Ayətullah Məkarim Şirazinin görüşündə təkfirçi cərəyanlarla mübarizədə strategiyalar və çıxış yolları

Bu fitnələrin alovu elə bu gün söndürülsə belə, bu təkfirçi qruplaşmaların İslam ümməti daxilində törətdiyi cinayətlərin nəticəsi olan xəsarət və xarabalıqları abadlaşdırmaq istiqamətində on illərlə çalışmağımız lazımdır.

Ayətullah əl-uzma Məkarim Şirazinin çıxışının tam mətni

Şiə dünyasının mərcəyi-təqlidi dedi: Bütün dünyanın siyasi liderlərindən istəyirik ki, təkfirçi qruplaşmalarına maddi, siyasi və mediya dəstəyi verən ölkələri boykot edib, onlara təzyiq göstərsinlər. Ona görə ki, dünyanı yandırıb yaxan təkfir fitnəsinin tezliklə, onları da haqlayacağına əmin olsunlar.