Ali məqamlı ustadın Səudiyyə Ərəbistanı müftilərinin sədri Əbdül-Əziz Alil-Şeyx cənablarına açıq məktubu

Ali məqamlı ustadın Səudiyyə Ərəbistanı müftilərinin sədri Əbdül-Əziz Alil-Şeyx cənablarına açıq məktubu


Bu həqiqəti unutmayın ki, şiələrə qarşı bu nalayiq və əsassız töhmətlər, onların təkfir edilməsi İslam düşmənlərinə, xüsusilə də Amerika və İsrailə böyük xidmətdir. Çünki bu kimi tədbirlər dünya şiələrində vəhhabilərə qarşı böyük nifrət hissi oyadır.‌

Allahın adı ilə
Salam! Cənablarınız öz son açıqlamanızda elm əhlinə yaraşmayan çox təhqiramiz, çirkin və iyrənc ifadələrlə dünya şiələrini "məcus səfəvilər", "müsəlmanların düşməni" adlandırmış və müsəlmanları onlardan çəkindirmişsiniz. Bu ilk dəfə deyil ki, bu kimi nalayiq və məntiqsiz töhmətləri vəhhabi alimlərindən eşidirik. Onlar belə etməklə İslam ümməti arasında ixtilaf və təfriqə toxumu səpir və düşməni sevindirirlər. Sizin həzrət Məhdiyə (ruhumuz ona fəda olsun) qarşı digər çirkin hörmətsizliyiniz və şiələri imam Zamana (əccələllahu taala fərəcəhuş-şərif) etiqad bəslədiklərinə görə təhqir etməyiniz yeniliyi olmayan digər bəyənilməz işlərdir və göstərir ki, vəhhabi müftiləri məntiqi bəhsdən qaçır, daim təhqir və töhmətə əl atırlar.
Burada bir neçə məsələni diqqətinizə çatdırmaq istərdim:
1. Sizə təəccüb edirəm ki, belə bir məqam sahibi olduğunuz halda da nə üçün Quran təlimlərini unutmuşsunuz? Qurani-məcid Allah yoluna nəzakətlə və "möizətul-həsənə" (gözəl nəsihət) yolu ilə dəvət etməyi tövsiyə edir. Lakin siz onun yerinə İslam dininin son dərəcə çəkindirdiyi təhqirə, töhmətə və yalana əl atırsınız.
2. Təəssüflər olsun ki, sizin islam tarixindən və öz hədis kitablarınızdan kifayət qədər məlumatınız yoxdur. Əlinin (əleyhis-salam) tərəfdarları və ardıcılları üçün "şiə" adı Peyğəmbəri-əkrəm tərəfindən seçilmişdir və o vaxtdan işlənmişdir. Yaxşı olar ki, islam tarixinə nəzər salasınız. Səfəvilərdən 100 illər öncə Əlinin (əleyhis-salam) şiələri Məkkədə, Mədinədə, İraqda, Şamda, Misirdə, İranda və dünyanın digər məntəqələrində olmuş, hətta hökumətləri də idarə etmişlər.
3. Siz böyük vəhhabi müftisi unutmuşsunuz ki, əgər İran və Livan şiələri olmasaydı, İsrail və Amerika Yaxın-Şərqi bütünlüklə ələ keçirərdilər. Belə olduqda görəsən sizin müftilər indi nə edirdi və harada olacaqdılar?
4. İsrail camaatı əhli-sünnətdən olan Qəzzə xalqını kütləvi surətdə qıran zaman onları hamıdan çox İran və digər ölkələrdə yaşayan şiələr himayə edirdi. Bu himayələr olmasaydı İsrail öz cinayətlərinə davam edəcəkdi.
5. Yaxşı olardı ki, vəhhabi alimləri İslam elmlərinin yaranma tarixini mütaliə edərək İslam elmlərini ərsəyə gətirənlərin adətən Əhli-beyt (əleyhimus-salam) şiələri olduğunun şahidi olsunlar. Onların elmi əsərləri o zamandan yalnız sizin kitabxanalarınız müstəsna olmaqla dünyanın bütün mötəbər kitabxanalarında mövcuddur.
6. Bu həqiqəti unutmayın ki, şiələrə qarşı bu nalayiq və əsassız töhmətlər, onların təkfir edilməsi İslam düşmənlərinə, xüsusilə də Amerika və İsrailə böyük xidmətdir. Çünki bu kimi tədbirlər dünya şiələrində vəhhabilərə qarşı böyük nifrət hissi oyadır. Nəticəsi də islam düşmənlərinin istədikləri kimi müsəlmanlar arasında dini təfriqə, ixtilaf və müharibənin yaranması, onların da regionun zəngin sərvətlərini rahatlıqla qarət etməsidir.
7. Cənablarınız unutmamalıdır ki, bəzi vəhhabi alimləri tərəfindən şiələrin təkfir hökmü dəfələrlə verilmişdir. Amma bu köhnə və paslanmış təhdidlərin onların zəifləməsində nəinki azacıq təsiri belə olmamış, əksinə, onlar günü-gündən islam dünyasında mədəni tərəqqilərinə davam etməkdədirlər. Dəfələrlə qeyd etmişik ki, əgər sizinlə bizim aramızda dəyirmi stol arxasına iclas təşkil olunsaydı, bu zəmində yol verdiyiniz səhvləri sizin öz kitablarınızdan sizə sübut edərdik və bununla da islam cəmiyyətinin vəhdətinə vurduğunuz, düşmənlərin sevincinə səbəb olan zərbələrə son qoyulardı. Gəlin, təhqir, töhmət və təkfirin çürümüş məntiqini buraxıb bir-birimizə sarı dostluq əllərimizi uzadaq, islam və müsəlmanların tərəqqisinin və əzəmətinin fikrində olaq.

captcha