“Pakistan şiələrini qətlə yetirənlər tez bir zamanda müəyyən edilib cəzalandırılmalıdır!”

“Pakistan şiələrini qətlə yetirənlər tez bir zamanda müəyyən edilib cəzalandırılmalıdır!”


"Heç bir məntiq, ağıl və qanunu tanımayan vəhhabilər, qəddarlıqla insanları qətlə yetirirlər. Bir daha baş verməsin deyə Pakistan hökuməti tez bir zamanda o ağır cinayəti törədənləri müyyən etməli və onda əli olanları tapıb cəzalandırmalıdır!"‌

Ayətullah əl-uzma Məkarim Şirazi cənabları Qum şəhərində “Məscidi-əzəm”-də ali fiqh mühazirəsinə başlamazdan öncə “Həzrət Məsumənin (salamullahi əleyha) vəfatının ildönümü” ilə bağlı baş sağlığı verdi. O, Həzrət Məsumənin (salamullahi əleyha) fəzilət və böyüklüyündən söz açıb dedi: "Ümid edirik ki, Qum əhalisi, eləcə də zəvvar və müsafirlər bu şəhərin hörmətini saxlayacaqlar. Onlar bilməlidirlər ki, bu şəhər başqa şəhərlərdən fərqlidir və burada fəsad nümunələri olmamalıdır."
Cənab ustad sözlərinin davamında radikal vəhhabilərin Pakistanın şiə əhalisindən bir qrupunu qətlə yetirməsi ilə nəticələnən cinayəti pislədi. O, hadisəni sarsıdıcı hesab edərək qeyd etdi: "Təəssüf ki, həm Pakistan hökuməti həm də dünya təşkilatları bu məsələyə laqeydliklə yanaşırlar."
Cənab ustad vəhhabilərin ifratçı və aqressiv davranışlarını tənqid edərək xatırlatdı: "Heç bir məntiq, ağıl və qanunu tanımayan vəhhabilər, qəddarlıqla insanları qətlə yetirirlər."
Ayətullah əl-uzma Məkarim Şirazi cənabları əlavə etdi: "Şiə liderləri belə addımlara eyni formada cavab verilməsinə icazə verməyəcəklər. Bu isə öz növbəsində şiə və Əhli-beyt məktəbinin haqq olmasına əyani sübutdur."
Cənab ustad Pakistan rəsmilərindən tezliklə bu cinayətə reaksiya vermələrini istəyərək dedi: "Pakistan hökuməti tez bir zamanda bu ağır cinayəti törədənləri tapıb cəzalandırmalıdır ki, belə cinayətlər bir daha baş verməsin."
Həzrət ustad günahsızları qətlə yetirməyin müqəddəs İslam dininin və Quranın təlimlərinə zidd olduğuna toxunaraq, radikal vəhhabiləri cinayətkar adlandırıb dedi: "Son zamanlar vəhhabilərdən ibarət bir qrup gənc, şiə məzhəbinə üz tutublar."
Şirazi cənabları, həm Pakistan, həm də bizim hökumətimizin bu kimi addımların qarşısını almaq üçün daha qətiyyətli olacaqlarına və dünya təşkilatlarının da bu istiqamətdə aktivləşəcəyinə ümid etdiyini söyləyərək dedi: "Bu, bəşəriyyət tarixində və bizim bu günkü tarixin səhifəsində qara ləkədir. Belə cinayətlərin sayı tarixdə çox deyil."

captcha