Demokratiyadan xəbəri olmayan hakimlərin Suriyadan demokratiya tələbi

Demokratiyadan xəbəri olmayan hakimlərin Suriyadan demokratiya tələbi


Müsəlmanların yuxudan oyanıb İslam mədəniyyətini dirçəltmələrinə ümid edirəm. Qərb, humanizm və insanlıq adı altında özünün çirkin mənafeyini güdür. İslam aləmi onları dəstəkləməməlidir.‌

Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi Qumun "Əl-əzəm" məscidində ali fiqh mühazirəsinə başlamazdan öncə qərb sivilizasiyasının həqiqi simasını və kimliyini bəyan edərək dedi: "Bu sivilizasiyalar iş başına gələndən sonra bir qrup onun vurğununa çevrilib. Onlar israr edirlər ki, biz də bu mədəniyyət və bu tərzi-təfəkkürü icra etməliyik."
Məkarim Şirazi cənabları əlavə edib ki, seçkilərdə İslam İnqilabı qələbə qazandı. O, demokratik halda keçirilən seçkilərdə seçicilərin 98 faiz İslam Respublikasının lehinə səs verdiyinə və bununla da qərbin həqiqi simasının üzə çıxdığına işarə edərək dedi:
"İnqilabın qələbəsindən sonra bütün qərb, bu quruluşu dağıtmaq üçün birləşdi. Onların İran xalqı üçün alovlandırdığı səkkiz illik müharibə, onun bariz nümunəsidir."
O, qərbin İran İslam Respublikası ilə düşmənçilik siyasətinə toxunaraq dedi: "Onlar həqiqi simalarını göstərirlər. İslamın oyanış dövründə onların siması daha şəffaf şəkildə görünür. Hər hansı yerdə oyanışın öz xeyirlərinə olduğunu görsələr dərhal işə başlayır, əks halda isə bütün güclərini onun əleyhinə səfərbər edirlər."
Ayətullah Məkarim Şirazi cənabları, bildirib ki, qərbin əlaltıları da onlar kimidir: "Bəhreynin padşahı da onların yetişdirdiklərindəndir. Bu şəxs son zamanlar Bəşər Əsədə öz millətinin istəklərinə qulaq asmağı tövsiyə edib. Halbuki Suriya millətinin əksəriyyəti Bəşər Əsədin tərəfdarıdır. Amma hər halda müəyyən islahatlar aparılmalı, zorakılığa əl atmayanlara qarşı zor işlətməkdən çəkinmək lazımdır."
Böyük ustad belə iddiaları gülünc adlandıraraq əlavə edib:
“Bəhreyn padşahından daha da təəccüblüsü Səudiyyə hakimləridir. Onlar nə üçün Suriyada demokratiyanın olmamasından nigaran olduqlarını söyləyirlər?! Hakimiyyətlərindən azacıq da demokratiya iyi gəlməyən, hökumətləri qəbilə formasında idarə olunan hakimlər indi demokratiya tələb edirlər."
Böyük mərcəyi-təqlid belə dövlətlərin hədəflərinə toxunaraq davam etdi:
"Onlar Livan müqavimətini aradan qaldırmaq və qəsbkar İsrail rejiminə kömək etmək üçün Suriyanı təzyiq altında saxlayır. Bu olayların əsas amilləri - Amerika və onun müttəfiqləri də eyni hədəfi güdür."
Ayətullah Məkarim Şirazi cənabları deyib ki, onlar da qərb kimi həqiqi simalarını göstərdi. O, əlavə edib: "Qəsbkar İsrail rejimi qərb sivilizasiyasından doğan rejimlərdən biridir. Onlar atom alimlərini terror etmək üçün terrorist hazırlayır və buna açıqdan-açığa etiraf edirlər."
Məkarim Şirazi cənabları dedi: "Əziz gənclər, xüsusilə tələbələr bu sivilizasiyanın mahiyyətini başa düşməlidir. Onlar insanlıq mədəniyyətini İslam və Quranda axtarmalıdır. Sözsüz ki, onların həqiqi, çirkin siması açıldıqca heç kəs onlara aldanmayacaq."
Həzrət ustad dedi: "Müsəlmanların yuxudan oyanıb İslam sivilizasiyasını canlandıracaqlarına ümid edirəm. Qərb, humanizm və insanlıq adı altında haqsız mənafeyini düşünür. İslam aləmi onların arxasınca düşməməlidir.”

captcha