Boşanma faktının artması narahatedicidir/ Kiber məkanın hesab-kitabsız tərəqqisi düzgün deyil.
Ölkənin kiber məkan üzrə səlahiyyətliləri ağır məsuliyyət daşıyırlar. Əlbəttə, kiber məkanda bir çox gözəl işlər görmək də olar, amma əvəzində ciddi və təhlükəli zərərləri var. Həmin zərərlərin qarşısını almaq üçün tədbir görülməlidir.
Ayətullah Məkarim Şirazi Qum şəhərinin “Məscidul-Əzəm”ində keçirilən fiqhin ali mühazirələrində cəmiyyətdə statistika baxımından boşanmaların artmasından narahat olduğunu dilə gətirdi. O, ailə strukturunu qarışqa sürüsü kimi dağıdan məsələlərdən biri kimi boşanma statistikasının artması mövzusunu önə çəkərək buyurdu: Keçən il, daha öncəki illərlə müqayisədə boşanmaların sayı çoxalmışdır ki, bu da öz növbəsində bizi narahat edir. Boşanmaların çoxalması ailələrin təməlinin sarsılması və titrəməsi deməkdir; bu bünövrə sarsıldıqda bütün ailə sistemi dağılmaqla üz-üzə olacaqdır.
O, həzrət Rəsulullahdan (s) bir hədisi xatırlatmaqla, bunu bəyan etdi: Boşanma olan ailədən Allah rəhmətini çəkər, Allah yanında boşanmadan daha nifrətəlayiq bir şey yoxdur.
Ayətullah Məkarim Şirazi boşanmanın bir çox fərdi və ictimai təsir və nəticələrini bəyan edərək dedi: Boşanmanın bir nəticəsi cəmiyyətdə təhlükəli ünsürlərə çevirilən başsız uşaqlardır.
O, cəmiyyətdə boşanma faktının artması fenomeninin hərtərəfli və dəqiq patologiyasının lüzumuna təkid edərək, xatırlatdı: Bəziləri bu məsələnin amili kimi yoxsulluğu önə çəkirlər, halbuki, bir sıra boşanmalar zəngin və ali savadlı ailələrin payına düşür.
Ayətullah Məkarim Şirazi sözü gedən məsələnin əsas amillərindən birinin kiber məkandan istifadə ilə gerçəkləşən qeyri-qanuni əlaqələr olmasını xüsusi vurğuladı.
O, açıqlamasında buyurdu: Kiber məkanı inkişaf etdirdikləri zaman bir dəstə tərəqqi tapdıq, inkişaf etmiş ölkələr sırasında qərarlaşdıq deyə, “bəh-bəh”, “cəh-cəh” edir. Bir halda ki, bu kiber məkanda necə hay-küyün olduğundan və hansı qeyri-qanuni əlaqələrin mövcudluğundan xəbərsizdir, hansı ki, ayrılıqlara, boşanmalara yol açır.
Ayətullah Məkarim Şirazi kiber məkan səlahiyyətlilərinin önəmli və ağır vəzifələrinə işarə etməklə, bunları xatırlatdı: Ölkənin kiber məkan üzrə səlahiyyətliləri ağır məsuliyyət daşıyırlar. Əlbəttə, kiber məkanda bir çox gözəl işlər görmək də olar, amma əvəzində ciddi və təhlükəli zərərləri var. Həmin zərərlərin qarşısını almaq üçün tədbir görülməlidir. Ona görə ki, bir çox boşanmalar buradan qaynaqlanır və camaat müxtəlif vasitələrlə, bu mövzunu bizə xəbər verirlər.
O, bunu da xatırlatdı: Son zamanlar kiber məkanı ciddiyyətə almaları çox təqdirəlayiqdir. Gənclərə lazımi təlimlər verilməli, bu istiqamətdə mədəni-ictimai işlər görülməlidir. Ümidvaram, cəmiyyətdə boşanma faktı və rəqəminin azalması xüsusunda, hər kəs payına düşəni edəcəkdir.
Nəşr tarixi: 11/11/2015
Boşanma faktının artması narahatedicidir
Boşanma faktının artması narahatedicidir/ Kiber məkanın hesab-kitabsız tərəqqisi düzgün deyil.