Müsəlmanların ilk qibləsi “əl-Əqsa” məscidi təhlükədədir, müsəlmanlar ayıq olsunlar!

Müsəlmanların ilk qibləsi “əl-Əqsa” məscidi təhlükədədir, müsəlmanlar ayıq olsunlar!


Dünya müsəlmanlarının vəzifəsi bu xarlığı qəbul etməmək və sionistlərin müsəlmanların ilk qibləsi oAyətullah əl-üzmalan “əl-Əqsa” məscidini işğal etməsinə yol verməməkdir. Fələstin müsəlmanlarını tənha qoymaq olmaz!‌  ‌

İsrailin “əl-Əqsa” məscidini müsəlmanlar və yəhudilər arasında zaman və məkan baxımından ikiyə bölməsi barədəki şeytani planı və ardınca namaz qılanlara vəhşicəsinə hücumu nəticəsində görülməmiş faciəyə çevrilmişdir.
Bu, Fələstinin qeyrətli müsəlmanlarının son nəfəslərinə kimi müqavimət göstərmək və həmin cinayətin qarşısını almaq qərarına gəldiyi vaxtda baş vermişdir. Onlardan bir qrupu xəsarət almış, bir qrupu isə böyük vəhşiliklə həbs edilmişdir.

Dünya müsəlmanlarının vəzifəsi bu xarlığı qəbul etməmək və sionistlərin müsəlmanların ilk qibləsi olan “əl-Əqsa” məscidini işğal etməsinə yol verməməkdir. Fələstin müsəlmanlarını tənha qoymaq olmaz!
Bəzi beynəlxalq mərkəzlər və İslam dövlətləri bu cinayəti pisləsə də, yetərli deyildir.
Bütün müsəlmanlar, alim və elm adamları, politoloqlar, qeyrətli gənclər hər biri öz məsuliyyətinə uyğun əməl etməli, hər mümkün vasitə ilə Fələstin gənclərinə dəstək olmalı və sözügedən faciənin qarşısını almalıdırlar.

Müsəlmanlar öz həqiqi düşmənlərini yaxşı tanımalı, onlarla əl-ələ verməməlidirlər. Bilməlidirlər ki, bu düşmən yalnız Fələstin və İran İslam xalqının düşməni deyil. İmkan tapdıqları vaxt bütün İslam ölkələrini işğal edəcək, müsəlmanların müqəddəs bildikləri hər bir şeyi məhv edəcək, küləyə sovuracaqlar. Bu dəhşətli cinayət qarşısında sionist hamilərinin sükutu təəccübləndirici deyil. Onlar İslam ölkələrinin göbəyində (mərkəzində) bu saxta rejimi müsəlmanları zəiflətmək və onların təbii sərvətlərini, mənbələrini qarət etmək məqsədilə yaradıblar. Şübhəsiz, onun cinayətinə də dəstək verirlər.
Allahdan diləyirəm ki, bütün İslam ölkələrindəki bütün məsullar, başbilənlər ayılsınlar və bu həssas durumda öz vəzifələrinə əməl etsinlər.
Hidayət yolunu tutanlara salam olsun!

captcha