Ayətullah Məkarim Şirazinin Mina faciəsinin ildönümü ilə bağlı mesajı

Ayətullah Məkarim Şirazinin Mina faciəsinin ildönümü ilə bağlı mesajı


Şübhəsiz, bu hadisə Ali Səud - hansı ki özlərini hacıların can toxunulmazlığına cavabdeh bilirlər – üçün qara ləkədir və heç bir su ilə təmizlənməyəcək.‌

Şübhəsiz, bu hadisə Ali Səud – hansı ki özlərini hacıların can toxunulmazlığına cavabdeh bilirlər – üçün qara ləkədir və heç bir su ilə təmizlənməyəcək.
Bağışlayan və mehriban Allahın adı ilə
Mina günlərinə yaxınlaşdıqca, ötən il şəhid olanların acı xatirəsi nəzərlərdə daha da canlanır və hər kəs buna bais olanlara lənət və nifrin göndərir.
Şübhəsiz, bu hadisə Ali Səud – hansı ki özlərini hacıların can toxunulmazlığına cavabdeh bilirlər – üçün qara ləkədir və heç bir su ilə təmizlənməyəcək.


Eləcə də, bu qara ləkə bəşər hüquqlarının müdafiəsini iddia edən bütün beynəlxalq təşkilatların üzərindədir. Çünki, heyrətamiz və sabiqəsiz insan qətlinə heç bir reaksiya göstərmədilər, hətta özlərinə zəhmət vermədilər ki, bu xüsusda araşdırma aparsınlar. Mediyaları da özlərinə müvafiq formada hərəkət etdi.
Halbuki, Avropa ölkələrindən birində bir neçə nəfər qətlə yetirilsəydi, ümumi matəm elan edərdilər və avropanın bütün liderləri bir yerə toplanıb buna çarə axtarardılar. Lakin neçə min günahsız insanın canını asanlıqla ayaqlar altda qoydular. Ona görə ki, səudiyyəlilərdən aldıqları çirkli mənfəət və qanunsuz yardımlarla uyğun gəlmirdi.  


Bu şəhidlər Allahın qonaqları idilər, “zuyufur-Rəhman” (Allah qonaqları) sayılırdılar. Vəhy torpaqlarında böyük ilahi vəzifəni yerinə yetirməklə məşğul idilər. İnqilab rəhbərinin buyurduğu kimi, “Ali-Səud ən sadə üzrxahlıq belə etmədi”.
Əgər ağıl və düşüncələri olsaydı, üzrxahlıqdan əlavə, bütün Mina və Məscidül-həram şəhidlərinin ailə üzvlərini həccə dəvət edər, onlara həmdərd olar, dəymiş xəsarəti tam şəkildə ödəyərdilər. Sonra da elan edərdilər ki, bu barədə tədqiqat aparılır. Əgər təqsirli varsa, – sözsüz ki, var – cəzalandırardılar. Amma ağıl olmadığı göz qabağındadır
!


Daha da pisi özlərini pula satmış Səudiyyə müftilərin fətvalarıdır, hansılar ki, Ali-Səudun siyasi liderləri sayılır. Gah deyirlər Səudiyyə hökuməti əsla təqsirkar deyil, günah camaatın özündədi, gah da deyirlər ki, bunlar ilahi təqdir olduğu üçün qarşısını almaq mümkün deyildi. Eləcə də, heç bir əsası olmayan bu qəbildən sözlər...
Ali-Səud bilsin ki, bu xatirə yaddaşlardan silinməyəcək və bu faciəvi hadisədə əzizlərini itirən İslam ümməti onlara lənət yağdıracaq və gün gələcək qisaslarını alacaqlar.
“Həqiqətən, sənin Rəbbin nəzarət edir”.
Yayım tarixi: 10.09.2016
makarem news

 

captcha