Provakasiyadan əl çəkin və xalqların tələbləri ilə razılaşın!

Provakasiyadan əl çəkin və xalqların tələbləri ilə razılaşın!


İŞİD, ən-Nusra və əl-Qaidə kimi təkfirçi cərəyanların ortaya çıxmasından və törətdikləri cinayətlərdən sonra "təkfir məktəbi"nin ağıl, sünnə, Quran və İslama birbaşa zidd olduğu məlum olur.‌  ‌

Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi Qum şəhəri, “Məscidül-Əzəm”də keçirilən fiqhin ali mühazirələri dərsində, son vaxt “Məscidul-Həram”ın imam camaatının iranlılara hörmətsizlik etməsinə və onun tərəfindən şiələrin təkfirinə işarə edərək xatırlatdı: İki-üç həftə öncə bunlar təkfirçilər əleyhinə konfrans təşkil etdikləri halda, indi özləri təkfirə yoluxublar və müharibənin şiə-sünni müharibəsinə çevrilməsində israrlıdırlar.
O həzrət ardınca buyurdu: Siz İslamın ən müqəddəs mərkəzində oturaraq müsəlmanların böyük bir hissəsini təkfir etməyə başlamısınız. Özü də məktəbinizin fəsadı bütün dünyaya aşkar olduqdan sonra.
Ayətullah Məkarim əlavə etdi: İŞİD, ən-Nusra və əl-Qaidə kimi təkfirçi cərəyanların ortaya çıxmasından və törətdikləri cinayətlərdən sonra "təkfir məktəbi"nin ağıl, sünnə, Quran və İslama birbaşa zidd olduğu məlum olur. Siz gəlin, təkfirçi vəhhabiyyət məktəbindən ayrılın və "bu ağacın meyvəsinin İŞİD və əl-Qaidə olması praktiki olaraq bizə sübut olmuşdur" – deyin! Onları boşlayıb müsəlman birliyinə qatılın!
Ayətullah Məkarim Şirazi sözünə aydınlıq gətirdi: Siz İslam ölkəsini (dövlətini) xaraba qoydunuz, indi tələbkar olmayın, müsəlmanlara tərəf qayıdın! Yəməndə nə etmək fikrindəsiniz?! İran, yəmənlilər və bütün şiələr deyirlər ki, Yəmən məsələsi siyasi yolla həll olunmalı və xalqın tələbinə razılıq verilməlidir. Ancaq siz onları bomba yağışına tutursunuz.
Suriyada xalqın tələbinə məhəl qoymadan bu qədər bombalayıb cinayət törətdiniz. Niyə xalqın tələbinə etinasızlıq göstərib hər yeri viranə qoyursunuz? Sonra da İranı müttəhim bilərək, "Bu məsələdə İran müqəssirdir!" – deyirsiniz. Əslində müqəssirlər reallığı və xalqın tələbini görmək istəməyənlərdir.
İraqlılar, yəmənlilər, suriyalıların müdafiə olunmaq haqları yoxdurmu? İndi yəmənlilər deyirlər ki, biz oturub geniş hakimiyyət qurmağa hazırıq, amma onların baş müfisi Yəmənə hücumun və bombaran edilməsinin ağıla müvafiq olduğunu deyir. Dağıtmaq ağıla uyğundurmu?
Həzrət Ayətullah Məkarim xatırlatdı: Bunlar xəyal aləmində yaşayırlar. Onların sərmayəsi yalan və töhmətdir. İran və şiənin Məkkə və Mədinəni tutmaq istədiyini deyirlər. Cəddədə baş verən görünməmiş rüsvayçılıq hamıya kifayətdir. Belə bir rüsvayçılığın tarixdə misli görülməmişdir.
Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi davamında dedi: Biz hər kəsin xeyrini istəyirik, təkfirçiləri buraxıb müsəlman toplumuna qoşulsunlar, biz də onları dost bilərik. Ağıla müvafiq iş budur, yoxsa ki, məşum işin səmərəsinin, pislik və qətl olduğunu biləndən sonra yenə də israr edir, inad göstərirsiniz.
O cənab, dünya müsəlmanlarının çətinliklərinin həlli ilə bağlı duası əsnasında təkid edərək buyurdu: Xatırlatmalarımızın səmimi qarşılanıb onlara müvafiq davranılacağına və İslam ümmətinin bu böyük bəladan xilas ediləcəyinə ümidvarıq. Allah-taala qafilləri qəflət yuxusundan ayıldıb dünya müsəlmanlarını şər insanların şərindən xilas edər. İnşallah!

 

captcha