Günümüzdə bütün sahələrdə texnologiyadan yararlanmaq insan həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Bu xüsusda, ümumi istifadəçilərin Ayətullah Məkarim Şirazi ilə bağlı xəbərlər və müxtəlif İslam mövzularına, o cümlədən şəri hökm və məsələlər, İslam maarifi, etiqadi mövzular və s. haqqında məlumat və bilgi əldə etmələri üçün o cənabın rəsmi ofisi makarem.ir saytını işə salmışdır.
www.makarem.ir
Adıçəkilən bloq Ayətullah Məkarim Şirazinin rəhbərliyi, o həzrətin rəsmi ofisinin siyasət şurası və yeni texnologiyalara nəzarət şöbəsinin nəzarəti altında fəaliyyət göstərir.
Bloqun idarə strukturu, müdiriyyət və müavinlərin vəzifələri, hədəfləri aşağıdakı kimidir:
Müdir və müavin:
Müdir və müavin bir idarə sistemində əsas vəzifələri tutur və sistemi idarəetmədən əlavə, Ayətullah Məkarim Şirazinin ümumi təbliğ siyasətinə uyğun olaraq, onun proqramlaşıdırılması və icrasını həyata keçirir, sosial durumu və istifadəçilərin rəyini araşdırır, cəmiyyətin hazırkı ehtiyaclarını nəzərə alaraq, öz layihə və siyasətlərini Məkarim Şirazi cənablarının rəsmi ofisinin siyasət şurası və yeni texnologiyalara nəzarət şöbəsinə təqdim edir və təsdiq edildikdən sonra icrasına başlayır.
Etiqadi materiallar şöbəsi – müavinliyi
Şübhəsiz, əgər din əsasları ata-ana və babalara təqlid əsasında olsa, çox səthi və davamsız olacaq, düşmənin təbliğat dalğası qarşısında əsla davam gətirməyəcək. Yox, əgər bu əsaslar məntiq və dəlilə söykənərsə, onu heç bir tufan sarsıda bilməz və daima ayaqda durar. Bu üzdən, İslam dünyası alimlərinin ağır məsuliyyətini, sosial mediyanın genişlənməsi və qloballaşmasını nəzərə alaraq, bu şöbə İslam maarifinin rəvacı və şübhələrə cavab mövzusunu öz öhdəsinə götürmüşdür. İslam maarifini yaymaq və İslam alimlərinin əsərlərindən əxz edilmiş etiqadi məsələlərə vüsət verməkdən əlavə, mövcud şübhələri, qaranlıq mövzuları sübutla cavablandırmaq məqsədi güdür. Bu məqsəd, ekspertlərdən istifadə edilərək, üç metodla (kitab mehvər, mövzu mehvər və sual mehvər) həyata keçirilir.
Əxlaqi materiallar şöbəsi
Əxlaqi məsələlər hər zaman fövqəladə əhəmiyyətə malik olsa da, günümüzdə xüsusi əhəmiyyət daşıyır. Ona görə ki, əxlaqi məsələlərin əhəmiyyətini və insanın seyri-süluka fitri əlaqəsini – hansı ki, özü bəzi xurafatların, təriqətlərin rəvacına və yalançı iddiaçıların üzə çıxmasına səbəb olmuşdur – nəzərə alsaq, belə bir şəraitdə əxlaqi məsələlərə və əxlaq elminə diqqət hər zamankından daha vacib nəzərə çarpır. Ona laqeyd yanaşıldıqda, faciə və ya faciələr qaçılmazdır. İslam əxlaqına dair bəhslərin rəvacı istiqamətində bu şöbənin vəzifəsi İslam alimlərinin görüşlərindən istifadə edərək, əxlaqi bəhsləri yaymaq, mövcud şübhələri cavablandırılmaq və əxlaqi inkişaf və islahı üçün çıxış yolları göstərməkdən ibarətdir.
Fiqhi materiallar şöbəsi
Bəziləri dini inanc ağacına bənzədirlər ki, onun kökü “etiqadlar”, budaqları “proqram və göstərişlər”, meyvəsi isə “kamil insanın tərbiyəsi”dir. İlahi peyğəmbərlərin hədəfi də, insanların tərbiyəsi və din ağacının meyvəsinə yetişmək olmuşdur. Buna çatmaq isə yalnız düzgün etiqada sahib olmaq, onun əməli proqram və göstərişlərinə əməl etmək sayəsində mümkündür. Əməli hökmlər həmişə sual və diqqət mərkəzində olduğu üçün, “Fiqhi materiallar şöbəsi” Ayətullah Məkarim Şirazinin müxtəlif zəminlərdə və cəmiyyətin hazırkı ehtiyaclarına uyğun verdiyi fətvaların toplanması, tənzimlənməsi və yayılması missiyasını həyata keçirir.
Etidaqi cavablandırma şöbəsi
Bu şöbənin vəzifəsi müxtəlif metodlardan istifadə edərək, tez bir zamanda və yüksək dəqiqliklə, mötəbər ekspert və qaynaqlardan dəstək alıb, onlayn və e-mail vasitəsilə istifadəçilərin etiqadi suallarını cavablandırmaqdır.
Fiqhi cavablandırma şöbəsi
Bu şöbənin vəzifəsi müxtəlif metodlardan istifadə edərək, tez bir zamanda və yüksək dəqiqliklə, mötəbər ekspert və qaynaqlardan dəstək alıb, Ayətullah Məkarim Şirazinin nəzərlərinə müvafiq şəkildə onlayn və e-mail vasitəsilə istifadəçilərin fiqhi suallarını cavablandırmaqdır.
Maliyyə, inzibat və ümumi əlaqələr şöbəsi
Bu şöbə daxili işlərdən əlavə, toplantıların nizamlanması, müraciətlərin cavablandırılması, bloq istifadəçiləri ilə birbaşa təmas, həmçinin bloqun ödəmə yolu ilə ödəniş edilən vücuhati-şəri (şəri vergilərlə) bağlı qəbzlərin buraxılması və təqibini öz öhdəsinə almışdır.
Xəbərlərin yazılması şöbəsi
Bu şöbənin vəzifəsi Ayətullah Məkarim Şirazinin görüş və çıxışları ilə bağlı xəbərlərin yayımı və onun əsərlərinin, düşüncələrinin mediya mərkəzli yanaşma ilə təhlilidir.
Beynəlxalq münasibətlər şöbəsi
Dünyada İslama yönəlmənin və onunla tanışlığın artmasını, eləcə də müxtəlif bölgələrdən gələn ardıcıl təklifləri nəzərə alaraq, bu şöbə müxtəlif bölgələrin şəraiti nəzərə almaqla və müxtəlif bölgələrin yerli ekspertlərinin nəzərlərindən faydalanmaqla, ehtiyac duyulan materialların digər dillərə tərcüməsi və rəvacı, onların fiqhi və etiqadi suallarını cavablandırmaq missiyası daşıyır. Hal-hazırda sözügedən bloq fars dilindən əlavə, ərəb, ingilis, urdu, rus və azərbaycan dillərində istifadəçilərin ixtiyarındadır.
Ünvan: Qum, “Şühəda” prospekti (Səfaiyyə), “Mumtaz” küçəsi, küçə 7, ev 36
Əlaqə nömrəsi: 02537742819
Faks nömrəsi: 02537839934
Elektron ünvan: info@makarem.ir