Elə bir zamanda yaşayırıq ki, təəssübkeş və ekstremist vəhhabilər özlərindən başqa bütün dünya müsəlmanlarını təkfir edir və müşrik sayır (1). Vəhhabilik, cəhalət və qəflətdən nəşət tapmış və tövhid, şirk, şəfaət, ibadət və s. kimi mövzulardan yanlış və təkfirçi çıxarışlar edən nəhs bir fenomendir, belə ki, İslam ümmətində formalaşaraq bir çox qanların axıdılmasına səbəb olmuşdur (2).
Şübhəsiz, təfəkkürdə durğunluq, sözdə və əməldə şiddət təkfir fenomeninin bariz keyfiyyətlərindəndir (3). Odur ki, təkfirçi düşüncələrə rəvac verənlər məntiqli və əqli müzakirədən qaçmaqla qalmayıb, İslam dünyasında o qədər vəhşilik törədiblər ki, bütün dünya onlardan qaçaqdır. Dünyaya İslamı elə bir şəkildə təqdim ediblər ki, onların təsir və nəticələrini aradan qaldırmaq üçün illərlə çalışmaq gərəkir (4).
Təkfir və təkfirçilik nədir?
İlk növbədə qeyd etmək lazımdır ki, təkfir – kimisə kafir saymaq – şəriət hökmü olduğu üçün meyarı da Allah və peyğəmbəri tərəfindən təyin edilməlidir (5). Deməli, küfr hökmü Allah və peyğəmbəri tərəfindən verilməli olduğu üçün (6) Quran və sünnədə onun kafirliyinə dair aşkar sübut olmayınca, kimsəni təkfir etmək haqqımız yoxdur. Güman və ehtimal əsla yetərli deyil, çünki bu hökm verildikdən sonra ardınca daha ağır hökmlər gəlir (7). Buna görə də Allahın Rəsulu (s) hamını həqiqi kafir olmayanın təkfir edilməsindən çəkindirirdi (8).
Təkfir fitnəsi ilə elmi mübarizə aparmağın vacibliyi
Tərəddüdsüz bu həlledici sualı vermək lazımdır ki, hətta İslam dünyasında hərc-mərclik yaratmaqda olan bu kontroldan çıxmış təkfir, doğrusu, haradan qaynaqlanır?! (9). Həqiqətən də, təkfir fitnəsinin qaynağı, yayılma amili və onunla mübarizə, eklektik təkfir məktəbinin tam məhvi yolları nədən aslıdır?
Sözsüz, hər biri diqqət və müzakirə mövzusudur. Nə qədər səmimi olsa belə, siyasi və hərbi proqramlar, bu fitnəni tək başına kənarlaşdıra bilməz (10).
Quran təlimlərinə münasibətdə təkfir fitnəsinin savadsızlığı
Həmçinin, məşum təkfir fenomeninin mahiyyətini bəyan edərkən təkfirçilik təhlükəsinin qeyri-sağlam təfəkkürdən, azğın məktəblərdən qaynaqlandığını qeyd etmək lazımdır (11). Təkfirçi və ekstremistlərin ən təhlükəsi fitnəsini İŞİD və onun timlasında olan terrorçu qruplaşmalarda axtarmaq lazımdır (12). Lakin bu təhlükəli cərəyanların formalaşmasının ilk dəlili kitab və sünnədən xəbərsizlikdir; onlar Quran ayələrindən tövhid, şəfaət, təvəssül, bidət və sairəyə dair səhv çıxarışlar və həmin yanlış anlamalar İslam dünyasında nəhs təkfir fenomeninin rəvacına gətirib çıxarır (13).
Şirk və imanın təfsirində təkfirçilərin ən böyük səhvləri
Təkfir fitnəsində mühüm və həlledici məsələlərdən biri kimi küfr və imanla bağlı faktorlara işarə etmək olar. Təkfirçi qruplaşmalar, İslamdan çıxmağa səbəb olan işlərin həqiqətini anlamaqda yanlış yolu seçmiş və ona qarşı çıxanları təkfir edəcək qədər irəli getmişlər. Belə ki, kiçik bir dəstə istisna olmaqla yer üzündəki bütün müsəlmanları kafir sayırlar!! (14).
Onlar, bütün müsəlmanarı təkfir etmək üçün bəzi Quran ayələrinə istinad edir və deyirlər: Hər kim “Ya Əli”, yaxud “Ya Rəsuləlllah (s)” deyib şəfaət istəsə, müşrikdir. Beləliklə, o şəxsin qanı, malı və namusu halaldır. Təkfirə inanlar, hazırkı şəxslərlə cəhalət dövrünün insanları arasında fərq qoymurlar. Əksinə, bugünkü insanları cəhalət dövrünün müşriklərindən daha pis hesab edirlər. Halbuki, Quran ayələrində şirk və iman məhfumu açıq-aydındır (15).
Həmçinin, bu mövzunun bəyanında, Allahın həzrət İsaya (ə) bəxş etdiyi möcüzələrə işarə etmək olar; korları sağaldır, ölüləri dirildir, quşların bənzərini yaradır, onlara can və nəfəs verir və Allahın izni ilə qeyb aləmini bilirdi. Doğrudanmı, bütün bunlar şirk idi, Məsih də müşrik sayılırdı?! (16)
Allah Rəsuluna (s) dair yadigar və nişanələri təbərrük etməyin şirklə heç bir əlaqəsi yoxdur. Ona görə ki, təbərrükün icazəli olması – yəni Peyğəmbərin (s) əlini öpmək, o həzrətin su içdiyi qaba, evinə, minbər və qəbrinə təbərrük etmək, həmçinin saleh insanların və keçmiş peyğəmbərlərin qəbirlərinə, yadigarlarına təbərrük məsələsi – bir çox hədislərdə və alimlərin sözlərində gəlmişdir. Belə ki, bu xüsusda əhli-sünnənin məşhur kitablarında mötəbər sənədlər mövcuddur və hər hansı bir şübhəyə yer qoymur (17).
Təkfirçilər və Qurandan seçmə çıxarışlar
Qeyd edilməlidir ki, bəzi Quran ayələrinə iman və bəzi ayələrini inkar üslubunun həyata keçirilməsində təkfirin eklektik teoriyası öz növbəsində əksər müasir problemlərin mənşəyidir, belə ki, İslam dünyasına bir çox zərərlər vurmuşdur (18).
Əfsuslar olsun ki, təkfirə inananlar öz nəzərlərinə uyğun bəzi Quran ayələrini seçir və nəzərlərinə qarşı olan ayələri isə görməzlikdən gəlirlər. Halbuki, tək-tək ayələrə iman gətirməli və onlara əməl etməliyik (19).
Şəxsi təfsirçilik və ümumi təfsirçilik – Təkfir məktəbində acınacaqlı faktor
Şübhəsiz, rəy özbaşınalığı, şəxsi təfsirçilik və ümumi təfsirçilik, təkfirin ədalətsiz teoriyasında aşkar azğınlıqlardandır. Bu mənada ki, təkfirçilər praktiki olaraq, Quran və sünnənin dərkini özlərində xülasələşdirir və bütün müsəlmanları özlərinə tabe görmək istəyirlər. Boyun qaçıran hər bir kəs qətl edilməyə layiqdir. Onlar nəzərlərinə qarşı çıxanları, hətta sələf alimləri də kafir sanırlar (20).
Odur ki, böyük təəssüflə bildiririk ki, onlar Quran və sünnəni düzgün dərk etməyiblər. Səbəbisə İslamın həqiqi və dəyərli alimləri yanında dərs oxumayıblar, Quran və peyğəmbər sünnəsini yanlış təfsir edirlər, bu üzdən bütün İslam elmlərinə yiyələnə bilməyəcəklər. Tək bir cümlədə demək lazımdır ki, “təkfirçilik” ideyası tamamilə ağıla, sünnəyə və Qurana ziddir (21).
Son söz
Sonda qeyd etməliyik ki, təkfirin batil əqidəsinin əksinə olaraq, İslamda müsəlmanların malı, canı və namusu möhtərəmdir və heç kəsin haqqı yoxdur ki, başqalarına təcavüz etsin. Vida həccində Peyğəmbər (s) bütün müsəlmanlara xütbə oxudu və buyurdu: (Qurban bayramının) ehtiramı və (haram) ayların və müqəddəs torpağın (Məkkənin) hörməti kimi sizin də mal, can və namusunuz bir-biriniz üçün möhtərəmdir (22).
Odur ki, “Nə təkfir, nə də terror!” şüarı və təkfirçi qruplaşmaların təxribatlarına qarşı müqavimətin gücləndirilməsilə mövcud böhranı həll etmək olar (23).
Bu səbəbdən birmənalı olaraq, təkfirin kökləri elmi formada aradan qaldırılmalıdır (24). Həmçinin, digər tərəfdən İraq, Suriya, Yəmən və sair ölkələrdə təkfirçi terrorçulara qarşı mübarizə aparan mücahid və əsgərlərə deyirik: Sizlər hərbi cəbhədə, bizlər isə elmi cəbhədə əl-ələ vermişik ki, təkfirin kökünü kəsək (25).
Beləliklə, İslamın görkəmli alimləri bu yanlış təfəkkürün kökünü düzgün məntiqlə kəsməli və gənclərin onlara qoşulmasının qarşısını almalıdırlar. (26).
“Müasir dünyada təkfirçi və ekstremist cərəyanlar təhlükəsi və İslam dünyası alimlərinin məsuliyyəti” adlı beynəlxalq konfransın təşkili müsəlmanların məlumatlanmasına, nəhs təkfir fitnəsinin sönməsinə və İslam dünyasında təkfirçilərlə mübarizə üçün həlledici yolların göstərilməsinə zəmin yaradacaq (27).
Araşdırma; hazırlanma və tərtibat; Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi
makarem.ir
1- “Vəhhabilik iki yol ayrıcında”, səh. 9
2- “Hidayət çırağı”, səh. 198
3- “Vəhhabilik iki yol ayrıcında”, səh. 9
4- Yenə orada
5- “Vəhhabilik iki yol ayrıcında”, səh. 174
6- Yenə orada
7- “Vəhhabilik iki yol ayrıcında”, səh. 175
8- Yenə orada
9- “Vəhhabilik iki yol ayrıcında”, səh. 148
10- Ayətullah Məkarim Şirazinin çıxışı, “İslam alimlərinin görüşündə təkfirçi və ekstremist cərəyanlar” beynəlxalq konfransı, 24/11/2014
11- Ayətullah Məkarim Şirazinin çıxışı, İordaniyanın Vəqflər naziri ilə görüşündə, 24/12/2014
12- Ayətullah Məkarim Şirazinin çıxışı, “İslam alimlərinin görüşündə təkfirçi və ekstremist cərəyanlar” beynəlxalq konfransı, 23/11/2014
13- Ayətullah Məkarim Şirazinin çıxışı, “İslam alimlərinin görüşündə təkfirçi və ekstremist cərəyanlar beynəlxalq konfransı” katibliyinin rəsmi işə başladığı ərəfədə
14- “Vəhhabilik iki yol ayrıcında”, səh. 131
15- Ayətullah Məkarim Şirazinin çıxışı, “İslam alimlərinin görüşündə təkfirçi və ekstremist cərəyanlar beynəlxalq konfransı”nın açılış mərasimində, 23/11/2014
16- Yenə orada
17- “Vəhhabilik iki yol ayrıcında”, səh. 132
18- Ayətullah Məkarim Şirazinin çıxışı, “İslam alimlərinin görüşündə təkfirçi və ekstremist cərəyanlar beynəlxalq konfransı”nın açılış mərasimində, 23/11/2014
19- Yenə orada
20- Yenə orada
21- Ayətullah Məkarim Şirazinin çıxışı, fiqhin alı mühazirəsində, Məscidul-Əzəm, Qum, 31/12/2015
22- “Vəhhabilik iki yol ayrıcında”, səh. 177
23- “Vəhhabilik iki yol ayrıcında”, səh. 148
24- Ayətullah Məkarim Şirazinin çıxışı, “Nucəba” islami müqavimətin baş katibi Şeyx Əkrəm əl-Kəbi ilə görüşündə, 06/01/2016
25- Yenə orada
26- Ayətullah Məkarim Şirazinin çıxışı, “İslam alimlərinin görüşündə təkfirçi və ekstremist cərəyanlar beynəlxalq konfransı”nın açılış mərasimində, 23/11/2014
27- Yenə orada
Yayım tarixi: 29/01/2016