Səudiyyəlilər İslamın müqəddəsləri ilə siyasi oyun oynayırlar

Səudiyyəlilər İslamın müqəddəsləri ilə siyasi oyun oynayırlar


Səudiyyəlilər İslamın müqəddəsləri ilə siyasi oyun oynayırlar/ Ərəbistanın Həcci və iki müqəddəs hərəmi idarə etməyə layiq deyillər.‌

Səudiyyəlilər İslamın müqəddəsləri ilə siyasi oyun oynayırlar/ Ərəbistanın Həcci və iki müqəddəs hərəmi idarə etməyə layiq deyillər.
Quran məntiqi ilə Həccin idarəçiliyi hamıya aid olmalıdır; istər orada məskunlaşmış olsunlar, istərsə də digər bölgələrdən, ayri ölkələrdən gəlmiş olsunlar.
Ayətullahul-üzma Məkarim Şirazi Qum şəhərinin Məscidul-əzəmində təşkil olunan fiqhin ali mühazirələrinin başlanğıcında daxili tutumlara söykənməyin vacibliyinə təkid edərək, buyurdu: Düşməndən asılı olan xalqın başı həmişə aşağıdır.
O, müsəlmanların daim öz ayaqları üzərində durmalarını xüsusi vurğulamaqla, birbaşa qeyd etdi: Əgər bir ölkə, bir millət öz ayağı üzərində dura bilirsə, həmişə başıuca və izzətlidir. Başqalarına möhtac olduğu təqdirdə isə izzətsiz olacaqdır.
O, sözünə əlavə edərək buyurdu: Xalqlar arasında mübadilə mövcuddur, əlbəttə, başqalarının qaynaqlarına əl uzatmaqla deyil, qarşılıqlı mənfəət çərçivəsində.
Ayətullah Məkarim Şirazi sözünün davamında əxlaqi məqamları dilə gətirməklə, Qurana və dini təlimlərə sığınmağın vacibliyinə təkid etdi: Bu günlərdə əxlaqi məsələlər təhlükə qarşısındadır. Fəsad yayan mediyalar, sosial şəbəkə bataqlığı kimi amillər gəncləri korlamaqdadır. Belə bir şəraitdə həm özümüzü gözləməli, həm də başqalarına bunu xatırlatmalıyıq.
O hövzə ustadlarının əxlaqi məsələlərə daha çox diqqət ayırmasını istədi və buyurdu: Dərs əsnasında əxlaqi nöqtələrin bəyanı hövzədə ümumi bir ənənəyə çevrilməlidir. Möhtərəm ustadlar bu məsələlərə diqqət etsinlər və həftənin bir gününü əxlaqi nöqtələrə ayırsınlar.
Ayətullah Məkarim Şirazi özünün fiqhin ali mühazirələrinin davamında bu il İran müsəlmanlarının səudiyyəlilərin təxribatı ucbatından həccə gedə bilməmələrinə işarə edərək buyurdu: Mən dəfələrlə demişəm və təkid etmişəm ki, iki müqəddəs hərəmin idarəçiliyi Səudiyyə Ərəbistanının öhdəsində olmamalıdır.
O, bunun səbəbini belə bəyan etdi: Birinci dəlil iki müqəddəs hərəmin bütün müsəlmanlara aid olmasıdır. İslam alimlərin birləşib həcc məsələlərinə vaqif bir briqada təyin etsinlər, həcc, ümrə və iki müqəddəs hərəmin idarəçiliyini onlara tapşırsınlar. O, Qurani-kərimin bir ayəsini xatırladaraq, buyurdu: Hamının Allah evində bərabər olması Quranın birbaşa sözüdür. Quran məntiqinə əsasən, idarəçilik hamıya aid olmalıdır; istər orada məskunlaşanlar olsunlar, istərsə də digər bölgələrdən, ayrı ölkələrdən ora gəlmiş.
Ayətullah Məkarim Şirazi Minada baş verən acı və qanlı faciəni səudiyyəlilərin iki müqəddəs hərəmi idarə bacarığının olmamasına ikinci dəlil göstərərək buyurdu: Təcrübələr göstərir ki, Ərəbistan təkbaşına iki müqəddəs hərəm və Həcc mərasimini idarə etmək iqtidarında deyil. Keçən il baş vermiş faciəni hamımız xatırlayırıq, niyə Məscidul-həram və Minada bu qədər şəhid verməliyik?!
O aydınlıq gətirdi: Ərbəin yürüşü mərasiminə saysız cəmiyyət qoşulur, başarılı müdiriyyət hesabına – həmd olsun Allaha – heç bir hadisə baş vermir. Halbuki cəmiyyət sayı nisbətən az olan həcc mərasimində biz ağrılı hadisələrə şahid olduq.
Ayətullah Məkarim Şirazi əlavə etdi: Əlbəttə, səudiyyəlilərin tədbirsizliyi təkcə keçən illə bitmir, keçmişdə də sayılı acı hadisələrə şahid idik. Biz təkid edirik ki, hər hansı dəlilə əsasən, səudiyyəlilərin idarəçiliyi bu iş yerinə yetirməyə imkan vermir.  
O xüsusi vurğuladı: Bu məsələ İslam ictimaiyyətinə çatdırılmalıdır; həcc və iki müqəddəs hərəmin idarəçiliyi bütün İslam cəmiyyətləri idarəçilərinin öhdəsində olmalıdır ki, bu xoşagəlməz hadisələrin qarşısı alına bilsin.
Ayətullah Məkarim Şirazi Səudiyyə rəsmilərinin siyasətini kəskin tənqid edərək buyurdu: Bu il siyasi məsələ kimi heç bir məsələ iranlıların həccinə mane olmadı. Onlar İraq, Yəmən və Suriyada məğlub olduqları üçün, bunun qisasını həccdə almaq istəyirlər, elə şərtlər qarşıya qoyurlar ki, bizim nəzərimizcə məqbul deyil.
O Səudiyyə rəsmilərinə müraciətlə buyurdu: Məgər, iki müqəddəs hərəm, Kəbə, Məkkə və Mədinə sizin şəxsi mülkünüzdürmü ki, belə rəftar edirsiniz? Bu müqəddəs məkanlar bütün müsəlmanlara aiddir.
Ayətullah Məkarim Şirazi iki müqəddəs hərəmin idarəsi xüsusunda araşdırmaların aparılmasından xəbər verərək buyurdu: Bu xüsusda araşdırmalar aparılmış və əsasnamə tərtib edilməkdədir. Allahın izni ilə xoşagəlməzliklərin sahmana düşməsi üçün həmin əsasnamə İslam dünyasının alim və elm adamlarına təqdim ediləcək.
O, sonda İslam dünyasının problemlərinin həlli üçün dua etdi və təkidlə vurğuladı: Ümidvarıq ki, Allah-taala İslamın müqəddəsləri ilə siyasi oyun oynayanların kökünü kəsəcək!
Yayım tarixi: 09.07.2016

 

captcha