İslam İnqilabının Ali Lideri Həzrəti Ayətullah Xameneinin şəhadəti münasibəti ilə Ayətullah-uzma Məkarim Şirazinin başsağlığı

İslam İnqilabının Ali Lideri Həzrəti Ayətullah Xameneinin şəhadəti münasibəti ilə Ayətullah-uzma Məkarim Şirazinin başsağlığı


Həyatı boyu İslam İnqilabı yolunda hadisələrin fırtınasına, çətinliklərə və təzyiqlərə müqavimət göstərən ayıq və cəsur bir lider, uzun müddətlik arzusuna çatdı və şəhidlər sırasına qoşuldu‌

İslam İnqilabının Ali Lideri Həzrəti Ayətullah Xameneinin şəhadəti münasibəti ilə Ayətullah-uzma Məkarim Şirazinin başsağlığı

 

Bismillahir-Rəhmanir-Rəhim
«وَ بَشِّرِ اَلصّٰابِرِينَ اَلَّذِينَ إِذٰا أَصٰابَتْهُمْ مُصِيبَةٌ قٰالُوا إِنّٰا لِلّٰهِ وَ إِنّٰا إِلَيْهِ رٰاجِعُون»
“Səbir edənlərin başına bir müsibət gələndə  deyərlər: “Biz Allaha məxsusuq və Ona tərəf qayıdacağıq” müjdə ver.”

 

Böyük İslam ümməti, dünyada ədalət tələb, nəcib və güclü İran xalqı! 
Yenə də bəşəriyyətin ən pis və insaniyyətə qarşı and içmiş düşmənləri, Əhli-Beyt (ə) məktəbinin parlaq yolunda İslam inqilabının müdrik liderini və qlobal zülmə qarşı mübarizənin sükançısını şəhid etdilər.

Həyatı boyu İslam İnqilabı yolunda hadisələrin fırtınasına, çətinliklərə və təzyiqlərə müqavimət göstərən ayıq və cəsur bir lider, uzun müddətlik arzusuna çatdı və şəhidlər sırasına qoşuldu;
«فَمِنْهُمْ مَنْ قَضىٰ نَحْبَهُ وَ مِنْهُمْ مَنْ يَنْتَظِر».
“Onların bəziləri şəhid oldular və bəziləri hələ də gözləyirlər.”

Bu itki çox ağır olsa da, İslam tarixi həqiqət yolunda cihadın həmişə qan qurbanları ilə suvarıldığının sübutudur və bu şəhadətlər şərəf, müstəqillik və İmam Zamanın (ə.c) zühurunun başlanğıcı olacaq.

Bu kritik və taleyüklü məqamda bütün əziz İslam İran xalqına və dünyanın bütün müsəlmanlarına ünvanlanan bir neçə əsas məqamı xatırlatmaq lazımdır:

Unutmalıyıq ki, Allahın qüdrət əli bütün güclərdən üstündür. Bu sınaqlarda heç bir zəiflik olmasın; çünki Allahın köməyi vədi sarsılmazdır;
«إِنْ تَنْصُرُوا اَللّٰهَ يَنْصُرْكُم».
"Əgər siz Allaha kömək etsəniz, O da sizə kömək edəcək."

Qurani-Kərim Allah Rəsulunun (s) itkisi barədə xəbərdarlıq etdiyi kimi din xidmətçilərinin şəhadəti iradələrdə ən kiçik bir tərəddüdə səbəb olmamalıdır. Bu inqilab insana əsaslanmayan şəcəreyi-təyyibədir. və Allahın lütfü və "Həqiqətən, Allah təqvalılarladır" prinsipinə riayət etməklə bu hərəkatın bayrağı heç vaxt yerdə qalmayacaq, inşallah.
(وَ مٰا مُحَمَّدٌ إِلاّٰ رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ اَلرُّسُلُ أَ فَإِنْ مٰاتَ أَوْ قُتِلَ اِنْقَلَبْتُمْ عَلىٰ أَعْقٰابِكُمْ وَ مَنْ يَنْقَلِبْ عَلىٰ عَقِبَيْهِ فَلَنْ يَضُرَّ اَللّٰهَ شَيْئاً)،
Və təkcə Məhəmməd Rəsul deyil. Ondan da qabaq peyğəmbərlər olub və ölüblər, Əgər o dünyanısını dəyişərsə siz yenə də öz cahilliyyətdəki dininizə qayıdacaqsınız? Bəs hər kəs mürtəd olarsa Allaha zərər vurmayacaq və əlbəttə Allah yaxşı əməl sahiblərinə şükür edənlik əta edər.
3. İndi Xebriqan Məclisinin İran İslam Respublikasının Konstitusiyasına uyğun olaraq ağır missiyasını gecikmədən və qətiyyətlə yerinə yetirməsinin vaxtıdır və bu Məclisin qərarı qanuni olaraq son sözdür.

4. Bütün hökumət qüvvələri və sistem rəsmiləri belə bir gün üçün planlaşdırılmış vəzifələrini ikiqat motivasiya və daha ağıllı planlaşdırma ilə yerinə yetirməli, ölkənin işlərini irəli aparmalı və insanların həyatına, cəmiyyətin nizamına və əmin-amanlığına ən kiçik bir pozuntuya yol verməməlidirlər.

5. Biz tammiqyaslı müharibənin ortasındayıq. Xalq üçün ruhlandırma mənbəyi olan güclü hərbi və hüquq-mühafizə qüvvələri düşmənlərin hər hansı bir sui-qəsdini və təhrikini qətiyyətlə və heç bir təmkin göstərmədən dayandırmalı və tamamilə məhv olana qədər onlara qarşı strategiya ilə mübarizə aparmalıdırlar.

6. Qələbəmizin sirri birlikdir. Millətin bütün tərəfdarlarının və üzvlərinin dini vəzifəsi sıraların bütövlüyünü qorumaq və düşmənlərin təsirinə və şayiələrinin yayılmasına qarşı durmaqdır.

7. İran xalqı və İslam dünyası inqilabın şəhid liderinin qanının intiqamçılarıdır. Bu cinayətin əsas günahkarları zalım Amerikanın hökuməti və mənhus sionist rejimidir və bu qisas dünyadakı bütün müsəlmanların dini borcudur ki, bu cinayətkarların şərri dünyadan silinsin.

8. Dua və təvəssül etməkdən qafil olmayaq çünki biz diri və hazır İmamımızın (ə.c) kölgəsindəyik və o, bizi tək qoymayacaq. Kədər dolu, lakin ilahi kömək ümidi ilə əllərimizi Allaha qaldırıb haqqın qələbəsi üçün dua edirik.

Açar sözlər :Xameneinin
captcha