Yəmən hadisələri cahillik dövrünə dönüşdür. Qərbin “insan hüquqları” şüarına aldanmayaq!

Yəmən hadisələri cahillik dövrünə dönüşdür. Qərbin “insan hüquqları” şüarına aldanmayaq!


ABŞ, Avropa İttifaqı və Ərəb Birliyinin yaşıl işıq göstərməsilə başlayan Yəmən cinayətlərini, cahillik və barbarlıq dövrünə qayıdışın nümunə və şahidi bildi.‌

Ayətullah əl-üzma Məkarim Şirazi cənabları Qum şəhərində, Məscidul-Əzəmdə təşkil olunan özünün fiqhin ali mühazirələrində Səudiyyə Ərəbistanının Yəməndəki cinayətlərini qınamaqla yanaşı, qlobal və beynəlxalq təşkilatların bu amansız cinayətlər qarşısında susmalarına etiraz olaraq buyurdu: Amerikalılar, avropalılar bir neçə müddətdir ki, vəhşilik dövrünün geridə qaldığını, bugünkü sivil insanın ləyaqətli və ali olduğunu təbliğ edirlər. Bir dəstə insanlar da buna uyaraq, avropalıları addım-addım izləməyin və sivilizasiyaya çatmağımız üçün onları təqibin labüdlüyünə təkid edirdilər.
O, əlavə etdi: İş o yerə çatmışdı ki, yaxın keçmişdə ruhani olmayan bəzi alicənablar da, onların təsiri altına düşmüşdülər, avropalıların həyat tərzindən danışırdılar ki, çox qəribə idi. Bu gün elə bir şəraitə – mühitə şahidik ki, vəhşilik və cəhalət dövrünə qayıdışın kamil nümunəsidir.
Ayətullah Məkarim Şirazi cənabları ABŞ, Avropa İttifaqı və Ərəb Birliyinin yaşıl işıq göstərməsilə başlayan Yəmən cinayətlərini, cahillik və barbarlıq dövrünə qayıdışın nümunə və şahidi bildi və belə aydınlıq gətirdi: Müdafiəsiz xalqın başına əlli gündən artıqdır bomba tökülür, insan resursları, həyat əhəmiyyətli kritik infrastrukturları məhv edilir, bu, cəhalət deyilmi?
O, haram ayda, İslam ölkələrindən birinin belə bir həmlə və bombalara hədəf seçilməsinə təəssüfləndiyini bəyan edərək xatırlatdı: Onlar ərzaq və dərman daşıyan gəmilərin Yəmənə girməsinə icazə vermirlər, amma dağıdıcı bombaların xalqın başına yağdırılmasına razıdırlar. Bunun adı vəhşilik, cahillik dönəminə qayıtmaqdan başqa bir şeydirmi?
O ardınca əlavə etdi: Dağıdan və təcavüz edən azaddır, amma yaralıları xilas etmək istəyənə məhdudiyyət qoyulur. Daha pisi Səudiyyə cinayətlərinin doğruluğuna fitva verən müftilərdir.
Həzrət Ayətullah Məkarim Şirazi bu qəbildən olan müftilərə müraciətlə bildirdi: Sizlər, Quran ayələrindən və rəcəb ayının haramlığından xəbərsizsinizmi?! Buradan məlum olur ki, bu müftilər də, cəhalət dövründə yaşayırlar.
O, aydınlıq gətirdi: Məlum hadisə və məsələlərin bizə bir mesajı var. O da, bundan ibarətdir ki, onların yalan şüarlarına aldanmayaq. İnsan hüquqları şüarı və ya digər şüarları bizi aldatmasın. İndi aşkar olan elə onların iç üzləridir.
O, sonda müsəlmanların problem və çətinliklərinin həlli üçün dua etdikdən sonra qeyd etdi: Ümidvaram, Allah-taala şər insanların şərini özünə qaytarsın, bu ayın və bu ayda dünyaya gələnin əzəmətinə xatir, zəfər və rəhmət qapılarını müsəlmanların üzünə açıb, düşmənlərini xar və zəlil etsin!

Açar sözlər :
captcha