Qurana qarşı hörmətsizliyi kəskin şəkildə pisləyirik

Qurana qarşı hörmətsizliyi kəskin şəkildə pisləyirik


“Qurana həqarət olunmasını kəskin şəkildə pisləyirik! Dəstəkləndikləri güclərdən çəkindiklərinə görə susub, bu hadisəyə laqeyd qalan İslam ölkələrinin başçıları ilə də barışmırıq!”‌

Ayətullah əl-uzma Məkarim Şirazi cənabları bu gün Qum şəhərində “Məscidi-əzəm”-də ali fiqh mühazirəsinin əvvəlində Əfqanıstanda Qurani-kərimin işğalçı qüvvələr tərəfindən təhqir olunmasını pislədi.
Böyük ustad, son zamanlar Əfqanıstanda baş verən faciənin dünyanı titrətdiyini bildirərək dedi: “İsfənd ayının 1-ci günü (20 Fevral) Əfqanıstandakı Amerika hərbi bazalarının birində Quran nüsxələri yandırılıb.”
Şirazi cənabları əlavə edib: “Olayın üstünün açılıb ölkədə yayılması ilə Əfqanıstan xalqı ayağa qalxdı. Nümayişlər və Amerika düşərgələrinə yürüşlərin sayı o qədər çoxaldı ki, onlar bunun qarşısını almaq üçün bir qrup insanı öldürüb yaraladılar.”
Ayətullah Məkarim Şirazi cənabları dedi: “İslam ölkələri başçıları bu addımı pisləsə də, Səudiyyə Ərəbistanının onu pislədiyini görmədik. Amerikalılar və hətta onların dövlət başçısı vəziyyətin təhlükəli həddə çatdığını görəndə üzr istədilər. Lakin bu faydasızdır.”
Aliməqam ustad əlavə etdi: "O ölkənin əhalisi, üzr istəməyin kifayət etmədiyini deyir və hadisəni törədənlərin cəzalandırılmasını tələb edir. Quranı yandırmaq insanın atasını qətlə yetirməkdən ağırdır, üzr istəmək yetməz.”
Cənab Ayətullah Məkarim Şirazi xatırlatdı: "Şah zamanı, kapitulasiya sistemi qəbul olunanda, mərhum İmam (r), onun qarşısında sərt mövqe tutdu. Daha da pisi odur ki, Əfqanıstan xalqı da, həmin problemlə üzləşib. Bu isə o deməkdir ki, amerikalı əsgərlər hər hansı bir cinayəti törətsələr də, Əfqanıstan məhkəməsində mühakimə olunmayacaqlar. Məhz bu hadisəyə görə, onlar yekdilliklə deyirlər ki, "yadellilər ölkəmizi tərk etməlidir!". Bu isə arzu olunan bir nəticədir."
 Cənab ustad dedi: “Qurani-kərimin həqarətə uğramasını qəti şəkildə pisləyirik! Dəstəkləndikləri güclərdən çəkindiklərinə görə susub, bu hadisəyə laqeyd qalan İslam ölkələrinin başçıları ilə də barışmırıq!”
O, əlavə etdi: "Bu hadisədən belə bir nəticə çıxarmaq olur ki, İslam dini və İslam müqəddəslərinə zidd olan əcnəbilər, İslam məmləkətlərində qalacaqları təqdirdə həmin problemlər həll olunmayacaq."
Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi İraqda işğalçıların törətdikləri cinayətlərin bəşəriyyət tarixində analoqu olmadığını vurğulayaraq İslam ümmətini imperializm qarşısında ayıq-sayıq olmağa çağırıb dedi: "Müsəlmanlar, işğalçıları öz ölkələrindən çıxarmaq üçün çalışmalıdır."

captcha