Biz bütün qonşu ölkələrdə ictimai asayiş və sabitliyin bərqərar olmasını istəyirik

Biz bütün qonşu ölkələrdə ictimai asayiş və sabitliyin bərqərar olmasını istəyirik


Bizim yeganə hədəfimiz Azərbaycan xalqının xoşbəxtliyi və İslam hökmlərinin himayəsi olub. Mərcəyi-təqlidin işi dünyanın hər yerində müqəddəs  İslam hökmlərini himayə etməkdir. Bəzilərinin təsəvvürünün əksinə olaraq bunu "digər ölkələrin daxili işlərinə müdaxilə etmək" kimi qələmə vermək düzgün deyil. Çünki onların müqəllidləri və ardıcılları dünyanın hər yerində vardır.

Həzrət Ayətullah əl-uzma Məkarim Şirazi fiqhin xaric dərsinə başlamazdan əvvəl deyib:
"Bir neçə gün əvvəl Azərbaycan respublikasında anti-İslam siyasəti ilə bağlı bildirdiyim fikirlər Azərbaycanın hökumət qəzetləri tərəfindən kəskin hücumla qarşılandı. Halbuki, bu məsələ həqiqətdə mərcəiyyətin vəzifəsi, eyni zamanda qonşu ölkənin boynumuzdakı olan haqqını yerinə yetirmək idi. Çünki bu ölkədə yaşayan və əksəriyyətdə olan müsəlman və şiələr qardaşlarımız İslam hökmlərinə, hicaba və s. qarşı yönələn hər hansı siyasətdən əziyyət çəkirlər. Allah etməmiş, bu məsələ onların ölkələrində qeyri-sabitlik, iğtişaş yarada bilər. Biz bütün İslam ölkələrinin, xüsusilə də bizə qonşu olan ölkələrin tam əmin-amanlıq və asayişdə yaşamasını istəyirik.
Onların təsəvvür etdiyinin tam əksinə olaraq mən nə Xübrəqan Məclisinin, nə də hər hansı bir partiya və yaxud təşkilatın üzvü deyiləm. Mərcəiyyət bütün müsəlmanlara aiddir, hansısa bir ölkə sərhədlərində məhdudlaşmır.
Mərcəyi-təqlidlərin işi hər yerdə İslamı və onun hökmlərini himayə etməkdir. Bəzilərinin təsəvvürünün əksinə olaraq bunu "digər ölkələrin daxili işlərinə müdaxilə etmək" kimi qələmə vermək düzgün deyil. Çünki onların müqəllidləri və ardıcılları dünyanın hər yerində vardır.
Bizim nə onların ərazilərinə göz dikmişik, nə də başqa təmənnamız var. Yeganə hədəfimiz İslam hökmlərinin himayəsi və Azərbaycan xalqının xoşbəxt yaşaması olub. Ümidvaram, bu izahla hədəfimiz aydın olsun və inşallah, gələcəkdə xalqın dini əqidəsinə toxunan bir iş görməsinlər.
captcha