Məkarim Şirazi cənablarının xalqa novruz tövsiyələri

Məkarim Şirazi cənablarının xalqa novruz tövsiyələri


"İl təhvil olan anlarda, xalq diqqətini qadir Allaha yönəldir, dini məkanlara  - məscidlərə gedib əllərini dua üçün qaldırır. Bu isə, "novruz bayramı"nın digər müsbət cəhətlərindəndir. Bütün bunlar müqəddəs islam dini tərəfindən təsdiq və tövsiyə olunub".‌

Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi, Qum şəhərinin "Ə`zəm" məscidində, ali-fiqh mühazirəsinə başlamazdan öncə "novruz bayramı"-nın yaxınlaşmasına işarə edərək deyib: "Bəzi şəxslər deyirlər ki, novruz, islami bayramdır. Onun əksinə olarqa digər şəxslər isə novuruzu "bid`ət" və şəriətə zidd sayır. Əslində orta yanaşma tərzi ilə ona yanaşsaq demək olar ki, novruz bayramı, milli adət-ənənə, çox sayda üstün keyfiyyətlər və bəzən də müəyyən problemləri özünüdə daşıyan bir bayramdır."

Ustad xatırlatdı ki, biz Qurandan ilham alırıq və onun təlimlərinə əməl etməliyik. Bu təlimlərdə deyilir ki, yaxşı sözləri və yaxşı işləri ayırıb qəbul etmək lazımdır. Aqil insan o kəsdir ki, gülü dərəndə tikan əlinə zərər yetirməsin. Gül dərərinin əlini tikan dalıyırsa, deməli onun işi, ağıla söykənmir.
Cənab ustad, "bayram gülünü dərmək", lakin onun tikanlarından çəkinməyin zərurətini tövsiyə edərək, "novruz bayramı"nın müsbət detallarından söz açıb:
"Zahirdə və batində təmizlik işləri görmək, gigiyenaya riayət etmək Novruz bayramının müsbət cəhətlərindən biridir. Zahiri nəzafət və təmizlik qaydalarına riayət etməklə yanaşı rəzil sifətləri də uzağa tökmək, daxili dünyanı kin-küdurətdən təmizləmək məsələsinə də diqqət göstərmək lazımdır. İslam bu məsələ ilə müvafiqdir."
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi əlavə edib:
"İl təhvil olan anlarda, xalq diqqətini qadir Allaha yönəldir, dini məkanlara və məscidlərə gedib əllərini dua üçün qaldırır. Bu isə, "novruz bayramı"nın digər müsbət cəhətlərindəndir. Bütün bunlar müqəddəs islam dini tərəfindən təsdiq və tövsiyə olunub".
Şirazi cənabları, novruzda ürəkləri sevindirmək, aztəminatlı insanlara əl tutmaq, yoxsul, kasıb - abırlı qohumlara yardım göstərməyi bayramın yaxşı cəhətlərindən hesab edib. O, möminləri sevindirməyin böyük ibadət olduğunu xatırladaraq deyib:
"Ülfətin yenilənməsi, qohum-əqrəbaya baş çəkmək, kin-küdurətin sevgi və dostluğa çevrilməsi Novruz bayramının digər müsbət cəhətlərindəndir."
Məkarim Şirazi cənabları, enerji toplamaq üçün bu bir bayramın münasib olduğuna işarə edərək deyib: "İslam dinində bu kimi məsələlərə müsbət yanaşılıb və istirahət etmək üçün tövsiyələr olunub. İş və ibadət saatlarında istirahət müsbət təsirini göstərir. Belə bir müsbət məziyyəti yad qarşılamaq və onu mənfi hal adlandırmaq olmaz."
Həzrət ustad bu zəmində olan problemlərə də toxunub. O bildirib ki, israf, təmtəraq və artıq xərclərə yol vermək məhz o problemlərdən hesab olunur. Şirazi cənabları, insanları belə işlərdən çəkindirərək deyib: "Müqəddəs İslam şəriəti bu kimi işlərin əleyhinədir. İnsanlar bu işlərdən uzaq olmalı və bilməlidirlər ki, həyat nə qədər sadə olsa, bir o qədər də səfa və səmimiyyət artar. "
Böyük alim israfı, bayramı daha təmtəraqlı keçirmək üçün rəqabətə qoşulmağı zərərli və müqəddəs İslam dininin ölçülərinə zidd hesab edərək deyib: "Bayram adı ilə müxtəlif günahlara batmaqdan ehtiyatlı olmaq lazımdır. Şadlıq amili olan bayramı şəriətə və əqlə zidd işlərlə, mənfi - xoşagəlməz əyləncəyə çevirmək olmaz."
 Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi xurafata üz gətirməyin səhv olduğuna toxunaraq deyib: "Biz, heç vaxt ərəblərinin "cahillik dövrü"ndəki bütpərəstlik məntiqini daşımamalıyıq. Məzh bu təqdirdə problemlərin çoxu öz həllini tapacaq."
Şirazi cənabları, ilin axır çərşənbəsində insanların ciddi narahatlıqları ilə nəticələnən bəzi işləri tənqid edərək deyib:
"Dünən axşam televiziyada, bəzilərinin törətdikləri işlər nəticəsində çoxlarının xəsarət almasını göstərən material yayımlanırdı. Bu işlərin ağır diyəsi (cəriməsi) var və insanın öhdəliyinə ağır məsuliyyət qoyur. Ümid edirəm ki, Allah-taala bizim hamımıza yaxşılıqları pisliklərdən ayırmaq üçün Quranda təyin olunmuş ölçülərdən faydalana biləcək qədər dərin düşüncə bəxş etsin!

captcha