İslama qarşı düşmənçilik siyasəti yeridənlər dünya müsəlmanlarının cavabını gözləsinlər

İslama qarşı düşmənçilik siyasəti yeridənlər dünya müsəlmanlarının cavabını gözləsinlər


Hazırda Bəhreyn, Əhsa, Qətif və Azərbaycan müsəlmanlarının bir qrupu nəhs ücbucağın təzyiqi altındadır. Bu yolu davam etmək xoşagəlməz sonluqla nəticələnəcək. Azərbaycan, Bəhreyn və Hicaz şiələri sükut etməyəcəklər. Bütün dünya şiələri onların səsinə səs verəcək.‌

Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi Qum şəhərinin “Əzəm” məscidində ali fiqh mühazirəsinə başlamazdan öncə dünya şiələrinin hazırda ən məzlum cəmiyyət olduğuna toxunaraq deyib:
Hazırda Bəhreyn, Əhsa, Qətif və Azərbaycan müsəlmanlarının bir qrupu nəhs ücbucağın təzyiqi altındadır.
Onlar, dünya şiələrinin əleyhinə mübarizə aparmaq üçün əl-ələ veriblər.
Məkarim Şirazi cənabları əlavə edib ki, vəhhabi, İsrail və Amerika bu məsələlərin əsas amilləridir.
Məkarim Şirazi cənabları deyib: "Azərbaycan respublikasından alınan dəqiq xəbərlərə əsasən islam müxalifləri təzyiq tətbiq etməklə müsəlmanları zəiflətmək məqsədindədir. Söz yox ki, onların bir hissəsi kommunist dövrü hakimiyyətinin qalıqlarıdır. Ona görə də islam dininin əleyhinədirlər."
Böyük alim hicaba qarşı mübarizə, şiə alimlərinin həbsi və islami kitabların yayılımasına qadağa qoyulmasını xoşagəlməz addım sayıb. O, islam müxaliflərinə xitab edərək deyib:
"Bilin, siz öz kökünüzü baltalayırsınız. Çünki dünya şiələri İmam Hüseyn (əleyhis-salam) məktəbinin yetirmələridir. Onlar heç vaxt sakit olmayacaqlar. Bu hədə və qətllər, onların etiqadına heç bir təsir göstərməyəcək. "
O, regionun müsəlman ölkələrini bu işdən çəkinməyə və yuxarıdakı problemlərin müzakirə yolu ilə həllinə çağıraraq deyib: "Bu yolu davam etmək xoşagəlməz sonluqla nəticələnəcək. Azərbaycan, Bəhreyn və Hicaz şiələri sükut etməyəcəklər. Bütün dünya şiələri onların səsinə səs verir. İraq, Pakistan, Əfqanıstan, Avropa və Amerika şiələri hamılıqla bu məzlumların səsinə səs verir."
Ayətullah əl-uzma Məkarim Şirazi cənabları, region ölkələrinin bəzi siyasətçilərinin mərcəyi-təqlidlərin mövqelərinə tənqidi yanaşmalarına toxunaraq deyib: "Onlar iddia edirlər ki, mərcəyi-təqlidlər onların daxili işlərinə müdaxilə edir. Halbuki bu söz həqiqətə uyğun deyil. Mərcəiyyətin sərhədi yoxdur ki, onu zaman və məkan baxımından məhdud  bilsinlər. Mərcəyi-təqlidlər sərhədsiz təbiblər kimidir. Onların davamçıları hər yerdədir. Onların vəzifəsi bütün dünya müsəlmanlarını müdafiə etməkdir.
Məkarim Şirazi cənabları bir daha mərcəyi-təqlidlərin dünyanın hər yerində, həmişə şiə və sünni daxil olmaqla bütün müsəlmanları dəstəklədiyini bildirib, Fələstinin və region ölkələrindəki əhli-sünnə müsəlmanlarının dəstəkləməsini onun bir nümunəsi kimi xatırlatdı. O, bütün dünya xalqlarını məzlum müsəlmanları dəstəkləməyə çağırdı.

captcha