Ayətullah Məkarim Şirazi Kirmandakı terror aktı nəticəsində şəhid olanların ailələrinə başsağlığı verib

Şəhid Süleymaninin mühafizə mərasimi zamanı Kirman şəhərində həyata keçirilən terror əməliyyatında ölkəmizin bir çox əzizlərinin zalımcasına şəhid olması və yaralanması böyük kədər və ağrıya səbəb olub

Şəvval ayının hilalı göründü


Ayətullah əl-uzma Məkarim Şirazi cümə axşamını Fitr bayramı elan etdi.

Ayətullah Məkarim Şirazi yanında şəvval ayının hilalının görünməsi sübuta yetdiyinə görə aliməqamlı mərcəyi-təqlid 13 may, cümə axşamını şəvval ayının biri və Fitr bayramı elan etdi.

Bismillahir-Rəhmanir-Rəhim.
Yeni ayın görünməsi ilə bağlı daxil olan məlumatları nəzərə alaraq Ayətullah Məkarim Şirazi yanında şəvval ayının hilalının görünməsi sübuta yetmiş və aliməqamlı mərcəyi-təqlid 13 may, cümə axşamını şəvval ayının biri və Fitr bayramı elan etmişdir.


Allah taala mömünlərin oruc və ibadətlərini öz dərgahında qəbul etsin və bu bayramı hamı üçün mübarək etsin

Şəhid Hacı Qasim Süleymaninin və Şəhid Məhdi əl-Muhəndisin qırx mərasimi keçirilir.

Müqavimət cəbhəsini himayə istiqamətində Şəhid Hacı Qasim Süleymaninin və Şəhid Məhdi əl-Muhəndisin qırx mərasimi keçirilir.

 

Ayətullah əl-uzma Məkarım Şirazinin (m.a) İslam ölkələrinin tanınmış din xadimlərinə açıq məktubu

İslamın böyük alimləri, müftilər və görkəmli şəxsiyyətlər! İslam tarixində hazırkı nəslin adına mütləq qara ləkə gətirəcək bu müdhiş vəziyyət qarşısında sükut etməyin! Yalnız İslam düşmənlərinin xeyrinə sonuclana biləcək vəhşiliklərin qarşısını konstruktiv mövqenizlə alın! 

Mərcəyi-təqlidin nümayəndə heyəti Mədinə şəhərində öz işinə başladı

Ayətullah əl-uzma Məkarım Şirazinin (m.a) nümayəndə heyəti dini hövzədən bir qrup ustad və elm xadimlərinin iştirakı ilə 29 sentyabr, bazar günü (16 Ziqədə, 1434) iqamətgahında öz işinə başladı.

Müsəlmanların izzəti birlikdədir

İslam düşmənləri bizim bir gün birləşəcəyimizdən qorxur. Bu üzdən aramızda fikir ayrılığı və bədbinlik yaratmağa cəhd edirlər. Əgər müsəlmanların hamısı əl-ələ versələr, dünyada başıuca, iqtidarlı və izzətli bir cəmiyyət kimi yaşaya bilərik.

Həzrət Ayətullah əl-uzma Məkarım Şirazinin informasiya bloku Azərbaycan və Rus dillərində yeni dizaynda fəaliyyətə başladı

Əhli-beyt (əleyhiməs-səlam) məzhəbinin inkişafı və yayılması istiqamətində, həmçinin dünyanın müxtəlif bölgələrində yaşayan müsəlmanların İslam maarifinə duyduqları ehtiyacı nəzərə alaraq Həzrət Məkarim Şirazi cənablarının dəftərxanasının rəsmi internet saytı öz fəaliyyətinə Azərbaycan və Rus dillərində yeni dizaynda sınaq fəaliyyətinə start verdi.

Ramazan ayının hilalı göründü

Ölkənin müxtəlif nöqtələrində hilalı gözlə görən etibarlı və inanılmış insanları şahid tutaraq, 21 iyul, şənbə, mübarək Ramazan ayının 1-ci günü olduğu sübuta yetib.