Ayətullah Məkarim Şirazinin "www.makarem.ir" informasiya portalı orijinal xəbər, çıxış və fətvalara müraciət xüsusunda, yeganə rəsmi və mötəbər qaynaqdır.
Xəbər başlığı seçiminin oxucunun mövzudan aldığı nəticəyə nə qədər təsirli olduğunu nəzərə alsaq, o zaman xəbər ruhuna uyğun gəlməyən çıxarışlara yönəldən başlıq seçimindən çəkinilməli, əvəzində mətn və xəbər məzmununa uyğun başlıqlardan istifadə edilməlidir.
Ayətullah Məkarim Şirazinin çıxış və mövqelərinin izahı və nəşri prosesində bəzən irəli gələn siyasi əxlaq pozuntuları, təhriflər, təqvasızlıqları nəzərə alaraq, möhtərəm ictimaiyyət və mediyaya çatdırırıq ki, Ayətullah Məkarim Şirazinin orijinal xəbər, çıxış və fətvalarına müraciət xüsusunda, yeganə rəsmi və mötəbər qaynaq, onun rəsmi informasiya portalı olan "www.makarem.ir" saytıdır.
Nəşr tarixi: 07/11/2015