Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar


Builki həcc, həqiqətən birlik həcci olmalıdır və müsəlmanlar arasında qarşıdurmaya səbəb olan hallardan çəkinilməlidir. Ona görə ki, ekstremist vəhhabilər bütün müsəlmanlara qarşı çıxıblar.‌  ‌

Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi bugün sübh, Qum şəhərinin Məscidil-Əzəmində təşkil olunan, özünün fiqhin ali mühazirələrinin yeni təhsil ilinin ilk günündə, pak imamlardan (ə) nəql olunan bir hədisə işarə ilə vurğuladı ki, insan zamana vaqif olmalıdır.
O, İslama, Peyğəmbər və Əhli-beytə (ə) qarşı bugünə qədər belə bir hücumun heç vaxt olmadığını dilə gətirərək, buyurdu: Bugün İslamı öz qanunsuz mənfəətləri üçün bir maneə görürlər. Bu üzdən hər şeyə qarşı hücumları başladıblar.

Məkarim Şirazi cənabları ruhaniləri – din xadimlərini İslamın mühafizəkarları kimi təqdim edərək, dedi: Din xadimləri müdafiəyə hazır olmalı və bilməlidirlər ki, İslam mədəniyyəti və maarifinin gücü hücumlar qarşısında duracaq və zəfər qazanacaq həddədir. Buna dəlil isə bütün bu hücumlarla yanaşı İslamın dünyadakı inkişafıdır.
Həzrət Ayətullah Məkarim Şirazi din xadimlərinin güclü iradə və qəti qərar sayəsində zamana vaqif olmalı olduğunu bəyan edərək, bunları bildirdi: Tələbə və ruhanilər zaman və məkandan xəbərdar olmalı, dərslərini yaxşı oxumalı və hazırlıqlı olmaq üçün günlük ehtiyacları nəzərə almaldırlar.
O, mübahisəni (elmi müzakirəni) elm ocaqlarının ənənəsi adlandıraraq, sözünə davam etdi: Mübahisə və mütaliə unudulmamalıdır. Elm, tələbələrin vücudunda dərin və köklü olması üçün yalnız müəllimin dərsində oturmaqla, qeydlər etməklə kifayətlənməməlidir. Niyyətlər də xalisləşməlidir ki, Allah-taala xalis niyyətlərə yardım edir. Əgər hər kəs dərslərdə dəstəmazlı iştirak etsə, niyyətləri daha xalis olacaq və daha çox uğur qazanacaqlar.
Məkarim Şirazi cənabları çıxışının digər bir hissəsində həcc mövsümünə işarə ilə builki həcci digər illərdəkindən fərqli bilərək, fikrinə aydınlıq gətirdi: Builki həcc gerçəkdən birlik həcci olmalıdır və müsəlmanlar arasında ixtilafa səbəb olan işlərdən çəkinilməlidir, çünki ekstremist vəhhabilər bütün müsəlmanların qarşısında durublar.
O, bildirdi: Ekstremistlər üçün sünni, şiə, xristian, zərdüştün fərqi yoxdur. Son dərəcə əfsuslar olsun ki, qərblilər də məlum ektremistləri himayə edirlər. İsrail kimi bəziləri birbaşa deyir ki, İŞİD-in məhvinə heç bir əsasımız yoxdur. Düşmənlərimiz olan müsəlmanları qırdıqları halda niyə onlara mane olmalıyıq.
Məkarim Şirazi cənabları bunları da xatırlatdı: Amerika, eləcə də Türkiyə kimi dövlətlər praktiki olaraq ekstremistləri himayə edirlər. Odur ki, bu cür təhlükəli himayədarları olan belə bir düşmənin mövcudluğu müsəlmanları daima birgə və müttəfiq olmağa vadar edir və müsəlmanlar bilməlidirlər ki, bu düşmənlər heç kimə rəhm etmir.
O, əlavə etdi: İxtilafa, bədbinlik, düşmənçilik və ədavətə səbəb olan işlərdən çəkinilməli və hər kəs vəhdətə doğru addımlamağa və Allahın izni ilə İslam düşmənlərinin müqabilində durmağa çalışmalıdır

 

captcha