Ayətullah Məkarim Şirazinin Ayətullah Hacı Seyid Məhəmməd Təqi Quminin vəfatı münasibəti ilə bağlı mesajı
Şərəfli mərcəiyyət evinin bu müdrik alimi haqq sözün dirçəlişi və Əhli-beyt (ə) məktəbinə xidmət yolunda illər boyu çox səmərəli fəaliyyətlər göstərmişdir.
Bağışlayan və mehriban Allahın adı ilə
Dahi və müdrik alim Ayətullah Hacı Seyid Məhəmməd Təqi Quminin vəfatı xəbəri hamını dərindən sarsıtdı.
Bəndə elm mərkəzlərinə və möhtərəm ailəsinə səmimi başsağlığı verirəm.
Allah-taala onun ruhunu öz rəhmətinə qərq etsin, yerdə qalanlarına səbir və mükafat mərhəmət etsin.
Yayım tarixi: 30.10.2016