İslamın böyük xanımı Fatimə həzrətlərinə hörmət bəsləmək hamıya vacibdir. Bu üzdən birinci və ikinci Fatimiyyə günləri, həzrətin matəm mərasimlərinə həsr olunmalıdır.
İslamın böyük xanımı Fatimə həzrətlərinə hörmət bəsləmək hamıya vacibdir. Bu üzdən birinci və ikinci Fatimiyyə günləri, həzrətin matəm mərasimlərinə həsr olunmalıdır.
Biz sübut etməliyik ki, bu qruplaşma müsəlmanların içində azlıq təşkil edir. Müsəlmanların əksəriyyəti onlarla əks mövqedədirlər. Onların qeyri-məntiqi addımlarının dini təlimlərlə heç bir əlaqəsi yoxdur.
"İl təhvil olan anlarda, xalq diqqətini qadir Allaha yönəldir, dini məkanlara - məscidlərə gedib əllərini dua üçün qaldırır. Bu isə, "novruz bayramı"nın digər müsbət cəhətlərindəndir. Bütün bunlar müqəddəs islam dini tərəfindən təsdiq və tövsiyə olunub".
“İnsan hüquqları ilə bağlı İrana çoxlu etirazlar olunur. Halbuki seçkinin, demokratiyanın olmadığı, insan hüquqlarının pozulduğu və onların mənafeini təmin edən bəzi Ərəb dövlətlərinə heç bir etiraz olunmur.”
Bəhreyndən mütəmadi olaraq acı xəbərlər gəlir. Müsəlman Bəhreyn xalqı nə istəyir? Onlar hakimiyyətin digər regionlarda tələb etdiyi demokratiya və xalq hakimiyyətinin bu ölkədə də qurulmasını istəyir. Amma Bəhreyn hakimiyyəti onların dinc etirazına sərtliklə cavab verir.
Şübhəsiz ki, biz də, Ayişənin davranışlarında səhvlər müşahidə edirik. Onun, həzrət Əlinin (ə) əleyhinə - 20 min nəfərin ölümü ilə nəticələn qiyamını pisləyirik. Sizin Ayişəyə aid etdiyniz iftiralar isə, müqəddəs Peyğəmbərimizə (s) hörmətsizlikdir.
Cənab Qərzavi Misirdə qiyama dəstək verir, Liviyada müharibə tərəfdarıdır. Amma növbə Bəhreynə çatanda diktatorluğu himayə edir! Belə ikili standartlar dini bir alim üçün düzdürmü?!
"Facebook" sosial şəbəkəsi darvazasız bir şəhərə bənzəyir. Alim və ziyalılarla yanaşı, dələduzluq, fırıldaqçılıq və hər növ çirkaba bulaşmış insanların hər biri, bu şəhərdə özlərinə dükan açıb. Onlar bəzən həyatın zəruri avadanlığını insanların ixtiyarında qoysalar da, əksər hallarda ictimaiyyətə günah və mənəvi puçluq vasitələri təqdim olunur.
Maraqlıdır ki, Yaponiya universitetlərinin müəllimləri bu səfərdə mətəm və əza mərasimlərini yaxından görməyə meyl göstərirdi. Onlar bu möhtəşəm mərasimləri yaxından izləyib, çox təsirləndilər.
Əziz Azərbaycanda baş verən zəlzələdə həmvətənlərimizin bir qisminin həyatını itirməsi, bir qisminin yaralanması bizi dərin kədərləndirdi. Ümid edirik ki, dövlət sturukturları və bütünməsul işçilər dağıntıların yenidən bərpasına və xəsarət alanların xilas edilməsinə tələsəcəklər.
Qərblilər və onların əlaltıları bu həqiqəti qəbul etməlidirlər ki, qəsbkar İsrail rejiminin ömrü sona çatıb. Bu oyanış Ərəb baharı deyil, İslam baharıdır. Onlar müsəlmanların hüquqlarını rəsmi olaraq tanımalı və onlara sayğı göstərməlidir.
"Heç bir məntiq, ağıl və qanunu tanımayan vəhhabilər, qəddarlıqla insanları qətlə yetirirlər. Bir daha baş verməsin deyə Pakistan hökuməti tez bir zamanda o ağır cinayəti törədənləri müyyən etməli və onda əli olanları tapıb cəzalandırmalıdır!"
“Qurana həqarət olunmasını kəskin şəkildə pisləyirik! Dəstəkləndikləri güclərdən çəkindiklərinə görə susub, bu hadisəyə laqeyd qalan İslam ölkələrinin başçıları ilə də barışmırıq!”
Müsəlmanların yuxudan oyanıb İslam mədəniyyətini dirçəltmələrinə ümid edirəm. Qərb, humanizm və insanlıq adı altında özünün çirkin mənafeyini güdür. İslam aləmi onları dəstəkləməməlidir.
“Tarixdə analoqu görünməyən bu müdhiş və anti-bəşər cinayətlərin əsas amili Amerika, İsrail və onların əlaltıları olan bəzi Ərəb dövlətləridir. Onlar öz murdar, maddi mənafelərini təmin etmək üçün qan gölü düzəltməyə və günahsızları tikə-tikə etməyə hazırdır.”
Hazırda qərb dövlətləri öz puç gümanlarına əsasən, dünyanın diqqətini bizim əleyhimizə səfərbər edib. Embarqo və hədələrlə bizim üçün məhdudiyyətlər qoymuşlar. Bəzi şəxslər bu hay-küydən təsirlənib. Halbuki bu hədələrə və embarqolara əsla etina etməməliyik.
1433-cü ilin Aşurası böyük əzəmət və təntənə ilə yetişməkdədir. Kərbəla şəhidlərinin pak qanları yenidən qaynayır və Hüseyn məktəbinin aşiqləri bu əzəmətli tarixi mərasimləri keçirmək üçün lazımi hazırlıqları görürlər.
Onlar təkcə “Bəqi”də dəfn olunan imamların (əleyhimus-salam) qəbirlərini deyil, üstəlik Məkkə və Mədinə şəhərlərində hər biri islamın əzəmətini əks etdirən, dünya müsəlmanlarının canlı tarixi olan bütün tarixi mirasını məntiqsiz fikirlər və puç etiqadlar əsasında dağıtmışlar.
Hazırda Bəhreyn, Əhsa, Qətif və Azərbaycan müsəlmanlarının bir qrupu nəhs ücbucağın təzyiqi altındadır. Bu yolu davam etmək xoşagəlməz sonluqla nəticələnəcək. Azərbaycan, Bəhreyn və Hicaz şiələri sükut etməyəcəklər. Bütün dünya şiələri onların səsinə səs verəcək.
Biz qərblilərin elmi inkişafda olan monopoliya səylərini sındırmalıyıq. Bizim gənclər öz yüksək istedadları ilə elmin bu paxıllarını utandırmalıdırlar
Bu həqiqəti unutmayın ki, şiələrə qarşı bu nalayiq və əsassız töhmətlər, onların təkfir edilməsi İslam düşmənlərinə, xüsusilə də Amerika və İsrailə böyük xidmətdir. Çünki bu kimi tədbirlər dünya şiələrində vəhhabilərə qarşı böyük nifrət hissi oyadır.
İran xalqı Aşura ilə özünü sığortalayır və heç vaxt məğlub olmayacaq. Düşmənlərin etirafına görə nə qədər ki, Aşura var, onlar sanksiyalar vasitəsilə İrana təzyiq göstərə bilməzlər.
Bütün əziz gənclərə bir ata kimi nəsihət edirəm ki, belə hallarda qanundankənar addım atmasınlar. Böyük inqilab Rəhbərinin və məsul qurumların icazəsi olmadan hərəkət etməsinlər. Biz çox diqqətli olmalı və onların əlinə bəhanə verməməliyik.
İslam dünyası niyə susur?
İslam rəhbərləri, alimləri və siyasətçiləri nə üçün sükut edir? İslam konfransı niyə susur? Niyə ərəb ölkələri liqası heç nə etmir? Nə üçün onlara ölüm saçan sükut hakim kəsilib?
Zülmkar hakimiyyətə qarşı xalq qiyamlarını və milli-azadlıq hərəkatlarını məhkum edən bir qrup müfti təcili olaraq öz rəylərinə yenidən nəzər salmalı, islam ümmətinin sıralarına qoşulmalı, bu kimi hərəkatlarda təşəbbüsü ələ almalıdırlar ki, islam düşmənləri onu öz xeyirlərinə müsadirə edə bilməsinlər.
Ədalət, məntiqi azadlıq, yoxsulluqla mübarizə və yadellilərin müsəlmanların müqəddəratına müdaxilə etməməsi İslamın və Qurani-kərimin əsas və danılmaz prinsiplərindəndir.