Həzrət Ayətullah Məkarim Şirazinin Səud ailəsinə ciddi xəbərdarlığı

Həzrət Ayətullah Məkarim Şirazinin Səud ailəsinə ciddi xəbərdarlığı


Bilin ki, əgər məlum edam hökmü icra edilsə, sizin üçün pis nəticələr doğuracaq və bütün dünya şiələri sizə qarşı kin-küdurət bəsləyərək nifrət edəcəkdir.‌

Ayətullah əl-üzma Məkarim Şirazi cənabları Qum şəhəri, Məscidul-Əzəmdə, fiqhin ali mühazirələrinin başlanğıcında Ayətullah Şeyx Nimrin edam hökmünün çıxarılışına və Səudiyyə Ərəbistanının hökmün icrası ilə bağlı təhdidinə işarə edərək xatırlatdı: Səudiyyə Ərəbistanının dövlət rəsmiləri ya qafildirlər, ya da özlərini bilməməzliyə vurublar. Ərəbistan şiələri, o cümlədən Əhsa və Qətif əhalisi xalis və güclü şiələrdəndirlər. Öz mərasim və dini-məzhəbi ayinlərinin icrasında çox ağır təzyiqlərə məruz qalırlar.
Məkarim Şirazi cənabları, Ərəbistan şiələrinin öz haqlarını tələb etdiklərinə və dinc formada bunun həllinə çalışdıqlarına təkid edərək dedi: Şeyx Nimr insan hüquqlarının bərpasından danışmış və heç bir cinayət əməlinə bulaşmamışdır. O qorxmaz bir simadır. Hansı İslam kriteriyaları belə bir şəxş barəsində edam hökmünün çıxarılmasına icazə verir?
Ayətullah Məkarim Şirazi Səudiyyə rəsmilərinə müraciətlə bildirdi: Bilin ki, əgər məlum edam hökmü icra edilsə, sizin üçün pis nəticələr doğuracaq və bütün dünya şiələri sizə qarşı kin-küdurət bəsləyərək nifrət edəcəkdir.
Ayətullah Məkarim Şirazi israrla bildirdi: Bəlkə də, onlar bu addımla şiə və digərlərini qorxudacaqlarını düşünürlər, amma bu, heç də belə deyil. Onlar qorxmazdırlar, məlum hökm icra olduğu halda, yerdə qalanlar daha da cəsarətlənəcək. İran İnqilabı dönəmində bir çox inqilabçını şəhid etdilər. Xalq kütləsi səhnəni tərk etməməklə yanaşı daha coşmağa başladı.
Ayətullah Məkarim Şirazi cənabları aydınlıq gətirdi: Ümidvarıq ki, ağıllarını başlarına yığsınlar və belə bir iş baş tutmasın, çünki işin mənfi nəticələri onlardan yan keçməyəcək. Əgər edam hökmü icra olsa, bütün şiələr, hətta mötədil mövqeli dünya müsəlmanları belə bir işə qarşı reaksiyalarını göstərəcəklər.
O sonra əlavə etdi: Əlbəttə, dünya mərkəzləri də verilən hökmə öz etirazlarını bildiriblər; Səudiyyə dövləti edam haqqına malik deyil.
Allah-taalanın hər kəsə öz xeyir və zərərini dərk etməsi üçün agahlıq verəcəyinə ümidvarıq!

captcha