Yaponlar, İmam Hüseyn mərasimində duyğulandılar.

Yaponlar, İmam Hüseyn mərasimində duyğulandılar.


Maraqlıdır ki, Yaponiya universitetlərinin müəllimləri bu səfərdə mətəm və əza mərasimlərini yaxından görməyə meyl göstərirdi. Onlar bu möhtəşəm mərasimləri yaxından izləyib, çox təsirləndilər.‌  ‌

Böyük Ayətullah Məkarim Şirazi Yaponiyanın Kyoto Universitetinin müəllimləri ilə görüşündə İran və Yaponiya xalqlarının tarixi əlaqələrinə toxunaraq dedi: “Biz yaponiyalıları zəkalı, fəal, sağlam insanlar kimi tanıyırıq. Biz əməksevər və tərəqqi etmiş xalq deyəndə, yaponları misal çəkirik.”
O, Yaponiyada baş vermiş ağır təbii fəlakəti xatırlayaraq əlavə etdi: “Yaponiya xalqı üçün ağır təbii fəlakət baş verəndə, biz də təsirlənirik.”
 Mərcəyi-təqlid iki ölkə arasında əlaqələrin inkişafına işarə edərək dedi: “Ölkəmizlə Yaponiya arasındakı əlaqələr günü-gündən artmalı və müsbət istiqamətdə hərəkət etməlidir. Belə görüşlər öncəkindən daha çox keçirilməli, xüsusilə dini zəmində sizinlə daha ciddi və daha çox fikir mübadiləmiz olmalıdır. Bunun həyata keçməsi isə, əlaqələrimizin genişlənməsindən asılıdır.”
Mərcəyi-təqlid, sözlərinin davamında Qərbin İran və Yaponiyanın ziddinə apardığı yalançı təbliğatlara toxunaraq dedi:
“Təəssüf ki, Qərbin yürütdüyü siyasət, bəzən bizi bir-birimizdən uzaqlaşdırır. Bu isə, onların hər iki ölkə əleyhinə apardığı qondarma təbliğatın nəticəsidir. Biz, başqa ölkələrin təbliğatlarına əhəmiyyət verməməli, bir-birimizi heç bir vasitə olmadan tanımalıyıq.”
Yaponiya universitetlərinin müəllimləri bu səfərlərdə mətəm və əza mərasimlərini yaxından görməyə meylli idi. Bu möhtəşəm mərasimləri yaxından izləyən yaponlar, çox təsirləndilər. Onlar, belə bir təsirli mərasimlərin olduğuna bundan öncə inanmadıqlarını bildirdilər.
Yaponiya Universitetlərinin müəllimləri öz düşüncələrini belə ifadə etdilər: Həqiqətən Aşura hadisəsi və Məhərrəmlik mərasimləri bizi təsirləndirdi. Matəm mərasimlərinin bu qədər möhtəşəm keçirilməsi, bizdə təəccüb doğurdu. Bu, bizim İmam Hüseynlə (əleyhis-salam) daha artıq tanışlığımıza səbəb oldu.

 

captcha