Hazırkı əsrdə təkfirçi cərəyanların cinayətləri din və milliyyətindən asılı olmayaraq, bəşəriyyət üçün ən böyük təhdid sayılır (1). O təkfirçilər, bəşər tarixinin ən cinayətkar fərdləri və xəbis vəhhabiliyin məhsulu hesab olunmalıdır (2).
Şübhəsiz, terrorist təkfirçi qruplaşmaları bütün dünyaya bir növ təhlükə hissi aşılayıblar. Ona görə ki, heç bir qanuna, etik və humanist proqrama bağlı deyillər, kiçiyə-böyüyə rəhm etmirlər (3). Bu üzdən bəziləri bunları İslamın əvvəllərindəki Xəvariclərə bənzədirlər, halbuki keçmiş Xəvariclər belə cinayətlərə əl atmırdılar. Onlar bütün bu qətilləri, viran qoymaları və vəhşilikləri həyata keçirmədilər. Qeyri-müsəlman qadınları bazara aparıb satmadılar, “Cihad nigahı” kimi pozğunluğu ortaya atmadılar, müqəddəs məscid və qəbirləri xaraba qoymadılar (4).
Odur ki, müasir xəvaricin İslamın əvvəlindəki Xəvaricdən qat-qat təhlükəli və ziyanlı olduğunu qeyd etmək lazımdır (5). Amma, əsas sual budur ki, doğrusu nə zamana qədər müsəlman qanlarının axıdılmasının, namuslarına təcavüzün şahidi olacağıq? (6). Bu cəhətdən səy göstərərək, təkfirçi cərəyanlarla təsirli və məqsədli mübarizədə yeni taktika və strategiyalardan istifadə etmək lazımdır (7).
Elmi mübarizə – İslam alimlərinin təkfirçi cərəyanlarla mübarizədə ən mühüm faktor
Təkfirçi və sələfi cərəyanlarla elmi-mədəni mübarizənin genişləndirilməsinin lüzumu hər kəsə məlumdur (8). İŞİD-ə aid düşüncə və təfəkkürün yox edilməsi yönündə bir iş görülməlidir (9). Bu səbəbdən təkfirçi təfəkkürün köklərini daha çox tanımalı, məntiqli dəlillərlə onlara cavab verməliyik (10).
Əgər ekstremist və təkfirçi cərəyanlarla mübarizədə təkcə hərbi güclə kifayətlənsə, onları müəyyən bir nöqtədə dayandırmaq mümkün olduğu təqdirdə, digər nöqtədə alovlanacaqdır (11). Odur ki, gənclərin belə qruplaşmalara qoşulmasının qarşısını almaqdan ötrü bütün ölkələrdə mədəni-etiqadi işlərin görülməsi həyati önəm daşıyır (12).
Bu izahlardan sonra İslam alimləri əlbir olub təkfirçi cərəyanların yanlış təfəkkür köklərini kəsməlidirlər (13). Həmçinin, İslam təriqətlərinin alimləri uca səslə təkfirdən uzaq olduqlarını dilə gətirib, İslamı ona nisbət verilən təkfirçi fikirlərdən təmizləməldirlər (14).
Bu tərtiblə, təkfirçi cərəyanlarla elmi mübarizənin gerçəkləşməsində mühüm strategiyalardan biri kimi, ayrı-ayrı dillərdə də nəşr olunan “təkfirçi və ekstremist cərəyanlara mübarizə” adlı beynəlxalq kofransının elmi-mədəni əsər və məhsullarının paylaşılmasına yönəlmək lazımdır. Bu üzdən bu qiymətli mənbələrdən istifadə xüsusunda, Tehranda qərarlaşan xarici səfirlərin öz ölkələrinin ziyalı, alim və mədəni işçilərini səfərbər etməsi yerinə düşərdi (15).
Həmçinin, təkfirçi cərəyanların tənqidi mövzusunda nəşr olunan kitabları yeniyetmə və gənclər üçün məktəb və universitetlərdə tədris etmək və onları azğın təkfir təfəkküründən xəbərdar etmək olar (16).
Peyk kanallarının təsisi – təkfirçi cərəyanlarla mübarizədə əsas strategiya
Unutmamalıyıq ki, təkfirlə mübarizədə elm və mediyanın dəstəyinə ehtiyacımız var (17). Təkfirçi cərəyanları tam dəf etmək üçün İslam dünyasının mediyası bu istiqamətdə aktiv rol oynaması, təkfirçi cərəyanları zəiflətmək üçün birlikdə fəaliyyətə başlaması lazımdır (18).
Odur ki, İslam düşmənləri təkfirçiləri müsəlman kimi dünyaya tanıtdırırlar. Nümunə olaraq, onlar öz mediyalarında İŞİD-i İslam dövləti kimi xatırlayır, halbuki onların nə dövləti var, nə də İslama mənsubdurlar (19).
Beləliklə, İslam dünyasındakı bu böhranlı vəziyyətdən çıxmaq üçün bizim təklifimiz bu təhlükəli fenomenlə elmi-mədəni mübarizə aparmaqdan ötrü müxtəlif dillərdə peyk kanallarının işə salınmasıdır, əlbəttə bütün İslam ölkələrinin də bu işdə payı olmalıdır. Biz də öz növbəmizdə beynəlxalq televiziya kanalının təşkilində iştirak etməyə, köməklik göstərməyə hazırıq (20).
Bütün dünya xalqlarının mübarizəyə qalxması – təkfirçi cərəyanlarla mübarizədə həlledici element
Təkfirçilərin düşmənçiliyi təkcə Əhli-beyt (ə) məktəbinin ardıcılları ilə deyil, həm də onların etiqadları ilə razı olmayan hər təriqətin nümayəndələrinə qarşıdırlar və onların qanını halal bilirlər. Onların etiqadına görə vəhhabilik təriqətinə mənsub olmayanlar kafirdir və bütün müsəlmanlar onlarla mübarizə aparmalıdır. Beləliklə, təkfirçilərin müharibəsi bütün dünya ilədir. Ona görə də bütün dünya üçün təhlükə mənbəyidirlər (21). Belə ki, heç bir ölkə, hətta Ərəbistan da onların təhlükəsindən sığortalanmayıb (22). Belə olduqda bütün dünya bunların məhvi üçün səfərbər olmalıdır, yoxsa bu cərəyanların davamının nəticəsi olaraq hal-hazırda bulaşmadıqları ölkələrə də bulaşacaqlar (23). Qərb ölkələri və bəzi bölgə ölkələrinin dəstəyi olmasaydı, onların çoxdan kökü kəsilərdi (24). Şübhəsiz ki, təkfirçi cərəyan Qərbə də sirayət edəcək, necə ki, buna şahid olduq, səbəbisə onlar üçün heç bir hədd-hüdudun olmamasıdır. Bütün dünya siyasətçilərindən istəyimiz təkfirçi qruplaşmalara dəstək verən ölkələri boykot etmələri və iqtisadi blokadaya salmalarıdır (25), baxmayaraq ki, dünya təkfirə qarşı yekdil şüar səsləndirməkdədir (26). Dünya xalqları başa düşüb ki, təkfirçilər bizdən deyil, İslam dini vəhdət, səmimiyyət və sülh dinidir (27).
İslam inqilabı bəşəriyyətin nicatı üçün təkfirçi cərəyanların təhlükələri ilə mübarizə apardığı kimi dünya da əl-ələ verib onlara qarşı çıxmalıdır (28).
Həqiqi İslamın təqdimatı – təkfirçi “islamı” ilə mübarizədə ən vacib element
Əzəmətli İslamın qəlblərə nüfuzu inkaredilməzdir (29). Lakin təkfirçi cərəyanlar İslamın simasını qaraldır; törətdikləri cinayətləri İslama nisbət verirlər (30).
Bu isə İslam düşmənlərinin əlinə bəhanə vermiş, dünya miqyasında islamafobiyaya gətirib çıxarmışdır (31).
Odur ki, təkfirçilərin cinayətlərini sonlandırmaq üçün hər kəsi İslamın nurlu təlimləri ilə tanış etməliyik (32).
İslam ümmətinin vəhdəti
Hazırda İslam ümmətinin vəhdətini təhlükə altında atan təkfirçi terrorist qruplaşmalarıdır. Hansı ki, etiqadları əsasında yüzlərlə günahsızın qanını axıdırlar (33).
Təkfirçi cərəyanı aradan qaldırmağın ən gözəl yolu bütün İslam alimlərinin vəhdətidir (34). Ona görə ki, hər növ ixtilaf düşmənin sui-istifadəsilə nəticələnəcək (35)
Vəhhabilik və təkfirçi cərəyanlar arasında ayrılmaz bağlılıq
Təkfirçi cərəyanlarla mübarizə aparmağın əlverişli yollarından biri dünya əhlinə vəhhabiliklə təkfirçiliyin əlaqələrini bəyan etməkdir. Şübhəsiz ki, təkfirçi qruplaşmalar nəhs vəhhabiliyin səmərəsidir.
Son söz
Elə bir həftə yoxdur ki, mən çıxış və münasibətlərimdə təkfirçi terrorist qruplaşmaları mühakimə etməyim (36). Bu gün bu fitnəni kökü kəsilsə belə, onun mənfi təsir və nəticələrini aradan qaldırmaq illər sürəcək (37). Sonda əlimizi duaya qaldırıb deyirik: İlahi dünya siyasətçilərinə zirəklik, təkfirlə mübarizə aparanlara güc, alimlərə uğur mərhəmət et ki, əl-ələ verib təkfirin kökünü kəssinlər və dünyada əmin-amanlıq yaratsınlar (38).
Araşdırma; hazırlanma və tərtibat; Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
1- Ayətullah Məkarim Şirazinin Papa Fransisə məktubu, 21/08/2014
2- Ayətullah Məkarim Şirazinin çıxışı, “Darul-ilam li-mədrəsəti Əhli-beyt (ə)” adlı tədris və tədqiqat müəssisəsinin məsul şəxsləri, tələbələri ilə görüşündə, 28/12/2014
3- Ayətullah Məkarim Şirazinin çıxışı, “Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi və İslam dünyası alimlərinin məsuliyyəti” adlı beynəlxalq konfransda, 28/01/2016
4- Yenə orada
5- Yenə orada
6- Ayətullah Məkarim Şirazinin çıxışı, “Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi və İslam dünyası alimlərinin məsuliyyəti” adlı beynəlxalq konfransda, 28/01/2016
7- Ayətullah Məkarim Şirazinin çıxışı, regionların polis rəisləri ilə görüşündə, 23/12/2014
8- Ayətullah Məkarim Şirazinin çıxışı, “Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi və İslam dünyası alimlərinin məsuliyyəti” adlı beynəlxalq konfransda, 28/01/2016
9- Ayətullah Mərakim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, Qum, “Məscidul-Əzəm”, 25/12/2015
10- Ayətullah Məkarim Şirazinin çıxışı, “Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi və İslam dünyası alimlərinin məsuliyyəti” adlı beynəlxalq konfransda, 28/01/2016
11- Ayətullah Mərakim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, Qum, “Məscidul-Əzəm”, 25/12/2015
12- Ayətullah Məkarim Şirazinin çıxışı, “Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi və İslam dünyası alimlərinin məsuliyyəti” adlı beynəlxalq konfransda,, 28/01/2016
13- Yenə orada
14- Yenə orada
15- Yenə orada
16- Ayətullah Məkarim Şirazinin çıxışı, “əl-Məyadin” kanalına müsahibəsində, 28/01/2016
17- Ayətullah Məkarim Şirazinin çıxışı, “Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi və İslam dünyası alimlərinin məsuliyyəti” adlı beynəlxalq konfransda, 28/01/2016
18- Yenə orada
19- Ayətullah Məkarim Şirazinin çıxışı, İndoneziya respublikasının “Əhli-beyt (ə) təşkilatının sədri və idarə heyətilə görüşündə, 29/09/2015
20- Ayətullah Məkarim Şirazinin çıxışı, “Müasir dünyada təkfirçi təhlükəsi və İslam dünyası alimlərinin məsuliyyəti” adlı beynəlxalq konfransda, 28/01/2016
21- Ayətullah Məkarim Şirazinin çıxışı, “Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi və İslam dünyası alimlərinin məsuliyyəti” adlı beynəlxalq konfransda, 28/01/2016
22- Ayətullah Məkarim Şirazinin çıxışı, İordaniya Vəqflər Naziri ilə görüşündə, 24/12/2015
23- Ayətullah Məkarim Şirazinin çıxışı, “Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi və İslam dünyası alimlərinin məsuliyyəti” adlı beynəlxalq konfransda, 28/01/2016
24- Ayətullah Məkarim Şirazinin Papa Fransisə məktubu, 21/08/2014
25- Ayətullah Məkarim Şirazinin çıxışı, “Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi və İslam dünyası alimlərinin məsuliyyəti” adlı beynəlxalq konfransda, 28/01/2016
26- Ayətullah Mərakim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, Qum, “Məscidul-Əzəm”, 25/12/2015
27- Yenə orada
28- Ayətullah Məkarim Şirazinin çıxışı, “əl-Məyadin” kanalına müsahibəsində, 28/01/2016
29- Ayətullah Məkarim Şirazinin çıxışı, “Darul-ilam li-mədrəsəti Əhli-beyt (ə)” adlı tədris və tədqiqat müəssisəsinin məsul şəxsləri, tələbələri ilə görüşündə, 28/12/2014, “Siracul-munir” jurnalı, №3, payız, 2011.
30- Ayətullah Məkarim Şirazinin çıxışı, İndoneziya respublikasının “Əhli-beyt (ə) təşkilatının sədri və idarə heyətilə görüşündə, 29/09/2015
31- Ayətullah Məkarim Şirazinin çıxışı, “Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi və İslam dünyası alimlərinin məsuliyyəti” adlı beynəlxalq konfransda, 28/01/2016
32- Yenə orada
33- Ayətullah Mərakim Şirazinin çıxışı, fiqhin ali mühazirələri, Qum, “Məscidul-Əzəm”, 12/10/2013
34- Ayətullah Məkarim Şirazinin çıxışı, “Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi və İslam dünyası alimlərinin məsuliyyəti” adlı beynəlxalq konfransda, 28/01/2016
35- Ayətullah Məkarim Şirazinin çıxışı, “Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi və İslam dünyası alimlərinin məsuliyyəti” adlı beynəlxalq konfransda, 28/01/2016
36- Ayətullah Məkarim Şirazinin Papa Fransisə məktubu, 21/08/2014
37- Ayətullah Məkarim Şirazinin çıxışı, “Təkfirçi cərəyanların təhlükəsi” beynəlxalq konfransı təşkilatçılarının heyət üzvləri ilə görüşündə, 25/07/2014
38- Ayətullah Məkarim Şirazinin çıxışı, “Müasir dünyada təkfirçi cərəyanların təhlükəsi və İslam dünyası alimlərinin məsuliyyəti” adlı beynəlxalq konfransda, 28/01/2016
Yayım tarixi: 30/01/2016
makarem.ir.