Ayətullah Məkarim Şirazinin qərblilərə və vəhhabilərə iki mühüm tövsiyəsi/ Paris hadisələri Qərbi ayıldan həyəcan siqnalı idi.

Ayətullah Məkarim Şirazinin qərblilərə və vəhhabilərə iki mühüm tövsiyəsi/ Paris hadisələri Qərbi ayıldan həyəcan siqnalı idi.


Vəhhabi və Hicaz alimlərinə də tövsiyə edirik: Sizlər hazırda təfəkkürünüzün məhsulunu görürsünüz, onun məhsulu baş kəsmələr, cinayətlər, yandırmalar və xaraba qoymalardır. Müsəlman sıralarına dönün, belə təfəkkürlərdən əl çəkin onlari boşlayın.‌

Ayətullah Məkarim Şirazinin qərblilərə və vəhhabilərə iki mühüm tövsiyəsi/ Paris hadisələri Qərbi ayıldan həyəcan siqnalı idi.
Vəhhabi və Hicaz alimlərinə də tövsiyə edirik: Sizlər hazırda təfəkkürünüzün məhsulunu görürsünüz, onun məhsulu baş kəsmələr, cinayətlər, yandırmalar və xaraba qoymalardır. Müsəlman sıralarına dönün, belə təfəkkürlərdən əl çəkin onlari boşlayın.
Ayətullah Məkarim Şirazi Qum şəhərinin “Məscidul-Əzəm”ində təşkil olunan fiqhin ali mühazirələrinin başlanğıcında, təkfirin kökünü qurutmağın lazımlılığına təkid etdi.

O, əlavə edərək dedi: Paris hadisələrindən sonra bütün Fransa və Avropa silkələndi, terror hadisələrinin təkrarlanacağı qorxusu ilə bəzi ictimai proqramlarını tətil etdi.
Ayətullah Məkarim Şirazi təkidlə qeyd etdi: Paris hadisələri qərbliləri ayıldan bir həyəcan siqnalı idi. Bu məhdud alov Suriya və İraqda qalmayacaq, şölələnərək odu hər yeri bürüyəcək.
O, aydınlıq gətirdi: İndi deyirlər ki, bir qrup həll yolu axtarır, biz də bunun doğru olduğunu sanırıq, lakin buna baxmayaraq iki tövsiyəmiz var; biri qərblilərə, digəri isə vəhhabi alimlərinə. Qərblilərə Məhəmməd ibn Əbdülvəhhab və İbn Teymiyyənin kitablarını mütaliə etməyi, orada təkfir və İŞİD-in doğuş yerini – kökünü görmələrini tövsiyə edirik. Bilsinlər ki, bu düşüncə və təfəkkürün qaynağı Səudiyyə Ərəbistanıdır.
O, qərblilərə müraciət edərək, təkidlə buyurdu: Əgər kökləri tapsanız, onları qurutmağa başlayın. Bunlar təkcə hərbi arenada məhv olmayacaq, İŞİD-in düşüncə və təfəkkürünü qurutmaq da lazımdır.

Ayətullah Məkarim Şirazi bunları da xatırlatdı: Vəhhabi və Hicaz alimlərinə də tövsiyə edirik: Sizlər hazırda təfəkkürünüzün məhsulunu görürsünüz, onun məhsulu baş kəsmələr, cinayətlər, yandırmalar və xaraba qoymalardır. Müsəlman sıralarına dönün, belə təfəkkürlərdən əl çəkin onlari boşlayın.
O, əlavəsində buyurdu: Sizlər öz elm ocaqlarınızda Məhəmməd ibn Əbdülvəhhab və İbn Teymiyyənin etiqadlarını ardıcıl dilə gətirməklə, təkfir – digərlərini kafir sayma dərsi öyrədirsiniz. Ancaq sizin baş müftiniz təkfiri haram sayır. Məktəblərinizdə bu təfəkkür tədris olunduğu halda, “Təkfirçiləri qınayırıq!” – deyirsiniz. Bu, ikili standart deyilmi?

O xatırlatdı ki, məsələlər aydın olduğu təqdirdə, həqiqətlər qarşısında inad edilməməlidir. Müsəlman sıralarına qoşulun və bu kitabları boşlayın. Nə qədər ki, bu tədrislər var, bu alov sönməyəcək; bir tərəfdən söndürsəniz, digər tərəfdən alışacaq.
Ayətullah Məkarim Şirazi  sonda bunu açıqladı: Ümidvaram, bizim bu iki tövsiyəmiz hər iki tərəfdə təsir qoyar və dünya yeni bir imic tapar, əmin-amanlıq yenidən dünyaya hakim olar.
 
Nəşr tarixi: 25/11/2015

 

captcha