Ali məqamlı mərcəyi-təqlid Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi cənablarına salam və hörmətlə!
2014-cü ilin Novruz şənlikləri haqqında fikrinizi bilmək istərdik. Bildiyimiz kimi, bu il bayram günlərinin bir neçəsi Həzrət Fatimeyi-Zəhranın (s) şəhadət günlərinə təsadüf edir.
Hörmətlə: Cənab mərcəyi-təqlidin müqəllidlərindən bir qrupu
Bismillahir-Rəhmanir-Rəhim
Cavab: “İslamın böyük xanımı Həzrət Fatimənin (s) hörmətini saxlamaq hamıya vacibdir. Birinci Fatimiyyə günləri (Cəmadiyül-u`la: 13,14 və 15) 2014-cü il, mart ayının 15, 16, 17-ci günlərinə, ikincisi isə (Cəmadiyüs-sani: 1, 2 və 3) 2014-cü il, aprel ayının 1, 2 və 3-cü günlərinə təsadüf edir. Yuxarıda sayılan günləri məhz o həzrətin matəm məclislərinə həsr etmək və onun mənəvi nemətlərindən faydalanmaq lazımdır.
Lakin bu iki əyyamın arasında digər mərasimlərin (dini qaydalar çərçivəsində) qeyd olunmasının eybi yoxdur. Belə ki, qohumlara baş çəkmək, ev-eşiyi qaydaya salmaq, təmizlik işləri aparmaq və s. yeni il tədarüklərini yerinə yetirmək olar. Pərvərdigarın lütfü və həzrətin inayəti sayəsində daim müvəffəqiyyətə çatasınız.”
06.03.2014