Bismillahir-rəhmanir-rəhim
Sözsüz ki, ingilis hökuməti bizim qədimi düşmənlərimizdəndir. Ölkəmizin daxili işlərinə onların yersiz müdaxilələrinin acı xatirələrini heç kim unutmayıb. Hamımız bilirik ki, son zamanlar bizə qarşı düşmənlik möveyində durub özləri başda olmaqla digərlərini də bizə qarşı sanksiyalarda iştirak etməyə səsləyir və sövq edirlər. Son zamanlar belə məkrli əməllər uğursuzluqla nəticələnmişdi.
Eyni zamanda bilirik ki, imperialist dövlətlərin hədəfi bizim elmi uğurlarımızın qarşısını almaq, bizi onların haqsız maraqlarına tabe olmağa məcbur etməkdir. Həmd olsun ki, bu günə qədər cəsarətlə dayanmış, gələcəkdə də Allahın köməyi ilə şücaətlə müqavimət göstərəcəyik.
Lakin əhəmiyyətlisi budur ki, bəzən emosiyalara qapılmış əziz gənclərimiz tərəfindən yol verilən qanundan kənar hərəkətlər avantürist düşmənə böyük bəhanə verir və onun üçün ağır xərclərə qatlaşmalı oluruq. Belə ki, səfirlik işğal olunduqda Milli Məclisdəki məğlubiyyətlərinin əvəzini qalmaqalla çıxmağa çalışdılar. İnşallah, heç bir şeyə nail olmayacaqlar.
Çox güman ki, onlar belə hallarda təsir altına saldıqları şəxsləri təxribatçı fəaliyyətlərə əl atmaq üçün bizim saf və təmiz gənclərimizin arasına göndərir, dünya səviyyəsində bizim əleyhimizə iri miqyaslı təbliğat kompaniyası təşkil edirlər. Artıq bu kompaniyaya start da veriblər.
Mən bütün əziz gənclərə bir ata kimi nəsihət edirəm ki, belə hallarda qanundankənar addım atmasınlar, Böyük İnqilab Rəhbərinin və məsul qurumların icazəsi olmadan hərəkət etməsinlər. Regionun durumu tam bizim xeyrimizə və onların zərərinədir. Onlar müxtəlif bəhanələrlə bu durumu bir-birinə qatmaq istəyirlər. Biz çox diqqətli olmalı və onlar üçün bəhanə yaratmamalıyıq.
Xüsusən də seçkilər astanasında, xalqımızın böyük əksəriyyətini seçkilərdə iştirak etməyə cəlb etmək üçün daxili sabitliyə böyük ehtiyacımız var. Mən bu günlərdə dəftərxanamıza göndərilən çoxlu sayda məktublara görə dini vəzifəmi yerinə yetirmək məqsədilə siz əzizlərlə açıq danışmağı özümə vacib bildim. Siz də inşallah öz dini vəzifənizə əməl edəcəksiniz. Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuh.
İnqilab övladlarına bir ata nəsihəti
Bütün əziz gənclərə bir ata kimi nəsihət edirəm ki, belə hallarda qanundankənar addım atmasınlar. Böyük inqilab Rəhbərinin və məsul qurumların icazəsi olmadan hərəkət etməsinlər. Biz çox diqqətli olmalı və onların əlinə bəhanə verməməliyik.