“Bugünkü dünya bütün bu cinayətlərlə bəşər tarixinin ən pis dövrüdür.”

“Bugünkü dünya bütün bu cinayətlərlə bəşər tarixinin ən pis dövrüdür.”


Bütün dünya məlum cinayəti qınadı, siyasətçilər və Səudiyyə alimləri də mövzunu qınaq obyektinə çevirdi. Amma bəşərin nə qədər xəbərsiz və sadə olduğunu güman edirlər?!‌  ‌

Həzrət Ayətullah əl-üzma Məkariz Şirazi Qum şəhəri, “Məscidul-Əzəm”də keçirilən fiqhin ali mühazirələri dərsinin başlanğıcında, şaban ayının bayram günlərini və həzrət İmam Səccadın (ə) mövludunu təbrik etməklə yanaşı, Həzrətin (ə) “Səhifeyi-Səccadiyyə” və “Hüquq risaləsi”ni zəngin maarifli, qəni və geniş məzmunlu olduğunu dilə gətirdi, bütün elm adamlarının bu iki əsərlə tanışlığını zəruri iş kimi qiymətləndirdi.
O, sözünün davamında ektremist vəhhabilərin Ərəbistanın Qətif vilayətində törətdikləri cinayətləri pisləyərək bildirdi: Ekstremist vəhhabilər tərəfindən Əli ibn Əbutalib məscidində, namaz qılanlar arasında bomba partladıldı ki, bu da yüzə yaxın insanın ölümü və yaralanması ilə nəticələndi.
Ayətullah Məkarim Şirazi bu terror aktının məsuliyyətini İŞİD və Əl-Qaidənin boynuna götürməsinə işarə edərək əlavə etdi: Bütün dünya məlum cinayəti qınadı, siyasətçilər və Səudiyyə alimləri də mövzunu qınaq obyektinə çevirdi. Amma bəşərin nə qədər xəbərsiz və sadə olduğunu güman edirlər?!
O, xüsusi vurğuladı: Bütün bu cinayətlərin kökü sizin vəhhabilik əqidənizdədir; onların orta məktəb dərsliyini gətirmişdilər, nəzərdən keçirdik, açıq-aşkar qəbir ziyarətçilərinin müşrik olması və can, mal, qanlarının isə halallığı yazılmışdı. Bu da şiə və əhli-sünnəyə aiddir, çünki əhli-sünnə şiələr kimi böyüklərinin qəbirini ziyarət edirlər.
Həzrət Ayətullah Məkarim Şirazi açıqladı: Sizin dərs kitablarınız belə təlimlərlə, mətləblərlə doludur, sonra da gəlib bu cinayəti pisləyirsiniz. Həmin məktəblərin qapılarını bağlayın, çünki onlar şeytani təlimləri yaymaqla məşğuldurlar.
Həzrət Ayətullah əl-üzma Məkarim Şirazi bu qəbildən olan alim və müftilərə müraciətlə buyurdu: Sizlər özünüzə dini alim dediyiniz halda, kökləri, səbəbləri nəzərə almadan necə zahiri pisləməklə kifayətlənirsiniz?! Əlbət ki, bu pisliklər sizin də yaxanızı tutacaq!
O, təkidlə bildirdi: Bügünkü dünya bəşər tarixinin ən pis dövrünü yaşayır: bəşər tarixində belə qara günlər olmayıb və ya az olub.
Həzrət Ayətullah Məkarim sonda açıqladı: Biz bu çirkin və ağrılı cinayəti kəskin pisləyir, bu əziz ayda Allah-taaladan məlum təfəkkürün kökünün kəsilməsini diləyirik!

 

captcha