Ayətullah Məkarim Şirazinin dəhşətli hadisəyə – İŞİD tərəfindən bir qrup xristianın başının kəsilməsinə münasibəti

Ayətullah Məkarim Şirazinin dəhşətli hadisəyə – İŞİD tərəfindən bir qrup xristianın başının kəsilməsinə münasibəti


Biz bu əməli kəskin qınayır və Qərb dünyasına xəbərdarlıq edirik ki, vəhşi və zülmkar dəstəyə hər növ dəstəyi kəssinlər, yoxsa onun pis sonluğu hər kəsin sorağına gələcəkdir.‌  ‌

Bağışlayan və mehriban Allahın adı ilə
Dünyaya yayılan dünənki dəhşətli xəbər – İŞİD tərəfindən iyirmi xristianın başının kəsilməsi xəbəri dinindən asılı olmayaraq dünya aqillərini çox təsirləndirdi.
Biz bu əməli kəskin qınayır və Qərb dünyasına xəbərdarlıq edirik ki, vəhşi və zülmkar dəstəyə hər növ dəstəyi kəssinlər, yoxsa onun pis sonluğu hər kəsin sorağına gələcəkdir.
Yəhudi hahamının (ravvin) "İŞİD, İsrail düşmənlərinin məhvindən ötrü Allahın bizə nəsib etdiyi ilahi bir hədiyyədir!" və ya məşhur amerikalı politoloqlardan birinin "Ən yaxşı hal, İŞİD-in Bağdadı tutması və bütün şiələri qətlə yetirməsidir." demələrini xəbərlərdən oxuduğumuz zaman, bu təhlükəli ilanı qoynunda bəsləyənin kimliyi aydın şəkildə məlum olur. Amma unudurlar ki, bu bəla bir gün onların öz başlarına gələcəkdir.
Hər bir halda ümidvarıq ki, tezliklə məlum xristian dəstənin qatilləri həbs edilərək layiqincə cəzalandırılacaq və bütün səmavi dinlərin ardıcılları bu şər qüvvənin aradan qaldırılması istiqamətində əl-ələ verəcəklər.

 

captcha