Həc ziyarəti İslamın mühüm sütunlarından və ən böyük dini vaciblərindəndir.
Qurani-kərim qısa və məna dolu bir ifadə ilə buyurur:
وَ لِلّه عَلَى النّاسِ حِجُّ الْبَیْتِ مَنِ اسْتَطاعَ اِلَیْهِ سَبیلاً
“Allahın insanların – əlbəttə, ora getmək imkanı olan kəsin – boynuna düşən haqqı budur ki, o evə gedərək oranın həcc əməllərini yerinə yetirsinlər...”
Həmin ayənin ardınca buyurur:
وَ مَنْ کَفَرَ فَاِنَّ اللّهَ غَنِىٌّ عَنِ الْعالَمینَ
“...Hər kim inkar etsə (və həcci tərk etsə, özünə zərər vurmuşdur), həqiqətən, Allahın aləmdəkilərə ehtiyacı yoxdur.”
İslamın bu əzəmətli sütunu və təməl prinsipi, bir çox hökmləri əhatə edir ki, həc ziyarətçilərinin onları bilməsi və yerinə yetirməsi zəruridir.
Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi baş ofisi, möhtərəm hacılara xidmət göstərmək məqsədilə, hər il Məkarim Şirazi cənablarının nümayəndəsi ünvanında alimlərdən ibarət bir qrupu ezam edir, (Mədinədə) ofisin filialını açaraq, hacıların, karvan başçılarının suallarını cavablandırır.
Qeyd etmək lazımdır ki, bu gündən etibarən, 10 gün müddətində, ofisin nəzdində, sübh saat 10:00-da höccətül-İslam vəl-müslimin Nəzəri Münfəridin çıxışı olacaqdır.
Mədinə ofisinin ünvan və əlaqə nömrəsi:
“Hərəmeyn-şərifeyn”lə üzbəüz, “Culnar-teyyibə” hoteli, birinci mərtəbə, 102 və 103-cü otaqlar.
Telefon: 0500881246 və 0503407556