Pakistandakı terror hadisəsi ekstremist (təkfirçi) vəhhabi təlimlərinin nəticəsidir.

Pakistandakı terror hadisəsi ekstremist (təkfirçi) vəhhabi təlimlərinin nəticəsidir.


Allahın evində günahsız qadın və uşaqları qanına qəltan etməyi özlərinə rəva bilən bu cani, qatil, vicdansız və vəhşi ünsürlərə hansı təlimlər verilir?!‌


Həzrət Ayətullah Məkarim Şirazi bu gün Qum şəhəri, “Məscidül-Əzəm”də keçirilən fiqhin ali mühazirələri dərsində məzlum Pakistan şiələrinin qətliamını qınadı.
O, məlum ağrılı hadisəni ekstremist vəhhabi təlimlərinin səmərəsi sayaraq bildirdi: Ekstremist vəhhabilərin bulaşdığı məlum cinayətdə yüzə yaxın günahsız insan həyatını itirmiş və ya xəsarət almışdır.
Ayətullah əl-üzma Məkarim Şirazi təkidlə qeyd etdi: Biz bu ağır cinayəti kəskin pisləyirik. Ümumiyyətlə, terror aktları harada baş verməsindən asılı olmayaraq pislənilir.
O, bütün olanları "lənətlənmiş xəbis ağac" – ekstremist vəhhabilikdən doğan acı nəticələr sayaraq vurğuladı: Allahın evində günahsız qadın və uşaqları qanına qəltan etməyi özlərinə rəva bilən bu cani, qatil, vicdansız və vəhşi ünsürlərə hansı təlimlər verilir?!
Həzrət Ayətullah söhbətinin davamında buyurdu: Bəşər tarixində belə bir şeyin olmasını xatırlayırsınızmı? Bəşəriyyətin, o cümlədən, şiə və əhli-sünnənin asudəliyi üçün bu xəbis ağacın kökü münasib bir yolla qurudulmalıdır.
Sonda Ayətullah Məkarim Şirazi cənabları dərs iştirakçılari ilə birgə məlum terror hadisəsi qurbanlarının ruhuna “Fatihə” oxudular.

 

captcha