Ayətullah əl-uzma Məkarim Şirazinin mesajı

Ayətullah əl-uzma Məkarim Şirazinin mesajı


Sionist rejimin İran İslam Respublikası ərazisinə təcavüzünə cavab olaraq İslam əsgərlərinin qalibiyyətli əməliyyatı və məzlum Qəzzə xalqının müdafiəsi, dünya müsəlmanlarının qürur, şərəf və məmnunluq mənbəyinə çevrildi.‌

Rəhman və rəhim olan Allahın adı ilə

Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırıb möminlərin ürəklərini fərəhləndirsin.( Tövbə, ayə 14)

Sionist rejimin İran İslam Respublikası ərazisinə təcavüzünə cavab olaraq İslam əsgərlərinin qalibiyyətli əməliyyatı və məzlum Qəzzə xalqının müdafiəsi, dünya müsəlmanlarının qürur, şərəf və məmnunluq mənbəyinə çevrildi.

Şübhəsiz ki, əziz İran xalqı bu qətiyyətli və qürurlu əməliyyata görə minnətdardır və təkəbbürlülərin məğlubiyyətinə və zülmün məhvinə qədər həmişə mücahidlərin və İslam ordularının yanında olacaqdır.

Mən də öz növbəmdə bu qeyrətli kişilərin hamısına təşəkkür edir və onları qiymətləndirirəm.

Əziz İran xalqını düşmənlərin mədəni və iqtisadi sui-qəsdlərinə qarşı hərtərəfli ayıq-sayıq olmağa və hərbi qüvvələrə hərtərəfli dəstək verməyə dəvət edirəm. Bilin ki, Allahın köməyi (sizə) yaxındır!

Qum - Nasir Məkarim Şirazi

15 aprel 2024-cü il

captcha