    Yenə orada
59-    Yenə orada
60-    Yenə orada
61-    Yenə orada
62-    Ayətullah Məkarim Şirazinin çıxışı, İslam humanitar elmlərinin tədqiqatına aid “Salman Farsi” tədbirinin başlanğıcında, 17/12/2015
63-    Yenə orada
64-    Yenə orada
65-    Yenə orada
66-    Ayətullah Məkarim Şirazinin çıxışı, İdarə heyətinin iclası, “İmam Kazim (ə) müəsisəsi, 07/05/2015
67-    Ayətullah Məkarim Şirazinin çıxışı, ölkənin bütün alim və müəllimləri ilə iclasında, 25/01/2015
68-    Ayətullah Məkarim Şirazinin çıxışı, “Mehr” maliyyə və kredit institutunun bir neçə şöbə müdiri ilə görüşündə, 27/04/2010
Yayım tarixi: 26/03/2016

 

captcha