Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi


Gənc nəslin bu məscidə gəlişi ən böyük statistik göstəricidir: tövbə edib paklaşırlar və bu məscidlə möhkəm əlaqələr qururlar. Bu qədər əzəmətə, tarixi keçmişə, mənəvi və ruhani cazibəsi ilə Cəmkəran məscidi müxalifətçiliyə (inkara) bir səbəb qoymur.‌  ‌

Həzrət Ayətullah Məkarim Şirazi müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə, Quranın bir neçə ayəsini “məhdəviyyət” – mehdiçilik məsələsi ilə əlaqəli bilərək bunları açıqladı:
“Ənbiya” surəsinin 105-ci ayəsi qeyd edilən ayələrdən biridir və orada deyilir:
و لقد کتبنا فی الزّبور من بعد الذّکر أنّ الارض یرثها عبادی الصّالحون
“Və həqiqətən də, Zikrdən (Tövratdan) sonra Zəburda yazdıq ki, layiqli bəndələrimiz yerin varisləri olsunlar”.
Məkarim Şirazi cənabları ardınca qeyd etdi: Yuxarıdakı ayədən istifadə etmək olar ki, zamanın sonunda qiyam edənlər saleh insanlardandır və qiyam da, saleh insanların qiyamıdır. Üçüncü məqam, qiyam edənlərin məqsədinin sülh və səfa olmasıdır. Bu son məqama xüsusi diqqət etmək lazımdır.
Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi əlavə etdi: Bəziləri İmam Məhdinin (əc.) gəlişi məqsədilə daha çox fəsad dalıncadırlar, halbuki, ayəyə əsasən, saleh bəndələr qüvvət tapmalı, güclənməlidirlər.
O, “məhdəviyyət” nişanələrinin Quranda olmasından əlavə bu nişanələrin bir çox hədislərdə də gəldiyini bildirərək dedi: Bunlardan əlavə bəzi əhli-sünnə də bu məsələyə etiraf edir, hətta “Fi təvaturi ma caəl-Məhdi ələn-Nəbi” adlı bir kitab da qələmə alıblar. Bu kitab, “məhdəviyyət” məsələsinin isbatı barəsində Peyğəmbərdən (s) bizə gəlib çatan “təvatür” hədisləri araşdırır.
Məkarim Şirazi həzrətləri müqəddəs Cəmkəran məscidini Allahın dünyaya, xüsusilə İran İslam Respublikasına nəsib etdiyi nemətlərdən sayaraq buyurdu: “Biharul-ənvar”da Həsən Muslih Cəmkəraninin əhvalatı gəlmişdir. Mübarək Ramazan ayının on yeddinci gecəsi ona müqəddəs Cəmkəran məscidini tikmək göstərişi verilib.
Həzrət Ayətullah Məkarim Şirazi xatırlatdı ki, 373-cü hicri ili, mübarək Ramazan ayının on yeddisində, yəni min il öncə, Şeyx Səduqun yaşadığı dövrdə bu hadisə baş vermişdir. Macəra uzundur və ondan dəqiq nöqtələr çıxarmaq olar.
O, bildirdi: Müqəddəs Cəmkəran məscidinin İmam Məhdi (əc.) tərəfindən tikilişinə göstəriş verilməsi hadisəsinin araşdırılması bu məscidin tarixi kökə malikliyini, məşhur kitabda ona işarə edildiyini və əfsanə də olmadığını göstərir.
Ardınca buyurdu: Bu hadisə oyaq halda baş vermişdir, çünki məlum şəxs yuxudan ayıldığını açıq bildirir. Son illərdə, bu zəmində xüsusi bir təbliğat olmadan bu məscidin fövqəladə abadlaşmasına şahid oluruq, belə ki, təsəvvürümüzdən də xaricdir.
Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi özünün və dostlarının xatirələrinə işarə edərək İran İslam İnqilabından illər öncə bu məscidə gedib orada ibadət etdiklərini dilə gətirdi və açıqladı: İnqilabdan öncə bu məscid kiçik və az cəmiyyətli idi. İnqilabdan sonra isə məscidin camaatı olduqca çoxaldı.
O, İmam Məhdi (əc.) tərəfindən tövsiyə olunan namazı təhlil edərək buyurdu: Bu namazda ibadət edənlərin tövhidə dair kəlmələri təkrar etməsi sifariş olunub və sözügedən namaz başdan-başa tövhiddir.
O, bir qrup insanın müqəddəs Cəmkəran məscidini solğun göstərmək (gözdən salmaq) cəhdinə işarə edərək bildirdi: Gənc nəslin bu məscidə gəlişi ən böyük statistik göstəricidir: tövbə edib paklaşırlar və bu məscidlə möhkəm əlaqələr qururlar. Bu qədər əzəmətə, tarixi keçmişə, mənəvi və ruhani cazibəsi ilə Cəmkəran məscidi müxalifətçiliyə (inkara) bir səbəb qoymur.
Həzrət Ayətullah Məkarim müqəddəs Cəmkəran məscidinin tikinti işlərinə də işarə etdi və dedi: İrandan və dünyanın ayrı-ayrı nöqtələrindən milyonlarla insanın bu məscidə gəlişi, bu müqəddəs məkan üçün təkmilləşmiş təchizatların olmasını qaçılmaz edir.
O, davamında qeyd etdi: Son vaxtlar müqəddəs Cəmkəran məscidində ibadət edənlərin tibbi ehtiyacının ödənilməsi məqsədilə tikilən “Daruş-şəfa” tibb məntəqəsinin inşasına yaxşı xərc çəkilmişdir. Hazırda “Daruş-şəfa”da yaxşı həkimlər fəaliyyət göstərir, ehtiyac duyulduğunda və imkan qıtlığında xəstələr ambulansla digər şəfa ocaqlarına köçürülə bilərlər.
O, açıqladı: “Daruş-şəfa”nın başa gəlməsində otuz milyard riyal xərc çəkmişik. Məscidin digər imkanlarını sonlandırmaq üçün yüz milyon riyal ödəyirəm. Bununla da, bu məscidə bağlılığı olan digər kəslər tərəfindən onu inşa və abadlaşdırmasına və digər xərclərinin ödəməsinə bir qapı olsun.
Sonda həzrət Ayətullah əl-üzma Məkarim Şirazi müqəddəs Cəmkəran məscidinə xidməti böyük iftixar bilərək buyurdu: Siz xadimlərə nəsib olmuş uğurun ilahi dərgahda mütləq bir hesab-kitabı vardır. Çalışın, insanlar Quma səfərindən, müqəddəs Cəmkəran məscidinə gəlişindən yaxşı və xoş xatirələr əldə etsinlər və növbəti səfərlərə rəğbət göstərsinlər.
.

 

captcha