Qərblilər, dünyanın ən rəhmsizləridir.

Qərblilər, dünyanın ən rəhmsizləridir.


“Tarixdə analoqu görünməyən bu müdhiş və anti-bəşər cinayətlərin əsas amili Amerika, İsrail və onların əlaltıları olan bəzi Ərəb dövlətləridir. Onlar öz murdar, maddi mənafelərini təmin etmək üçün qan gölü düzəltməyə və günahsızları tikə-tikə etməyə hazırdır.”‌

Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi, şənbə günü öz ali fiqh mühazirəsinə başlamazdan öncə İraqda bir dəstə İmam Hüseyn zəvvarının və Suriyada bir qrup günahsızın ölümü ilə nəticələnən terror aktlarını şiddətlə pislədi.
O, əlavə etdi: "Hesab edirəm ki, yer üzünün ən qəddar xalqı qərblilərdir. Çünki hamıya aydındır ki, tarixdə analoqu görünməyən bu müdhiş və anti-bəşər cinayətlərin əsas amili Amerika, İsrail və onların əlaltıları olan bəzi Ərəb dövlətləridir. Onlar öz murdar, maddi mənafelərini təmin etmək üçün qan gölü düzəltməyə və günahsızları tikə-tikə etməyə hazırdır.”
Həzrət ustad öz sözlərinin davamında dedi: "Çirkin niyyətlərinə çatmaq üçün onların ən “yaxşı variantı” ölkələrin daxilində vətəndaş müharibəsi yaratmaq, onları bölmək və zəiflətməkdir. Bütün müsəlmanlar ayıq-sayıq olmalı və onların planlarını zərərsizləşdirməlidirlər.”
 Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi əlavə etdi: “Dünyanın hər yerində oyaq vicdanlar, bu cinayətlərə və onların amillərinə etirazını bildirməlidir. Şübhəsiz ki, bu iş nəticəsiz qalmayacaq. Onların toxumlarının kəsilməsini Uca Tanrıdan diləyirik.

captcha